Məhkəmə qərarları › İş №2(005)-1937/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1937/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1937/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “İddiaçı“BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC Cavabdeh qarşı kredit borcunun tutulması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-LMK-22 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə L-105-USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 12 ay müddətinə 1600 (bir min altı yüz) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci tarixdə, 559 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 12,9 qr çəkisi, 583 əyyar olan bir ədəd versaçe sep, 5,7 qr çəkisi, 583 əyyarı olan bir bilərzik olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank şəxsi məqsədlər üçün “Borcalan”a 1600 (bir min altı yüz) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.4.-Cİ bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 (on iki) aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən (6.1. bənd) kredit üzrə faizlər 547 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər gün illik 22 % hesablanır. Həmçinin Kredit Müqaviləsinin 10.2-ci bəndinə əsasən “Borc alan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3% - i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 364,89 (üç yüz altmış dörd ABŞ dolları, 89 sent) ABŞ dolları, faiz borcu üzrə 254,30 (iki yüz əlli dörd ABŞ dolları, 30 sent) ABŞ dolları olmaqla cəmi, 619,19 (altı yüz on doqquz ABŞ dolları, 19 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh əsas borc üzrə 364,89 (üç yüz altmış dörd ABŞ dolları, 89 sent) ABŞ dolları, faiz borcu üzrə 254,30 (iki yüz əlli dörd ABŞ dolları, 30 sent) ABŞ dolları olmaqla cəmi, 619,19 (altı yüz on doqquz ABŞ dolları, 19 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan, 12,9 qr çəkisi, 583 əyyar olan bir ədəd versaçe sep, 5,7 qr çəkisi, 583 əyyarı olan bir bilərzik olan qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin “İddiaçı’' QSC-nin hesabına ödənilməsinə satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, L-105-USD nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, ABB ASC-nin Mingəçevir filialı Cavabdeh 12 ay müddətinə, hər ay əsas borcun 1,83 faiz dərəcəsi tətbiq edilməklə şəxsi istifadə məqsədilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli L-105-USD nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tərəfindən kreditin təminatı kimi 583 əyyar 2400 dollar dəyərində Versaçe bilərzik və sep banka girov qoymuşdur. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 1-xx.xx.2015-MİN56 saylı kredit müqaviləsinə əlavə №1-dən görünür ki, Cavabdeh aylıq ödəniş məbləği hər ay 149.80 dollar, sonuncu ay üçün isə 149.16 dollar müəyyən edilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, ABB tərəfindən Cavabdeh 1568 dollar verilmişdir. İs materiallarında olan S-LMK-22 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, xx xxxx 2015ci il tarixli, L-105-USD nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı QSC-yə xx xxxxx 2018-ci il tarixdə 150 dollar ödəniş edilmiş, ödənilməmiş 619,19 dollar (364,89 əsas borc və 254,30 dollar faiz borcu) borcu qalmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2015-ci il tarixdə L-105- USD saylı kredit müqaviləsi bağlanmışdır. Tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh xx xxxx 2015-ci il tarixli L- 105-USD nömrəli girov müqaviləsinə əsasən 583 əyyar 2400 dollar dəyərində versaçe bilərzik və sep banka girov qoymuşdur. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-LMK-22 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddiaçı” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə xx xxxx 2015-ci il tarixli, L-105-USD nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu maliyyə arayışı ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxx 2015-ci il tarixli, L-105-USD nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc üzrə 364,89 ABŞ dolları, faiz borcu üzrə 254,30 ABŞ dolları cəmi 619,19 ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT QSC-nin qarşısında girov ilə yüklü edilmiş Cavabdeh məxsus olan, 12,9 qr çəkisi, 583 əyyar olan bir ədəd versaçe sep, 5,7 qr çəkisi, 583 əyyarı olan bir bilərzik qızıl-zinət əşyalarına yönəldilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 364,89 (üç yüz altmış dörd ABŞ dolları, 89 sent) ABŞ dolları, faiz borcu üzrə 254,30 (iki yüz əlli dörd ABŞ dolları, 30 sent) ABŞ dolları, cəmi, 619,19 (altı yüz on doqquz ABŞ dolları, 19 sent) ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan, 12,9 qr çəkisi, 583 əyyar olan bir ədəd versaçe sep, 5,7 qr çəkisi, 583 əyyarı olan bir bilərzik olan qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılsın və əldə olunan vəsait hesabına borc İddiaçı BOKT QSC-nə ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar