Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1909/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən Maraqlı şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxxnə, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, 10 saylı Ərazi İdarəsinə və Maraqlı şəxs QSC) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Notarial Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli, 7-E-06-3764 saylı İcra Qeydinə əsasən Azərbacan Respublikası “xxxxxxx” MMC tərəfindən İddiaçı məxsus olmuş ünvan 1 ünvanında olan 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair “xxxxxxx” MMC-nin ekspert rəyinin yekun göstəricisinin və həmin göstəriciyə əsasən Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxx tərəfindən, keçirilmiş hərrac nəticəsində, ona məxsus olmuş ünvan 1 ünvanında olan 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ”Maraqlı şəxs” QSC-nə satılmasına dair həmin Mərkəzlə Bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 43/06 saylı hərrac protokolunun, habelə eyni tarixli müqavilənin və onlara əsasən Azərbaycan Respublikası DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsinə və həmin fərdi-yaşayış evinin qiymətləndirilməsinə dair təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki o, “Maraqlı şəxs" QSC-dən kredit vəsaiti götürmüşdür. Həmin kredit müqaviləsinin təminat üsulu kimi ona məxsus Astara şəhəri, Səməd Vurğun küçəsi ev 4B-də yerləşən fərdi yaşayış evi bank qarşısında ipotekaya qoyulmuşdur. Həmin kredit üzrə ödənişləri həmişə vaxtında həyata keçirmişdir. Sonradan bank həmin evə tutmanın yönəldilməsindən ötrü Astara rayon Notarial kontoruna müraciət etmiş, həmin notarial kontoru tərəfindən 7-E-06-3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli İcra Qeydi verilmişdir. X10 icra olunmasından ötrü Astara rayon İcra Bölməsinə ünvanlanmışdır. Lakin, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesindən o, xəbərsiz olmuşdur.Qeydi ilə əlaqədar məhkəmə mübahisəsinin olmasına əhəmiyyət verməyərək, ondan xəbərsiz, ona heç bir bildiriş göndərməməklə xx xxx 2016cı il tarixdə evini hərracda, 43/06 saylı hərrac protokoluna və eyni tarixli hərrac müqaviləsinə əsasən banka satmışdır. O, DƏDRX-nin 10 saylı Ərazi idarəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, həmin qeyd olunan sənədlərə əsasən evinə dair bankın adına mülkiyyət hüququ əsasında müvafiq Çıxarış da verilmişdir.O, hərracın keçirilməsindən tam xəbərsiz olmuşdur, ona bu haqda heç bir bildiriş-məlumat daxil olmamışdır.Beləliklə də, göründüyü kimi xxxxxxxxxxxxxx ilə bank arasında bağlanmış evin alqı-satqısı üzrə protokol və müqavilə qanun pozuntusu ilə tərtib edildiyindən həmin sənədlər etibarsız hesab olunmalı, həmin sənədlər və onlara əsasən verilmiş müvafiq evin mülkiyyət hüququ əsasında bankın adına olan Çıxarış da etibarsız hesab olunmaqla ləğv olunmalıdır. Daha sonra odan xəbərsiz “xxxxxxx” MMC tərəfindən evinin qiymətləndirilməsi aparılmış, 24000 manat dəyərində qiymətləndirilmişdir. Lakin evin dəyəri bu məbləğdən daha çoxdur. Həmin qiymətləndirmə illə bağlı ekspert rəyi iddiaçıya verilməmiş, daha sonradan məlumat almışdır. İddiaçı həmin rəylə razı olmadığını, yenidən evinin qiymətləndirilməsini tələb etdiyini qeyd etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Müstəqil tələb irəli sürməyən Maraqlı şəxs QSC-nin nümayəndəsi X4 bildirmişdir ki, mülki iş üzrə qüvvəyə minmin məhkəmə qətnamələri var. İddiaçının hazırkı tələbi üzrə müxtəlif vaxtlarda oxşar iddialara baxılmışdır. Buna görə də, iddia tələbi üzrə göstərilən hallar üzrə prediyusial əhəmiyyətli qətnamə olduğundan rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixdə Astara Rayon Polis Şöbəsi mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə Astara şəhərində anadan olmuş və hazırda Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxxxx” MMC tərəfindən Astara rayon İcra Şöbəsinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli №1 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın təsdiq olunmuş surətindən görünür ki, Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 B saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 24.000 (iyirmi dörd min) manat təşkil edir; Astara rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli, №4/604 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayon, Tiblisi prospekti 3 ünvanında yerləşən "Maraqlı şəxs” QSC-nin tələbi ilə ipoteka qoyan Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan, Astara şəhəri Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli 3 (üç otaqlı), 124.8 kv.m ümumi, 68.8 kv.m yardımçı 56.0 kv.rn yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldilməlidir. İpoteka predmetindən tutulacaq məbləğ 13363.64 (on üç min üç yüz altımış üç tam yüzdə altımış dörd) manat və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu təşkil edir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyahıya alınmış əmlak qiymətləndirilmiş halda hərrac yolu ilə satılmasından ötrü Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların satışı üzrə "xxxxxxxxxxxxxx” MMC-yə göndərilmişdir. Astara rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli №4/604 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayon, Tiblisi prospekti 3 ünvanında yerləşən "Maraqlı şəxs” QSC-nin tələbi ilə ipoteka qoyan Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan, Astara şəhəri Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli 3 (üç otaqlı), 124.8 kv.m ümumi, 68.8 kv.m yardımçı 56.0 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldilməlidir. Astara rayon İcra Şöbəsinin icra məmuru X3 xx xxxxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədinin icrasına başlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 1917/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh AR Xammal və X7 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnə, üçüncü şəxslər "Maraqlı şəxs” QSC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə və DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə qarşı hərracın yekun nəticələri haqqında xx xxx 2019-cu il tarixli protokolun, xx xxx 2019-cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin və bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9873/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayon, Tiblisi prospekti 3 ünvanında yerləşən "Maraqlı şəxs” QSC-nin tələbi ilə ipoteka qoyan Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan, Astara şəhəri Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli 3 (üç otaqlı), 124.8 kv.m ümumi, 68.8 kv.m yardımçı 56.0 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldilmiş, cavabdeh tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxxxx” MMC tərəfindən Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 B saylı fərdi yaşayış evinin qiyməti 24.000 (iyirmi dörd min) manat müəyyən edilmiş, bank ipoteka predmeti olan evi 15300 manata əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə evin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. 3-cü şxs "Maraqlı şəxs” QSC iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9873/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qanuni qüvvəsini almış Qətnaməsində məhkəmənin müəyyən etdiyi hallar preyudisial əhəmiyyət daşıdığından hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin (103)-9873/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən ekspert rəyi həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmişdir. Bu səbəbdən həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxxnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, 10 saylı Ərazi İdarəsinə və Maraqlı şəxs QSC) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxxnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 10 saylı Ərazi İdarəsi və Maraqlı şəxs QSC) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1909/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1909/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver