Məhkəmə qərarları › İş №2(005)-1912/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1912/2020

07.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1912/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 nəfər(özü, həyat yoldaşı, oğlum və qızı) ailə tərkibi ilə mənzillə təmin olunmağı barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildən xx.xx.2010-cu il tarixədək “Qum adası” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə (elektrik, sex rəisi, mühəndis) işləmiş və işlədiyi müddətdə 2007-ci ildə həmi idarədə mənzil növbəsinə dayanmışdır. Hazırda mənzil şəraiti ağırdır. Belə ki, 3 uşaq və nəvələri ilə birlikdə 2 otaqlı mənzildə yaşayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“Socar”ın) Yaşayış sahələri üzrə iş şöbəsinə ərizə ilə müraciət edərək 10 ildən artıq mənzil növbəsində olduğu nəzərə alaraq onunla mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş etdi. “Socar”ın Yaşayış sahələri üzrə iş şöbəsinin tələb etdiyi sənədləri təqdim etdiyindən bir müddət sonra sonuncu ona göndərdiyi cavab məktubunda qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixdə keçmiş “Qum adası” NQÇİ tərəfindən 4 nəfər (özünüz, həyat yoldaşınız, oğlunuz və qızınız) ailə tərkibi ilə mənzil uçotuna götürülmüsünüz. Sizin mənzil uçot qovluğunuzda olan sənədlərlə bağlı müvafiq araşdırma aparılır, araşdırma başa çatdıqdan sonra Sizə əlavə məlumat veriləcəkdir. Bir neçə ay gözlədikdən sonra araşdırmanın nəticəsi barədə şöbə ilə əlaqə saxladıqda ona mənzil düşmədiyi bildirilmişdir. Dövlət Neft Şirkətiənə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubunda göstərmişdir ki, Socar üzrə mənzil uçotunda olanların mənzillə təmin olunması onların müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq növbəlilik əsasında “xxxxxx” MTK vasitəsilə həyata keçirilir. Eyni zamanda, Socar üzrə mənzil uçotunda olan “xxxxxx” MTK üzvlərinin və şirkətin “xxxxxx” MTK-nə ödəyəcəkləri pay haqqı Socarın xx.xx.2010-cu il tarixli 25 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. Son cavabı aldıqdan sonra ona şifahi olaraq bildirdilər ki, mənzillə bağlı Azərbaycan Respublikası Dövlət X5 rayonu Ağa Nemətulla küçəsində yerləşən idarəsinə müraciət etməlidir. Həmin idarəyə müraciət etdikdə isə ona şifahi olaraq mənzil olmadığı bildirilmişdir. Hələ “xxxxxx” MTK təsis olunmamışdan əvvəl, yəni xx.xx.2007-ci il tarixdə keçmiş “Qum adası” NQÇİ tərəfindən 4 nəfər(özü, həyat yoldaşı, oğlu və qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşlər. Amma buna baxmayaraq, ondan sonra növbəyə alınanlar mənzillə təmin olunmuş, ona İİ qrup əlilə isə bu gün də mənzil yoxdur deyiblər. “xxxxxx” MTK-ya üzvlük barədə qaydalar xx.xx.2007-ci il tarixdən sonra, yəni ondan artıq mənzil uçotunda olduqdan sonra qəbul edildiyndən ona şamil edilməli deyil. “Əlillərin sosial müdafiəsi haqqınca” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. Fərdi bəıpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. Göründüyü kimi, o, 2007-ci ildən mənzil növbəsindədir, lakin həm xxxxxx kimi, həm də İİ qrup əlil kimi onun və ailə üzvlərinin mənzil hüquqları kobud surətdə pozulmuşdur. Pozulmuş hüquqlarının bərpa olunaraq mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (arvadı) X4 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı 4 (dörd) nəfər ailə tərkibi ilə keçmiş "Qum adası" Neft və X9 (NQÇİ) rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin birgə iclasının xx xxxx 2007ci il tarixli 70 nömrəli qərarı əsasında mənzil növbəsinə qəbul edilmişdir. Bundan sonra həmin qərar qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilməsi üçün Suraxanı rayonu İcra Hakimiyyətinə göndərilmiş və Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Sərəncamı ilə yuxarıda qeyd edilən qərar təsdiq edilmişdir. Göründüyü kimi, xx xxxx 2007-ci il tarixdən İddiaçı iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxx 2009-cu il tarixli əmr-qərarı ilə SOCAR-ın və onun tabeliyində olan müəssisə və təşkilatlarla əmək münasibətlərində olan işçilərin mənzil, yataqxana, bağ, müvəqqəti və digər yaşayış sahələrinin vahid siyahılar üzrə uçotu və bölüşdürülməsi işi şirkətin aparatında aparılmaqla mərkəzləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx xxxxxxxx 2010-cu il tarixli 124 nömrəli əmri ilə "Azneft" İstehsalat Birliyinin "Qum adası" NQÇİ ləğv edilmişdir. Bundan sonra İddiaçı SOCAR-la mövcud olan əmək münasibətlərinə xitam verilmiş və o əmək münasibətlərini "xxxxxxxxxxxx" X6 Şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyində davam etdirmişdir baxmayaraq İddiaçı mənzil növbəsi saxlanılmış və hazıda da SOCAR üzrə mənzil növbəsindədir. SOCAR üzrə mənzil uçotunda olan şəxslər pay haqqının müəyyən hissəsini ödəmək şərtilə, "xxxxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa olunan mənzillər ilə təmin olunurlar. Belə ki, SOCAR və ANQSİHİRK-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM- 05-000006/3-1 lə nömrəli əmr-qərarı ilə təsdiq edilmiş 2014- 2016-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə, "SOCAR-m işçilərinin "xxxxxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" a uyğun olaraq, Şirkətin işçilərini mərkəzləşdirilmiş qaydada kooperativ mənzillə təmin olunmasını təşkil edir. SOCAR üzrə mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyacı olan bütün işçilərin mənzillə təmin olunması, onların müraciətləri əsasında, mənzil uçotuna götürdükləri tarixə uyğun olaraq növbəlik əsasında "xxxxxx" MTK vasitəsilə həyata keçirilir. Həmçinin SOCAR üzrə mənzil uçotunda olan "xxxxxx" MTN-ınm üzvlərinin və Şirkətin "xxxxxx" MTK-yə ödəyəcəkləri pay haqqı SOCAR-m xx.xx.2010-cu il tarixli 25 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. İddiaçı hazırda SOCAR üzrə mənzil növbəsində olan işçilərin siyahısında 1763-dür, SOCAR üzrə hələ 90-cı illərdən mənzil növbəsində olan işçilər olduğu halda 2007-ci il tarixdə mənzil növbəsinə götürülən İddiaçı hazırda mənzillə təmin olunmasını mümükünsüz edir. Göründüyü kimi, SOCAR tərəfindən mənzil mübahisəsi ilə bağlı hər hansı hüququ pozulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası mənzil qanunvericiliyinin tələblərinə görə də, mənzil-tikinti kooperativi üzvü pay haqqı ödəməklə mənzil əldə etməlidir. Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququnu əldə edir. Məhz bu səbəbdən İddiaçı mənzil növbəsi çatdıqda və onun üzərinə düşən pay haqqını tam ödənildikdə mənzillə təmin oluna bilər. Tamamilə pulsuz olaraq mənzil ilə SOCAR-m heç bir işçisi təmin olunmadığı üçün iddiaçının da bu cür tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı "mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İddiaçı müraciətinə baxılması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Azərbayacan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) mənzillə təmin olunmağınızla bağlı ünvanladığınız ərizənizə baxılmışdır. Siz xx.xx.2007-ci il tarixində keçmiş "Qum adası” NQÇİ tərəfindən 4 nəfər (özünüz, həyat yoldaşınız, oğlunuz və qızınız) ailə tərkibi ilə mənzil uçotuna götürülmüsünüz. Sizin mənzil uçot qovluğunuzda olan sənədlərlə bağlı müvafiq araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra Sizə əlavə məlumat veriləcəkdir. İddiaçı müraciətinə baxılması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx xxxxxx 2019-cu il tarixli digər məktubundan görünür ki, xx.xx.2007-ci ildən mənzil uçotuna götürülmüş, hal-hazırda SOCAR üzrə mənzil uçotunda olanların mənzillə təmin olunması onların müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq növbəlik əsasında “xxxxxx” mənzil-tikinti kooperativi (MTK) vasitəsilə həyata keçirilir. Siz də “xxxxxx” mənzil-tikinti kooperativinə üzv olmaq üçün SOCAR-a müraciət edə bilərsiniz. Eyni zamanda bildiririk ki, SOCAR üzrə mənzil uçotunda olan “xxxxxx” mənzil-tikintti kooperatvi üzvlərinin və Şirkətin “xxxxxx” mənzil-tikinti kooperativinə ödəyəcəkləri Pay haqqı SOCAR-ın xx.xx.2010-cu il tarixli 25 saylı Qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən Pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2000-ci ildən 2010-cu il tarixədək “Qum adası” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə (elektrik, sex rəisi, mühəndis) işləmişdir. Bakı şəhəri Nəsimi rayonu MKİS-nin 2 №-li arayışının surətindən görünur ki, İddiaçı və onun digər 5 nəfərdən ibarət ailə üzvləri Nəsimi rayonu, 5-ci mkr. Cavadxan küçəsi, 21, mənzil 99 ünvanında qeydiyyatdadırlar. İddiaçı 4 (dörd) nəfər ailə tərkibi ilə keçmiş "Qum adası" Neft və X9 (NQÇİ) rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin birgə iclasının xx xxxx 2007ci il tarixli 70 nömrəli Protokol-çıxarışla mənzil növbəsinə qəbul edilmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Sərəncamı ilə xx xxxx 2007-ci il tarixdən İddiaçı iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Məhkəmə iddia tələbinin rədd olunmasına münasibətdə qeyd edir ki, iddiaçı hazırda mənzil uçotunda olması iş materilları və tərəflərin izahatları ilə müəyyən olunur və bu uçota dair cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) əlavə vəzifələrin müəyyən edilməsi və burada tənzimlənən şərtləri dəyişdirmək məhkəmə səlahiyyətlərinə aid olmayan məsələdir. Digər tərəflər, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş işçilərin mənzil növbəsinə alınmasına dair siyahıdan görünür ki, mənzil növbəsində İddiaçı – özü, həyat yoldaşı və oğlu olmaqla 3 nəfər xx.xx.2007-ci il tarixindən 1822-ci sıra növbəsində qeydiyyata alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının mənzil növbəsinə alınması ilə bağlı hər hansı hüququ cavabdeh tərəfindən pozulmamışdır. Yalnız pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsi mümkün olduğundan və məhkəmə iddiaçının hüququnun pozulmaması qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki mülki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar