Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1900/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi keçmiş Ermənistan SSR-də xx.xx.1966-ci ildə doğulması faktının müəyyən edilməsi və Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1966-ci ildə keçmiş Ermənistan SSR-də, Amasiyada doğulmuşdur. Ərizəçinin atası X6 anası X17 ilə 01 mart 1965-ci ildə keçmiş Ermənistan SSR-də nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.1966-ci ildə Ərizəçi və xx.xx.1969-cü ildə X7 doğulmuşdur. Həm ərizəçi, həm də bacısı keçmiş Ermənistan SSR-də, Amasiyada doğulmuşlar. İddiaçı Ərizəçi orta təhsilini keçmiş Ermənistan SSR-də-Amasiya rayonunda Təpəkənd kəndində yerləşən orta məktəbdə almış və 1983-cü ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra elə həmin il Ərizəçi Bakıda ali məktəbə sənədlərini vermiş və Bakıda ali məktəbə qəbul olmuşdur. Elə həmin ərəfədə instituta sənədlərini təqdim etdikdə doğum şəhadətnaməsini də digər sənədlərlə birgə instituta təqdim etmişdir. Lakin nə təhsil müddəti ərzində, nə də ali təhsilini bitirdikdən sonra doğum haqqında şəhadətnaməsini institut geri ala bilməmişdir, səbəb kimi həmin sənədin itirildiyi göstərilmişdir. İddiaçının hər iki valideyni yaşayır, hər birinin doğum haqqında şəhadətnaməsi, nikah kağızları mövcuddur. Valideynlərinin yaşlı olması səbəbindən ailədə mülk məsələsi (bağışlanması, vərəsəlik üzrə keçid və s.) gündəm halını alır. Ona görə valideynləri həyatdaykən bu məsələni övladları arasında həll etmək niyyətindədirlər. Lakin iddiaçı Ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığından bu işlərinin aparılması üçün doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Nə qədər ki, doğum faktı keçmiş Ermənistan SSR-də baş vermişdir, həmin faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həqiqətən də o xx.xx.1966-ci il tarixində keçmiş Ermənistan SSR-də anadan olmuşdur. Bundan başqa orta təhsil haqqında attestatından da görünür ki, o 1983-cü ildə keçmiş Ermənistan SSR-də, Amasiya rayonunda Təpəkənd məktəbini bitirmişdir. Həmin ilin iyul ayında X8 verilmiş sağlamlıq arayışdan görünür ki, ərizəçi həmin xəstəxanada müayinədən keçmişdir. Bundan başqa ərizəçinin bacısı X2 doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası X6, anası isə X9r. Hesab edir ki, iddiaçının doğmalarının ata, ana və bacısı) sənədlərinin və eləcə də özünün şəxsiyyət vəsiqəsi, attestatı, tibbi arayışı hamısı onun keçmiş Ermənistan SSR-də doğulduğunu, X1, anasının X17 olmasını təsdiq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA******* №-li şəxsiyyət vəsiqəsində Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasında doğulduğu qeyd olunmuşdur. İİİ-CL 304898 nömrəli doğum haqqında sənəddə qeyd olunur ki, X18 1946-ci ilin yanvar ayında Amasiya rayonunda doğulmuşdur. SSRİ dövrünə aid 286 formalı sənəddə X5 xx.xx.1966-cı il tarixdə Amasiya rayonu, Təpəkənddə doğulduğu qeyd olunmuşdur. Qarakənd məktəbi tərəfindən verilmiş attestatda xx xxxx 1966-cı il təvəllüdlü X5 fənnlər üzrə qiymətləndirməsi qeyd olunmuşdur. İ-ZJ 134235 nömrəli nikah haqqında sənəddə X6 və X10 01 mart 1965-ci il tarixdə Amasiya rayonunda rəsmi nikaha daxil olduğu qeyd olunmuşdur. İ-ZJ 027671 nömrəli doğum haqqında sənəddə X3 xx.xx.1969-cu il tarixdə Amasiya rayonunda doğulduğu, X1, anasının X11 olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə keçmiş Erməsitan SSR-in Amasiya rayonunda doğulmuşdur. Doğum akt qeydinin edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə onun bu müraciətə rəsmi cavab verməmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi Ermənistan, Amasiya rayonunda xx.xx.1966-cı il tarixdə doğulması faktı təsdiq olunsun. xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1966-cı il, doğum yeri qrafasında Ermənistan, Amasiya rayonu, doğum akt qeydində ərizəçinin atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X6, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X4 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1900/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1900/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver