Məhkəmə qərarları › İş №2(005)-1924/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1924/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1924/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 Vitaliyeviçin, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviçin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vitaliyeviçə, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviçə qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviçə qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 Vitaliyeviç, Cavabdeh2 Viktorvna və Cavabdeh1 Vitaliyeviçin Bakı şəhəri, Nərimanov rayonu Zeynal Xəlil küçəsi 14 nömrəli evin 25 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, on iyul iki min iyirminci il tarixli 593İK- SAB/2020 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəİil 14 mənzil 25də yerləşən yaşayış evini Bakı şəhəri 46 saylı DNK-da İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, seriya RX .N»**********63- 05101-093035 saylı Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi 14 saylı evin 25 saylı mənzili iddiaçının tam mülkiyyətimdədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da bizə məlum deyil. Bakı şəhəri 38 saylı Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli №008958 saylı arayışından görünür ki, cavabdehlər hazırda Bakı şəhəri Nərimanov rayonu, Zeynal Xəlil küçəsi 14 mənzil 25 ünvanında qeydiyyatda qalmışdırlar. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Vitaliyeviçin, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviç məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov rayonu Mənzil Kommunal Təsərüffatı Birliyinin 38 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 38/84 nömrəli 008958 nömrəli arayışından görünür İddiaçı Z.Xəlil küçəsi 14 nömrəli evin 25 nömrəli mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2, Cavabdeh3 Vitaliyeviç ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli 593İK-SAB/2020 nömrəli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 Vitaliyeviç və Cavabdeh1 Vitaliyeviç ilə alıcı (ipoteka qoyan) İddiaçı arasında müqavilə imzalanmışdır. Alıcı İddiaçı satıcı Cavabdeh3 Vitaliyeviç və Cavabdeh1 Vitaliyeviç-dən satdığı tam hissəni (71.80 kv/m) ondan 98.000 manat 00 qəpik (doxsan səkkiz manat sıfır qəpik) qiymətinə aldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, ev 14, mənzil 25 İddiaçık oğlunun mülkiyyətindədir. ASAN 2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Yardımlı rayonu, Anzov kəndində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh1 Vitaliyeviç xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh3 Vitaliyeviç xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh2 xx.xx.1963-cü ildə Xudat şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3a Vitaliyeviç və Cavabdeh1 Vitaliyeviç ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14, 25 nömrəli mənzili İddiaçı 98.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviç hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Bu kontekstdə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviç iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi, ev 14, 25 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və onlar, müvafiq mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviç Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, ev 14, 25 saylı mənzilə olan yaşayış sahəsində istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh1 Vitaliyeviç, Cavabdeh2 və Cavabdeh3 Vitaliyeviç Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14, 25 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar