Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1926/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İlk iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk və iddiaçı Cavabdehlər İddiaçı, X22, X13, X11 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-dan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 18.07.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilə bağlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88 ünvanında yerləşən mənzili almışdır. Alqı-satqı müqaviləsi əsasında 19.07.2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71-05101-093014 nömrəli çıxarış almışdır. Alqı-satqı müqaviləsinin 16-cı bəndində göstərilmişdir ki, satıcı Cavabdeh 17.09.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə öhdəlik götürsə də, bu günə qədər satıcı Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bu barədə Bakı şəhəri 11 saylı Notariatı tərəfindən Elektron Notariat X2 23.02.2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdehin harada yaşaması barədə məlumatı yoxdur. Lakin, sonuncu yaşayış ünvanı ünvan 1da Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-də qeydiyyatda olsa da, faktiki olaraq 2019-cu ildə ev iddiaçıya satıldıqdan sonra orada yaşamamış və hazırda harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehlər İddiaçı, X22, X13, X11 qarşı, Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə əqdin etibarsız hesab edilməsi və mənzilə kömürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X32 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə Hacıyev Zaman -ddin oğlu arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqısatqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X19 ilə X14 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* №-li, MA seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət estrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. ünvan 2 ünvanında 2006- ildən təkbaşına yaşayır. Ləman Həsənovanı uzun müddətdir tanıyır və ona öz övladı kimi baxmışdır. Ləman təsərrüfat işlərinin aparılmasında Cavabdeh kömək etmişdir. Aralarındakı razılığa əsasən Ləman ona qulluq etməyi, Cavabdeh isə evini ona vəsiyyət etməyi qərara almışılar. Bununla bağlı 03 avqust 2018-ci il tarixdə 21 saylı notariat ofisində Ləmana evin vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamə vermişdir. Sonraadan kənar şəxsdən borcun tutulub Cavabdeh verilməsi işi ilə məşğul olmaq üçün 13 iyul 2019-cu il tarixdə 3 saylı notariat konturunda Cavabdeh X32 adına etibarnamə vermişdir. Lakin etibarnamənin məzmunundan məlumatlı olmamışdır, bu etibarnamənin yalnız sözügedən borc pul məbləğinin tutulması işi ilə bağlı olduğunu düşünmüşdür. Bundan sonra 25 oktyabr 2020ci il tarixdə cavabdeh İddiaçı Cavabdeh mənzilinə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X15 alqı-satqı vasitəsi ilə aldığını bildirdi. Daha sonra Məlikova X6 Ləman Xəqani qızının İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrənmişdir. Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək Cavabdeh evi tərk etməyini tələb etmişlər. Cavabdeh isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə Cavabdeh məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də Cavabdeh polis orqanlarına müraiət etmiş və araşdırma zamanı X32 yuxarıda qeyd olunan halları etiraf etmişdir. Hazırda cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidovun ıcraatmdadır və istintaq davam edir. Hazırkı mülki işə məhkəmədə baxılan zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmənin 29.03.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X9 adına 15.04.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, 13.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X19 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X19 ilə X14 arasında 13 aprel 2021-ci il tarixdə AN -İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, ilk iddiaçı A.Qulivev ona qarsı 29.03.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni 31.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla «vicdanlı alıcı» obrazı yaratmaq üçün mənzili öz yaxın qohumu olan cavabdeh Z.Hacıyevin adına, bundan sonra isə 13.04.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Ə.Məhərrəmovanın adına keçirmişdir. Həmçinin notariat işindən də məlum olur ki, iddiaçı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzillə bağlı 31.03.2021-ci il tarixli və 13.04.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlər arasında bağlanmış 31.03.2021-ci il tarixli və 13.04.2021-ci il tarixli alqı-satqı müqavilələri də görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqdlərdir. İlk iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinin tələblərinə əsasən mülki işə İlk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh X32 iddianın etiraf edilməsinə dair ərizə ilə məhkəməyə müaciət edərək bildirmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ının iddia tələblərini qismən qəbul edir. Belə ki, həqiqətən də qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə dair ona 03.08.2020-ci il tarixdə vəsiyyətnamə vermişdir. Eyni zamanda notariat kontorunda öz adından ona ümumi etibarnamə vermişdir. Lakin onun adından çıxış edərək X32 digər cavabdeh İddiaçı arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmamış və o, Məlikovanın mənzilini İddiaçı satmamışdır. İddiaçı 40.000 manat faizə pul almaq barədə onunla razılığa gəlmiş və İddiaçı pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat olaraq Cavabdeh evini təklif etmişdir və Akif də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım duğunu ona bildirmişdir. Onlar 17.07.2019-cıı il tarixdə 11 saylı notariat kontoruna getmiş və orada sənədlər hazırlanmışdır. X10 həmin sənədlərə imza etməsini bildirmişlər, X4 imza edən zaman görmüşdür ki, orada mənzilin alqı-satqısı yazılmış, X32 buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman X12 bildirdi ki, narahat olma, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcəyini bildirdi. X32 da məcbur qalıb həmin sənədlərə imza etdi. Sonra onlar banka getdi, bankda İddiaçı öz depozitindən pul çıxararaq notariusun hesabına pul köçürdü. Növbəti gün isə onlar birlikdə banka getmiş, X32 bankdan 60.000 manat məbləğində pulu götürdü. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid ifadələrini, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilk, həm qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında şahid X39 ifadə verərək bildirdi ki, Cavabdeh qulluq edən şəxs olmuşdur. Məlikova X5 mənzildə yaşamışdır. Məhkəmə iclasında şahid X28 ifadə verərək bildirdi ki, İddiaçı X22 borc pul vermişdir. Cavabdeh məxsus mənzil borcun təminatı kimi girov qoyulub. X28 müəyyən məbləğdə pulu X15 götürüb İddiaçı çatdırıb. Məhkəmə iclasında şahid X36 ifadə verərək bildirdi ki, Cavabdeh ilə qonşu olmuşlar. Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Sonradan İddiaçı Cavabdeh həmin mənzildən çıxarmışdır. Məhkəmə iclasında şahid X24 ifadə verərək bildirdi ki, Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Lakin sonradan məcburi qaydada yaşadığı mənzildən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh tam payda məxsusdur və bu barədə 20.05.2011-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 03 avqust 2018-ci il tarixli 2V-76 nömrə ilə reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin mətnindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 36, m.23-də qeydiyyatda olan X37 (şəxsiyyət vəsiqəsi AZE № 19189870, Asan 5 tər. 15.04.2018-ci ildə verilib.) və ünvan 3 ünvanında qeydiyyatda olan X33 ( şəxsiyyət vəsiqəsi AZE № 09874013, Ağdam RPŞ tər. 0.04.2012-ci ildə verilib.) şahidliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili X22 vəsiyyət etmişdir. İş materiallarında olan 17.07.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh tam payda məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarında olan “Elektron notariat” X2 çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzildə qeydiyyatda olan şəxs (şəxslər) Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisinə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X32 tərəfindən ünvanlanmış ərizədən qeyd edilir ki, Cavabdeh halhazırda subaydır və nikahda deyil. İş materiallarında olan Cavabdeh tərəfindən X22 verilmiş 13.07.2019-cu il tarixli AR-İ 630772 saylı, reyestrdə 1S-14039 nömrəsi ilə qeyd edilmiş, 11 saylı notariat ofisində 13.07.2024-cü il tarixədək verilmiş etibarnamədən müəyyən olunur ki, Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X22 etibar etmişdir. İş materiallarında olan 18.07.2019-cu il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X7 X31 adından Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 60000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı tam payda məxsusdur və bu barədə 19.07.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, **********63 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli 13.04.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı 23.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən 23.04.2021-ci il tarixdə sözügedən mənzil üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 31.03.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 65000 manata X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X13 tam payda məxsusdur və bu barədə 02.04.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 13.04.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən müəyyən olunur ki, X19 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 64000 manata X1. İş materiallarında olan 13-04-2021 12-53 saylı qəbzdən aydın olur ki, X14 müqavilə üzrə müəyyənləşdirilmiş 64000 manat pul məbləğini 11 saylı notariat şöbəsi notariusu X26 hesabına köçürmüşdür. İş materiallarında olan **********364 nömrəli ərizədən aydın olur ki, X14 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil mülkiyyət hüququnu təsdiq edən elektron çıxarışı və texniki sənədləri əldə etmək üçün 11 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan **********475 nömrəli ərizədən aydın olur ki, Cavabdeh 03.08.2018-ci il tarixli 2V-76 reystr nömrəli X32 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilin vəsiyyət edilməsinə dair vəsiyyətnamənin ləğv edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19.05.2021-ci il tarixli 105-1-11/2081-21 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə 05.06.2008-ci il tarixdə telefon xətti çəkilmiş və Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/05- 06/2068 nömrəli, 18.05.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil **********50088 nömrəli abunə kodu ilə 02 sentyabr 2000-ci il tarixdən 25 mart 2006-cı il tarixədək X27 adına qeydiyyatda olmuş, 25 mart 2006-cı il tarixdə ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilərək, Cavabdeh adına qeydiyyata alınmışdır. Abunə kodunun Cavabdeh digər şəxslərin adına keçməsi barədə məlumat yoxdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/4/01- 7/6/6908 nömrəli, 16.05.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi müvafiq sənədlərə əsasən 04.12.2012-ci il tarixdə 11498970 nömrəli müqavilə bağlanaraq, **********880 saylı abonent kodu verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 14/11-6853 nnömrəli sorğuya cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus hesabdan 17.07.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək aparılmış əməliyyatlardan və 18 iyul 2019-cu il tarixli mədaxil və məxaric orderlərindən aydın olur ki, ayrı-ayrılıqda 50000 manat, 30000 manat və 20000 manat məxaric, eyni zamanda ayrıayrılıqda 50000 manat və 20000 manat mədaxil edilmişdir Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli 13.04.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-dan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən mənzilə heç bir hüququ olmadığından o, hər hansı şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququna malik deyil. Bu səbəbdən də məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh tərəfindən X22 verilmiş 13.07.2019-cu il tarixli AR-İ 630772 saylı, reyestrdə 1S-14039 nömrəsi ilə qeyd edilmiş, 11 saylı notariat ofisində 13.07.2024-cü il tarixədək verilmiş etibarnamədən müəyyən olunur ki, Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X22 etibar etmişdir. Və bu etibarnamə əsasında X32 mübahisəli mənzili İddiaçı qanunvericiliyə müvafiq qaydada satmışdır. Hazırda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X32 ilə İddiaçı oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə Hacıyev Zaman oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X19 ilə X14 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-ci maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı yxarıda qeyd edilən alqı-satqı müqavilələrin etibarsız hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə ümumilikdə qarşılıqlı iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi, tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə hesab edir ki, etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehlər İddiaçı və X32, X19, X11 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən dövlət rüsumu ilkin iddia üzrə iddiaçı və cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı və X32, X19, X11 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1926/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1926/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver