Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-193/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 14.02.2018-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyi üçün, yəni müqavilə ilə göstərilmiş mənzilin ümumi sahəsi ilə iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi arasında olan kəskin fərqə görə cavabdehdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə çatışmayan hər 1 kv.m üçün 3000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarın icrası məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 21.10.2016-cı il tarixli 197 nömrəli Sərəncamı və Nəsimi RİH ilə Cavabdeh MMC arasında 03.02.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhərinin Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülməsi, həmin binaların sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması işlərini cavabdeh şirkət həyata keçirirdi. Bu səbəbdən iddiaçılara məxsus ünvan 1 ünvanda yerləşən mənzilin sökülməsi, əvəzində həmin ünvanda yaşayan sakinlərə yeni inşa ediləcək binada yaşayış mənzillərin verilməsi tərəflər arasında razılaşdırılmışdır. Buna dair tərəflər arasında 14.02.2018-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Kontorunda Müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçıların adından İddiaçı1 çıxış etsə də, faktiki olaraq bir müqavilə ilə bütün iddiaçılara aid müqavilə predmeti razılaşdırılmışdır. X4 münasibətdə Cavabdeh MMC Bakı şəhəri. Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının Bİ blokunda, 4-cü mərtəbədə ümumi sahəsi 64,79 kv.m olan 21 nömrəli 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Agamalıvev Naliq baiq oğluna münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürınərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, ümumi sahəsi 51,211 kv m olan 1 nömrəli, 1 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. X6 münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-cü mərtəbədə, ümumi sahəsi 64,79 kv.m olan 28 nömrəli, 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı3 münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, ümumi sahəsi 51,21 kv.m olan, 8 nömrəli, 1 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı4 münasibətdə cavabdeh “ARCHİCO’' MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürınərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, ümumi sahəsi 64,79 kv.m olan, 35 nömrəli, 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Hazırda binada inşaat işləri qismən tamamlandığı üçün mənzillər iddiaçılara hələ təhvil verilməmişdir, iddiaçılar kirayə yaşayırlar. Binanın əsas inşaat işləri tamamlandığı üçün onlar öz mənzilləri ilə tanış olmuş, mənzilinə giribçıxmışlar. Mənzili ilə tanış olan zaman aşkar etmişdilər ki, mənzillərin müqavilə və sənəddə göstərilən sahələri ilə faktiki sahə arasında kəskin fərq mövcuddur. Belə ki, 64.79 kv.m kimi qeyd olunan mənzilin sahəsi balkon sahəsi tam sayılsa belə 48 kv təşkil edir, halbuki qanunvericiliyə görə balkonun sahəsi hesablanarkən 30% hissəsi nəzərə alınmalıdır. Yəni faktiki sahə 45 kv.m-dən az ölçünü təşkil etmişdir. Bu hal bütün iddiaçıların mənzillərində təkrarlanır. Cavabdeh şirkətə bu anlaşılmazlığa görə müraciət etdikdə isə, binanın bayır divarından ölçünün aparıldığı cavabı verilmişdir. Qanunvericilik aktlarının tələblərindən aydın olur ki, bu mülkiyyət hüququnun kobud pozuntusudur. Bundan başqa inşaat aparan cavabdeh ümumi sahəsə qeyri-yaşayış və yardımçı sahələri də daxil etdiyini deyir, məsələn soba borusu kanalını (şaxta), pilləkən meydançası, məhəccərlər və sair. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı4 idda tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, həmçinin iddia ərizəsinə etiraz ərizəsinə uyğun çıxış edərək bildirdi ki, Nəsimi RİH ilə Cavabdeh MMC arasında bağlanmış 03.02.2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə əsasən Cavabdeh MMC ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan mənzillərlə təmin etməlidir. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 244.9 m2 təşkil edən fərdi yaşayış evi hər birinin 1/3 hissə olmaqla İddiaçı1, X2 və X1 paylı mülkiyyətində olmuşdur. Belə olan halda ümumi əmlakda hər bir payçının, o cümlədən İddiaçı1 81.6 m2 sahəyə mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 14.02.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 premium tipli binadan sahəsi 64,79 m2 təşkil edən 3 ədəd ikiotaqlı, sahəsi 51.21 m2 təşkil edən 2 ədəd birotaqlı, sahəsi 77,14 m2 təşkil edən 1 ədəd ikiotaqlı olmaqla - yekun sahəsi - 373,93 m2 təşkil edən, cəmi 6 ədəd təmirli mənzilin verilməsi razılaşdırılmışdır. Eyni zamanda birdəfəlik 35.400 AZN vəsait ödənilmiş və hər ay 1550 AZN kirayə haqqının ödənilməsi razılaşdırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30.12.2021-ci il tarixli, 10/5123 nömrəli ekspert rəyindən də göründüyü kimi İddiaçı1la bağlanmış müqavilə üzrə 1, 8, 21,28, 35 nömrəli mənzillərin ümumi sahəsi (mənzilin divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə olan sahəsi) müqavilə üzrə razılaşdırılmış sahələrə uyğun gəlir. Nəsimi RİHB-nın 17.01.2022-ci il tarixli, 3/55 nömrəli məktubundan göründüyü kimi Nəsimi RİHB-nın 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh MMC arasında bağlanmış 03.02.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 14.02.2018-ci il tarixli müqavilə üzrə 11 nömrəli mənzilin sahibi X10 da 01.10.2021-ci il tarixli ərizəsi ilə etiraf etmişdir ki, mənzilin ümumi sahəsi mənzilin divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə olan sahəsi nəzərə alınmaqla hesablanır. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi də Cavabdeh MMC-yə hazırkı ərazi ilə bağlı sakinlərlə söküntü və əvəzləşmə işləri aparılan zaman ölçü işlərinin divarların qalınlığı nəzərə alınmaqla aparılması barədə qərar qəbul etmişdir. Göründüyü kimi Cavabdeh MMC dövlət qarşısında götürdüyü öhdəliyə uyğun olaraq sakinləri mövcud mənzillərinə nisbətdə ən azı 15% əlavə sahəsi olan mənzillərlə təmin etmiş, sakinlərə yüksək kompensasiya və kirayə haqqları ödəmiş, sahələrinin hesablanmasında heç bir pozuntuya yol verməmiş, müqavilə öhdəliklərinə tam əməl etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatdadır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 3 ünvanında qeydiyyatdadır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 14.02.2018-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ArchicoMMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 4-cü mərtəbədə, ümumi sahəsi 64.79 kv.m olan, 21 nömrəli təmirli 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, 1 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-ci mərtəbədə, 28 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı3 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 8 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, X8 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 11 nömrəli təmirli, ümumi sahəsi 77.14 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı4 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, 35 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissə İddiaçı1, 1/3 hissə X5 və 1/3 hissə X1 adına 30.10.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının aparatının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət-yə ünvanlaşmış 17.01.2022-ci il tarixli məktubunun surətində qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21.10.2016-cı il tarixli 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 03.02.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. X7 nümayəndəsi X3 Cavabdeh MMC-yə ünvanlandığı 01.10.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X10 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış müqavilə üzrə mənzilin sahəsi 77.14 kv.m təşkil etməli olduğu halda, faktiki vəziyyəti arasında 3 kv.m fərqin olması müəyyən edilmişdir. Bu səbəbdən yaranmış hər 1 kv.m üçün 1000 manat olmaqla, cəmi 3000 manat kompensasiyanın ödənilməsini xahiş etmiş və hər hası əlavə iddia, tələb və şikayəti olmadığını qeyd etmişdir. 07.10.2021-ci il tarixli, BD51 nömrəli Ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən 3000 manat X7 hesabına köçürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 30.12.2021-ci il tarixli, 10/5123 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 4-cü mərtəbə, 21 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 54,34 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 2-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 40,96 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta/'altı na, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,21 m2təşkil etdiyi nüəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 6-cı mərtəbə, 35 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,18 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 5-ci mərtəbə, 28 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,43 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 3-cü mərtəbə, 8 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 41,38 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, 14.02.2018-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 4-cü mərtəbədə, ümumi sahəsi 64.79 kv.m olan, 21 nömrəli təmirli 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, 1 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-ci mərtəbədə, 28 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı3 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 8 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, X8 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 11 nömrəli təmirli, ümumi sahəsi 77.14 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı4 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, 35 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır : Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14.02.2018-ci il tarixli müqavilədən cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin maddələrindən göründüyü kimi, mənzillərin ümumi tikinti sahələri 64.79 kv.m, 51.21 kv.m, 64.79 kv.m, 51.21 kv.m, 77.14 kv.m və 64.79 kv.m təşkil edir . Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzillərin sahələri ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzillərin sahələri qeyd edilən qaydada, yəni sahələri 64.79 kv.m, 51.21 kv.m, 64.79 kv.m, 51.21 kv.m, 77.14 kv.m və 64.79 kv.m müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilən binada qeyd olunan mənzillərin tikinti sahəsi tərəflər arasında bağlanmış 14.02.2018-ci il tarixli müqavilənin bəndində qeyd olunan mənzillərin tikinti sahəsiylə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı kompensasiyanın ödəniməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-193/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-193/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver