Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1910/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; doğum faktı; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası Maraqlı şəxs2 doğum faktının və babası X6 ölümünün qeydə alınmasının təmin edilməsi məqsədilə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 15 fevral 2025-ci il tarixdə ərizə ilə Bakı şəhəri 51 saylı notarius ofisinə Bakı şəhəri, M.Qaşqay küçəsi, ev 97, mənzil 27-də yaşamış 21 sentyabrda vəfa etmiş anası Maraqlı şəxs2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Qeyd etmək istəyir ki, anası Maraqlı şəxs2 21 sentyabr 2024-cü il tarixdə vəfat etmiş, xx.xx.2024-cü il tarixdə AZ-İİ № 453515 nömrəli ölüm haqqında şəhadətnamə alınmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla, Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi və birinci növbəli vərəsəsi olan valideynləri barədə məlumat təqdim edilməyindən V-85/2024№-li vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Belə olan halda hüquqları məhdudlaşdırılır. Bildirir ki, bununla bağlı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, xx.xx.2025-ci il tarixli tarixli ünvanlanmış məktublarda da, bununla bağlı aidiyyəti məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Anası Maraqlı şəxs2 indiki Ermənistan Respublikasında doğulmuş, doğulduğu yerdən məcburi olaraq çıxdıqları zaman doğum haqqında şəhadətnaməsini ordan gətirə bilməmiş, eynilə babası X12 indiki Ermənistan Respublikasında vəfat etmiş və onun ölüm haqqında şəhadətnaməsini götürmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə istinadən anası Maraqlı şəxs2 doğum faktının və babası X6 ölümünün qeydə alınmasının təmin edilməsi məqsədilə qətnamə qəbul edilməsi zərurəti vardır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixdə yazılı qaydada məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - 015726 saylı ET seriyalı diplomin əsli ilə düz surəti ilə müəyyən olunur ki, X9 1980ci ildə Bakı bədən tərbiyəsi texnikumuna daxil olmuş və 1983-cü ildə bədən tərbiyəsi ixtisası üzrə tam kursu bitirmişdir. - ******* saylı əmək kitabçasının surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs2 xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. - “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı” əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1962-ci il tarixdə doğulmuşdur, vətəndaşlığı: Azərbaycandır. - xx.xx.2001-ci il tarixli Maraqlı şəxs2t Şəvi qızının tərcümeyi halının surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs2t Şəvi qızı 1962-ci ildə Ermənistanın Allahverdi kəndində anadan olmuşdur. - xx.xx.2001-ci il tarixli kadrkar uçotunun şəxsi vərəqəsi ilə müəyyən olunur ki, Maraqlı şəxs2t Şəvi qızı xx.xx.1962-ci il tarixdə Ermənistanın Allahverdi rayonunda anadan olmuşdur, milliyyəti azərbaycanlıdır, təhsili alidir. - AZ-İİ seriyalı 453515 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 11 №-li məktubdan görünür ki, X9 vəfat etdiyi üçün ərizənin icrasından imtina edilmiş, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 12 №-li xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşın müraciətinə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X3nın dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, X6 ölümünü təsdiq edən sənədin – tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsindən imtina olunmuşdur. - Bakı şəhəri 51 saylı notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.2003-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitiyindən məhv edilmişdir. - “Elektron Notariat” X1 vasitəsilə “X3” AQİS-dən çıxarışla müəyyən olunur ki, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: -305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. -307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. -307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: -4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1-ci bəndində qeyd edilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X3nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X3nın dövlət qeydiyyatı Qaydası”-nın: - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin doğumunun və ölümünün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi anasının doğum haqqında akt qeydinin və babasının ölüm haqqında akt qeydinin bərpa olunması məqsədilə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 11 və 12 №-li məktublarla doğum və ölüm akt qeydinin bərpasından imtina etmişdir. Doğum və ölüm haqqında akt qeydlərini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi bu barədə qeydiyyat aparmaqdan və şəhadətnamə verməkdən imtina etmiş, bu barədə faktının müəyyən olunması üçün ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən X3nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X3nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə araşdırması zamanı şahidlər məhkəmə iclasında dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1964-cü il təvəllüdlü X2 bildirmişdir ki, Maraqlı şəxs2 həyat yoldaşı olmuşdur. O, xx.xx.1962-ci il tarixdə Ermənistanın Tumanyan rayonunda anadan olmuşdur. 47 saylı orta məktəbdə işləyirdi. Qaynatasını heç görməmişdir, Maraqlı şəxs2 ilə evlənəndə atası artıq vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1957-ci il təvəllüdlü X7 bildirmişdir ki, mərhum Maraqlı şəxs2 böyük bacısıdır. Özü 1957-ci ildə anadan olmuşdur. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi. Atalarının adı X10r. Atası vəfat edən zaman qardaşları balaca idi. Atası Ermənistanda dəfn edilmişdir. Təxminən 40 yaşı var idi, cavan yaşlarında vəfat etmişdir. O vəfat edəndə, özü 19-20 yaşlarında idi. Məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1969-cu il təvəllüdlü X13 bildirmişdir ki, Maraqlı şəxs2 bacısıdır. Özü 1969-cu ildə anadan olmuşdur. Bacısı xərçəng xəstəliyindən vəfat etmişdir . O, 1962-ci ildə anadan olmuşdur. Bacısı ilə birlikdə 47 saylı orta məktəbdə işləmişdirlər. Atası vəfat edən zaman özü 6-cı sinifdə oxuyurdu. Atası dekabr ayında 1983-cü ildə Ermənistanda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1952-ci il təvəllüdlü X8 bildirmişdir ki, Maraqlı şəxs2 bibisidir. Özünün 73 yaşı var. Maraqlı şəxs2 1962-ci ilin 11-ci ayında anadan olmuşdur. X12 1983-cü ilin 27 dekabrda vəfat edib, 28 dekabrda dəfn olunmuşdur. Maraqlı şəxs2 anasının adı Güldərən idi. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, doğum və ölüm haqqında akt qeydlərinin bərpası Ərizəçi vərəsəlik hüquqlarının bərpasına yönəlmişdir. Belə ki, Ərizəçi Bakı şəhəri, M.Qaşqay küçəsi, ev 97, mənzil 27-də yaşamış 21 sentyabr 2024-cü il tarixdə vəfat etmiş anası Maraqlı şəxs2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 15 fevral 2025-ci il tarixdə notariat ofisinə müraciət etmiş, mərhum Maraqlı şəxs2 qalmış miras əmlaka tam hissədə pay verilməsinə dair şəhadətnamə verilməsini bildirmişdir. Notariat ofisi tərəfindən Ərizəçi miras qoyan Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi və birinci növbəli vərəsəsi olan valideynləri barədə məlumat təqdim edilməsi bildirilmişdir. Ərizəçi miras qoyan Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsini və atasının ölüm haqqında şəhadətnaməsini təqdim edə bilməmiş, bu səbəbdən Bakı şəhəri 51 saylı notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərarı ilə, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların onun hüquqlarının bərpasına yönəlməsini və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin anasının doğum akt qeydi və ərizəçinin babasının ölüm akt qeydi bərpa edilməldir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktların müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi anası, Maraqlı şəxs2 doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi babası X6 xx.xx.1983-cü il tarixdə Ermənistan, Allahverdi rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X3nın dövlət qeydiyyatı Qaydası”-nın: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Ərizəçi anası, Maraqlı şəxs2 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X9”, “doğum tarixi” qrafasında “xx xxxxxx 1962”, “doğulduğu yer” qrafasında “Ermənistan, Allahverdi rayonu”, “Atası” qrafasında “X12”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X4”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi anası, Maraqlı şəxs2 bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməli, Ərizəçi babası X6 xx.xx.1983-cü il tarixdə Ermənistan, Allahverdi rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ölüm haqqında akt qeydinin aparılması və ona həmin ölüm haqqında akt qeydinə əsasən yeni ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası, Maraqlı şəxs2 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X9”, “doğum tarixi” qrafasında “xx xxxxxx 1962”, “doğulduğu yer” qrafasında “Ermənistan, Allahverdi rayonu”, “Atası” qrafasında “X12”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X4”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi anası, Maraqlı şəxs2 bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizəçi babası X6 xx.xx.1983-cü il tarixdə Ermənistan, Allahverdi rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ölüm haqqında akt qeydinin aparılması və ona həmin ölüm haqqında akt qeydinə əsasən yeni ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1910/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1910/2025
22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver