Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1939/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - vətəndaş qrafasında soyadı, adı, atasının adı X4, doğum tarixi xx xxxxx 1948-ci il (on altı aprel min doqquz yüz qırx səkkizinci il), doğulduğu yer qrafasında Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndi, atası qrafasında X5, milliyəti azərbaycanlı, Anası qrafasında X6, milliyəti azərbaycanlı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur, milliyəti azərbaycanlıdır, X1 Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş, milliyəti azərbaycanlıdır, anası X6 Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş milliyəti azərbaycanlıdır, onun Ermənistan SSR-də verilmiş doğum haqqında şəhadətnaməsi itdiyinə görə qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa olunması üçün müraciət etmişdir, lakin Qeydiyyat şöbəsindən doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün olmadığı səbəbinə görə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur, odur ki, halhazırda doğum haqqında akt qeydi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, ona görə də hesab edir ki, həm şahid ifadələri, həm də iddia ərizəsinə əlavə etdiyi sənədlərə hüquqi qiymət verilərək doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - Ərizəçi qızlıq soyadının Quliyeva olması, xx.xx.1948-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulmağı, milliyətinin azərbaycanlıdır olması, atasının X5, anasının X6 olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, Ermənistan SSR Krasnoselsk rayonunda anadan olmuşdur və ərizəçinin doğma bacısıdır, X7 atası, X6 isə anasıdır, başqa bacı-qardaşları da var, lakin onların aralarında vəfat etmişləri də var. Məhkəmə şahid ifadəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 20 nömrəli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığında onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. - AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistanda anadan olmuşdur. - İş materiallarına əlavə edilmiş İ-ЗЖ 215340 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X4 arasında 10 noyabr 1968-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. - İş materiallarına əlavə edilmiş AZ-İ 430736 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 iyun 2010-cu ildə Abşeron rayon, Xırdalan şəhərində ölmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. X1 anası isə X3r. Həmçinin nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 10 noyabr 1968-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Cəfərova” soyadı verilmişdir. Lakin, doğum faktını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X2 xx.xx.1948-cı ildə Ermənistan SSR-nin Krasnoselo rayonu, Ardanış kəndində doğulması, ata qrafasında X5, ana qrafasında isə X6 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Qeyd olunan hallar ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənədlər olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin doğum akt qeydi bərpa edilməldir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilən maddi hüquq normaları və məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, ərizəçi Cəfərova (Quliyeva) Xavayat Musa qızının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X4”, “doğum tarixi” qrafasında “xx xxxxx 1948-ci il (on altı aprel min doqquz yüz qırx səkkizinci il)”, “doğulduğu yer” qrafasında “Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndi”, “Atası” qrafasında “X5”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X6”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi Cəfərova (Quliyeva) Xavayat Musa qızının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X4”, “doğum tarixi” qrafasında “xx xxxxx 1948-ci il (on altı aprel min doqquz yüz qırx səkkizinci il)”, “doğulduğu yer” qrafasında “Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndi”, “Atası” qrafasında “X5”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X6”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi Cəfərova (Quliyeva) Xavayat Musa qızının bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1939/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1939/2023
13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver