Məhkəmə qərarları › İş №2(005)-1915/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1915/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1915/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qızına qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qızına qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; 2. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83 kv/m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi; 3. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 103 kv.metrdən ibarət olan təmirli yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi; 4. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq, yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı "Alə Park” QSC tərəfindən Cavabdeh hər ay 650 (altı yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbubtikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-d il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-d il tarixli sərəncamı əsasında Bakı şəhəri. Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12.12A, 14,14A, 16,16A, 83A və 85A saylı) binalann (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalannın və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər icra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. İddiaçı QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri. Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə apanlacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi ev 12 ünvanında yerləşən 48 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd etmək istəyirlər ki, iddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-d il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmamasi üçün səy göstərir. İddiaçı QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 103 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 650 (altı yüz əlli) manat kirayə haqqı təklif olunur. İddiaçı QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaştann yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalannın inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdınlması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın sökuntüsunün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur “Ailə Park" QSC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 103 kv.m yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 650 (altı yüz əlli) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, 1. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; 2. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi; 3. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.metr ölçüdə təmirli 3 saylı mənzilin Cavabdeh təhvil verilməsi; 4. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh qızı xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, məlum olduğu kimi, İddiaçı QSC cavabdeh olaraq cavabdehə qarşı “mülkiyyət hüququndan məhrum etmə tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyət hüququndan mərumetmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin ilk “dəlili ondan ibarətdir ki, “Fövqəladə Hallar Nazirliyi tikintidə X4 Agentliyinin xx.xx.2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən bir qrup mütəxəssis Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual baxış keçirmişdir və yaşayış binalarının kəskin qəzalı olması barədə rəy vermişdir”. Həmin “dəlili” qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı tərəf sübut olaraq təqdim etdiyi rəydəki ifadələri təhrif etmişdir. Rəydə mütəxəssislər tərəfindən yalnız vizual baxış keçirilməsi və kəskin qəzalı vəziyyət rəyinin verilməməsi aydın ifadə edilir. Vizual müşahidə ilə qəzalı vəziyyət barədə rəy vermək mümkünsüzdür. İddia ərizəsinin hüquqi əsaslandırma hissəsində iddiaçı cavabdehin və ailə üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi tələbini onunla əsaslandırır ki, Mülki Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin əsalandırma yolverilməzdir, bu iddiaçı tərəfindən 152.6-cı maddənin yanlış tövsif etməsi və öz lehinə istifadə etmək istəyindən irəli gəlir. Belə ki, mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi binada digər sakinlərin İddiaçı QSC ilə podrat və ya digər müqavilə bağlaması, cavabdehin üzərində hamin hüquqi şəxslə müqavilə bağlamaq öhdəliyini yaratmır. İddiaçı QSC iddia ərizəsinin sonunda Məhkəmədən xahiş etmişdir ki, mülkiyyətində olan mənzillərə dair cavabdehin və ailə üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarımına xitam verilsin və onları mənzillərindən çıxarılmaqla, mənzillərin boşaldılması və sökülməsi ilə bağlı qətnamə çıxarılsın. Bu tələb qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilənlər İddiaçı QSC-nin cavabdehə qarşı irəli sürdüyü “mülkiyyət hüququndan məhrum etmə tələbinə dair” iddiasının qanunsuz və əsassız olduğunu təsdiq edir və buna görə də həmin iddianın məhkəmə tərəfindən tam olaraq rədd edilməli olduğuna əsas verir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 55 nömrəli xx.xx.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır; ÖM seriyalı, 115833 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binada 47 kv.m yaşayış sahədən ibarət olan 3 otaqlı 12 nömrəli ev 48 nömrəli mənzili Cavabdeh qızının xüsusi mülkiyyət hüququ kimi xx.xx.2002-ci il tarixində qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi icarəyə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovun imzaları ilə təsdiq edilmiş rəyinin surətindən görünür ki, Tikintidə X4 Agentliyinin xx.xx.2020-cı il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmişdir. Həsənoğlu küçəsi, bina 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dörd girişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0 40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda Ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektrik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı borulann nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbest-sement şiferlərin çatlaması. sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəng daşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması. hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin sahədə yerləşən, mübahisələndirilən mənzilin sahəsi çıxarışa əsasən yaşayış sahəsi 47 kv.m. təşkil edir. Mənzilin mülkiyyətçisi Cavabdeh tam mülkiyyət hüququ mənzilin sahibidir. Hazırda iddiaçı cavabdehə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onların mənzildən çıxarılmaları və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür. Konstitusiyanın 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Hazırki iş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri, şöbənin mühəndisi və Nərimanov rayon İcra Hakimiyyətinin Təssərüfat şöbəsinin baş məsləhətçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki rəyinə əsasən həmin binaların texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası məqsədilə, həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə İddiaçı MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı MTK-yə Təbriz və Həsənoğlu küçələrinin kəsişməsi ünvanında tikinti işlərinin aparılmasına icazə verilmişdir. Hazırda cavabdehə məxsus mənzilin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin mənzil söküntüyə məruz qalan ərazilərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində həmin Məcəllənin normaları tətbiq edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Məcəllənin 17-ci maddəsinə görə, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi hazırda iddiaçının mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur. Bundan başqa müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərtinin mövcud olması da müəyyən edilmişdir. Belə ki, bu tədbirin ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. Beləliklə, hazırki işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). Hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982) Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən də icra olunmalıdır. Belə ki, həmin maddəyə uyğun olaraq, mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə: yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və s. aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Buna baxmayaraq, mübahisələndirilən qəzalı evdə cavabdehlərin və onun ailə üzvlərinin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına təhlükə olmaqla yanaşı, iddiaçının həmin ərazidə inşaat işləri aparan hüquqi şəxsin ağlabatan təklifini qəbul etməyərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına, ərazinin abadlaşdırılmasına, sakinlərin təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə maneəçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün yararsız, texniki vəziyyəti yolverilməz olan mənzildən çıxarılması ilk növbədə o və həmin evdə yaşayan digər şəxslər üçün vacib məsələdir. Halbuki, cavabdeh qəzalı yaşayış evini boşaltdığı halda, mülkiyyətində olan mənzildən daha təhlükəsiz, tikinti standartlarına uyğun təmirli mənzillərin verilməsi iddiaçı tərəfindən təklif edilir. Göründüyü kimi, cavabdehin tikinti standartlarına uyğun olmayan mənzildən çıxarılmaması həmçinin mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinin yerinə yetirilməsinə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesinin həyata keçirilməsinə maneəçilik törədir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməməsi məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan suiistifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu baxımdan məhkəmə tərəfindən həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin Qərara görə, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Lakin hər bir halda qəzalı vəziyyətdə olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası zamanı cavabdehə dəyən zərər ədalətli şəkildə, ədalətli tarazlıq təmin edilməklə ödənilməlidir. Ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu zaman mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi və s. hallar nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə şəhərsalmanın planlaşdırılması, ölkənin abadlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, inşa ediləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması şərti ilə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır. Belə ki, ictimai marağın və ictimai təhlükəsizliyin təmin edilməsi zərurəti nəzərə alınmaqla fiziki şəxsin mülkiyyət və digər hüquqlarına müdaxilə həm zəruri, həm də mütənasibdir. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Özü və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradan mənzildə yaşamaqda və ya ondan istifadə etməkdə isə cavabdehin əsaslı qanuni mənafeyi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin tikinti standartlarına uyğun olmayan mənzildə yaşamaları qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, ətrafdakılar üçün təhlükə yaratmaqla ictimai marağı da zədələyindən boşaldılmalı və sökülməsi üçün iddiaçıya təhvil verilməlidir. Cavabdehlərin mənzilinin yaşayış sahəsinin 47 kv.metr (149753 saylı, xx.xx.2002-ci il tarixli Müqavilə üzrə ümumi sahəsi 66 kv/m) olduğu nəzərə alınmaqla, cavabdehə təklif edilən 68 kv/metr mənzilin verilməsini məhkəmə ağlabatan, ədalətli kompensasiya hesab edir. Həmçinin qeyd edilən mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək binada veriləcək mənzilin mərtəbəsi, sayı da dəqiq müəyyən edilmişdir. Belə ki, 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.m ölçüdə təmirli 3 saylı mənzili Cavabdeh təklif edilir. Cavabdehə təklif edilən kirayə haqqının məbləği ilə bağlı qeyd edilməlidir ki, cavabdehin kirayə haqqının məbləğinin 500 manat olması da cavabdehin əsaslı qanuni mənafeyi baxımından qənaətbəxşdir. Bu hissədə cavabdehin hər hansı etiraz və dəlilləri olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehə təklif olunan 500 manat kirayə haqqı ağlabatan məbləğ kompensasiyadır. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi “mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi” hissəsində əsassızdır və təmin olunmamalıdır. Belə ki, ÖM seriyalı, 115833 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binada 47 kv.m yaşayış sahədən ibarət olan 3 otaqlı 12 nömrəli evin 48 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh qızının adına qeydiyyata alınmışdır. Belə olan halda, mənzilin cavabdehin qeyri-qanuni sahibliyində olmasından söhbət gedə bilməz və iddiaçı belə bir tələblə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qızı tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 66 kv/m olan mənzil boşaldılaraq “Ailə Park" QSC-yə təhvil verilməli və həmin mənzil "Ailə Park” QSC tərəfindən sökülməli, İddiaçı QSC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 66 kv/m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh qızına təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh qızına hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzili Cavabdeh qızı tərəfindən boşaldılsın və sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı MTK tərəfindən 66 kv/m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzilinin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.m ölçüdə təmirli 3 saylı mənzil Cavabdeh qızına təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh qızına hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar