Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1914/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: mənzilin sökülməsi; yeni mənzillə təmin edilmə; kirayə haqqı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı QSC Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 51,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 52 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin və həmin mənzil İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 51,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 64 kv.m ölçüdə təmirli mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı “Alə Park" QSC tərəfindən Cavabdeh hər ay 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentiyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 'Azərinşaatlayihə' Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12,12A, 14.14A. 16,16A. 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasirtipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nənmanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park’ QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park’ QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. "xxxx" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu. Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 52 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı "xxxx" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. “Ailə Park" QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yem tikiləcək binada təmirli 64 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 350 (üç yüz əlli) manat kirayə haqqı təklif olunur. İddiaçı “Ailə Park" QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12. 12A, 14. 14A, 16. 16A. 83A və 85A saylı binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyim götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki. vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri- mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarım və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Burdan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. “Ailə Park" QSC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İddiaçı QSC-nin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin və həmin mənzil İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 5 saylı binanın 3-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 55 kv.metr ölçüdə təmirli 7 saylı mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin və həmin mənzil İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə yüksək təmirli (mətbəx mebeli, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla) 2 otaqlı mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi, qalıq sahəyə görə İddiaçı QSC tərəfindən Cavabdeh 1875 (min səkkiz yüz yetmiş beş) manat məbləğində vəsait ödənilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin və həmin mənzil İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən (faktiki sahə 51,8 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 5 saylı binanın 3-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 55 kv.metr ölçüdə təmirli 7 saylı mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi dəftərxana vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilsin və həmin mənzil iddiaçı "Ailə Park” QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsi) yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə (içdən içə) yüksək təmirli (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi) 2 otaqlı mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı “Ailə Park" QSC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı QSC tərəfindən təmin edilməsi, Cavabdeh təhvil veriləcək yeni mənzilə İddiaçı QSC tərəfindən göstərilməsi nəzərdə tutulan kommunal xidmətlərin dəyəri (1 kv.m - 0,45 manat məbləğində müəyyən edilir) cavabdeh tərəfindən iddiaçıya vaxtlı-vaxtında ödənilməsi, sökülməsi nəzərdə tutulan mənzil təhvil verildikdən sonra qalıq sahəyə görə İddiaçı QSC tərəfindən Cavabdeh qızma 6875 (altı min səkkiz yüz yetmiş beş) manat məbləğində vəsait ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqqdim edilən iddia tələbinin dəqiqləşdirilməsi haqqında sonuncu ərizədə göstərilənlərə dair aralarında razılıq əldə edilmişdir. Odur ki iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakin Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.696 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, 29.8 kv.m ümumi, 16.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 52 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 770 nömrəli reyestr kitabının 71931 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış uçun yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 27520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasır tipli yem yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MMC arasında bağlanmış 1572 №-li 18 mart 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İcarə əsasında sahəsi 27520 kv.m olan torpaq sahəsi 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Torpaq sahəsi müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün verilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı) İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 nömrəli binanın 3-cü mərtəbəsində, 29.8 kv.m ümumi, 16.7 kv.m yaşayış sahəsindən ibarət 52 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A. 16, 16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasirtipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" QSC-yə 2.7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nənmanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2.7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh xüsusi mülkiyyətində olan - yaşadığı 52 saylı mənzilin yerləşdiyi 12 saylı bina yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdədir. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə yaradır. Cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Qeyd olunan binanın (habelə digər 12A, 14, 14A. 16, 16A, 83A və 85A saylı qəzalı binaların) sökülərək yerində müasirtipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" QSC-yə 2.7520 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdeh mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifədir və bu sərəncam Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Hazırki iş üzrə cavabdehə məxsus mübahisəli mənzilin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, İddiaçı QSC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, hazırki iddia üzrə mənzilin mülkiyyətçisi olan cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1- 3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. Məhkəmə araşdırması zamanı tərəflər arasında olan mübahisənin məhkəmədən kənar həll edilməsi, tərəflər arasında razılıq əldə olunması məqsədilə onlara lazımi şərait yaradılmış, məhkəmə iclasları təxirə salınmış, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirilmə ərizələri, habelə cavabdehə verilməsi təklif olunan mənzilin yerləşdiyi binanın Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış (xx.xx.2020-ci il tarixli 02/3089 №-li) layihəsi (mülki iş v. 81), cavabdehə təhvil veriləcək mənzilin layihədən çıxarışı (mülki iş v. 99) məhkəməyə təqdim olunmuş, iddiaçı tərəfindən cavabdehə müəyyən əlverişli şərtlərlə mənzilin verilməsi təklif olunmuşdur. Nəticə olaraq hazırda binaların sökülərək yeni müasirtipli binaların tikilməsi ilə məşğul olacaq İddiaçı QSC (xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş dəqiqləşdirilmə ərizə ilə) :
1. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilsin və həmin mənzil iddiaçı "Ailə Park” QSC tərəfindən sökülməsi;
2. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsi) yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə (içdən içə) yüksək təmirli (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi) 2 otaqlı mənzil Cavabdeh təhvil verilməsi;
3. sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı “Ailə Park" QSC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi;
4. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı QSC tərəfindən təmin edilməsi;
5. Cavabdeh təhvil veriləcək yeni mənzilə İddiaçı QSC tərəfindən göstərilməsi nəzərdə tutulan kommunal xidmətlərin dəyəri (1 kv.m - 0,45 manat məbləğində müəyyən edilir) cavabdeh tərəfindən iddiaçıya vaxtlı-vaxtında ödənilməsi;
6. sökülməsi nəzərdə tutulan mənzil təhvil verildikdən sonra qalıq sahəyə görə İddiaçı QSC tərəfindən Cavabdeh qızma 6875 (altı min səkkiz yüz yetmiş beş) manat məbləğində vəsait ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi Cavabdeh söküləcək 29,8 kv.metrdən ibarət olan 1 otaqlı mənzilinin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsi) yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə (içdən içə) yüksək təmirli (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi) 2 otaqlı mənzilin Cavabdeh təhvil veriləcəkdir. Cavabdehə təklif olunan mənzilin yerləşdiyi yeni tikiləcək binanın layihəsi, habelə layihədən çıxarış İddiaçı QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh məhkəmə iclası zamanı qeyd olunan layihə ilə tanış olmuşdur. İddiaçı QSC tələbində Cavabdeh söküləcək mənzilinin əvəzinə təklif olunan mənzilin konkret göstəriciləri qeyd edilmiş, mənzilin hansı binada (6 saylı binada), neçənci mərtəbədə (4-cü mərtəbədə; yaşayışın 3-cü mərtəbəsində) yerləşəcəyi, onun ölçüsü (64 kv.metr ölçüdə), şəraiti (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi), otaq sayı (2 otaqlı) və s. ətraflı şəkildə göstərilmişdir. Söküləcək olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin sahibi Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsi haqqında sonuncu ərizədə göstərilənlərə dair aralarında razılıq əldə edilmişdir. Odur ki iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı QSC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. İddia tələbinin təmin edilməsi Cavabdeh mülkiyyətçi olaraq hüquqlarını qorumaqla, onun iddiaçı tərəfindən tikiləcək müasir tipli yeni yaşayış binasında əlverişli şərtlərlə əvvəlkindən daha təhlükəsiz şəraitdə yaşamasına, mənzil cavabdehə təhvil verilənədək isə hazırki şəraitdə öz normal yaşayışını təmin etməsinə imkan yaradır. Cavabdeh da iddia tələbi ilə razıdır. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı QSC-nın iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSCyə təhvil verilməlidir və həmin mənzil iddiaçı "Ailə Park” QSC tərəfindən sökülməlidir.Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsi) yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə (içdən-içə) yüksək təmirli (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi) 2 otaqlı mənzil Cavabdeh təhvil verilməli.Sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı “Ailə Park" QSC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməli. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı QSC tərəfindən təmin edilməli. Cavabdeh təhvil veriləcək yeni mənzilə İddiaçı QSC tərəfindən göstərilməsi nəzərdə tutulan kommunal xidmətlərin dəyəri (1 kv.m - 0,45 manat məbləğində müəyyən edilir) cavabdeh tərəfindən iddiaçıya vaxtlı-vaxtında ödənilməli. Sökülməsi nəzərdə tutulan mənzil təhvil verildikdən sonra qalıq sahəyə görə İddiaçı QSC tərəfindən Cavabdeh qızma 6875 (altı min səkkiz yüz yetmiş beş) manat məbləğində vəsait ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilsin və həmin mənzil iddiaçı "Ailə Park” QSC tərəfindən sökülsün. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsi) yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv.metr ölçüdə (içdən-içə) yüksək təmirli (mətbəx mebeli və kombi cihazı quraşdırılmaqla, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla, eləcə də mənzilə sürətli internet və rabitə xətlərinin çəkilməsi) 2 otaqlı mənzil Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı “Ailə Park" QSC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 29,8 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 52 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı QSC tərəfindən təmin edilsin. Cavabdeh təhvil veriləcək yeni mənzilə İddiaçı QSC tərəfindən göstərilməsi nəzərdə tutulan kommunal xidmətlərin dəyəri (1 kv.m - 0,45 manat məbləğində müəyyən edilir) cavabdeh tərəfindən iddiaçıya vaxtlı-vaxtında ödənilsin. Sökülməsi nəzərdə tutulan mənzil təhvil verildikdən sonra qalıq sahəyə görə İddiaçı QSC tərəfindən Cavabdeh qızma 6875 (altı min səkkiz yüz yetmiş beş) manat məbləğində vəsait ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Səbinə Nuriyeva