Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1915/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon qeydiyyat şöbəsini cəlb edilməklə atalığın tanınması faktı tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon qeydiyyat şöbəsini cəlb edilməklə atalığın tanınması faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, mərhum X11 və X6 övladı olmuşdur. X13 və Salman Babayev 1956-cı ildə Yexeknadzor rayonunda ailə həyatı qurmuşlar, lakin nikahlarını rəsmi olaraq qeydə aldırmamışlar (qeyd: onlar arasında nikah sonradan yəni 1980-ci ildə Yexeknadzor rayonunda qeydə alınmışdır). X14 və Babayev Salman 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüş, Bakı şəhərində məskunlaşmışlar. Onların 4 oğlan və 1 qız övladı olmuşdur. X3 1933-cü ildə anadan olmuş, xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmiş, arvadı X11 1939-cu ildə Yexeknadzor rayonunda anadan olmuş, xx.xx.2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. X1 Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi və Bakı şəhəri, Oktay Kərimov küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzili miras qalmışdır. Hazırda qeyd olunan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi əldə etmək istəyir. Lakin doğularkən valideynləri arasında nikah olmadığına görə Salman Babayevin övladı olduğunu sübut edə bilmir. Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin yazılı imtina cavabı verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, X2 ərizəçinin atasını olmasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçinin bibisi qızıdır. X2 ərizəçinin atasını olmasını qeyd etmişdir. Belə ki, iş materiallarında olan; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi ana qrafasında “X11” qeyd edilmiş, ata qrafası isə xətlənmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi X6 mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Oqtay Kərimov küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzil X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işin digər materiallarını nəzərə almaqla belə qənaətə gəlir ki, xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Yeğeqnazor rayonu, Agkənd kəndində anadan olmuş Ərizəçi X3dur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305 və 307.2.10-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Yeğeqnazor rayonu, Agkənd kəndində anadan olmuş Ərizəçi münasibətdə atalığı müəyyən edilsin. xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Yeğeqnazor rayonu, Agkənd kəndində anadan olmuş Ərizəçi soyadı “Babayev”, ata qrafasında isə “X8” doğum haqqında akt qeydində göstərilsin. Qətnamə icra olunması üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə göndərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1915/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1915/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver