Məhkəmə qərarları › İş №2(005)-194/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-194/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-194/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi, X1, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil3, Üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi X13 iştirakı ilə, X1 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxx” ASC, X24, X22 və X17 cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SEAT TOLEDO minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 8000 manat təşkil etməsi barədə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hərrac protokolunun ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə X8 və nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, SEAT TOLEDO minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtobilin ilin satış qiymətinin 8000 manat təşkil etməsi barədə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin əmlakların qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X38 Toledo minik markalı, ** TV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 8000 manat məbləğində satılması haqqında hərrac protokolunun ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nətcələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə X8 və nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, SEAT TOLEDO minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtobilin ilin satış qiymətinin 8000 manat təşkil etməsi barədə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin əmlakların qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X38 Toledo minik markalı, ** TV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 8000 manat məbləğində satılması haqqında hərrac protokolunun etibarsız hesab edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Seat Toledo” markalı, **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı,2014-cü il zavod buraxılış ili olan, “VSSZZZNHXF10İ5544” ban nömrəli, “CFN618091” mühərrik nömrəli minik avtomobili hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 8000 manat məbləğində qiymətləndirilmişdir. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etdiyi 02 nömrəli, xx.xx.2019-cu il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın surəti ilə təsdiq edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3276/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə “Nikoyl' İKB-nin ona qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbini təmin edilərək, ondan 12883.09 ABŞ dolları əsas borc, 5313.48 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları dəbbə pulunun cəmi 18346.57 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, “Nikoyl” İKB-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus buraxılış ili 2014-cü il olan “SEAT TOLEDO” minik markalı, **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılmasını qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş icra sənədinə əsasən Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə tutma yönəlmiş ona məxsus “SEAT TOLEDO” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirmə fəaliyyətini həyata keçirən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ipoteka ilə yüklü “SEAT TOLEDO” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 8000 manat təşkil etməsi barədə qənaətə gələrək xx xxxxxx 2019-cu il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib etmişdir. Bundan sonra Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən ona məxsus “Seat Toledo” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmaq üçün hərraca çıxarılmışdır. Bu az deyilmiş kimi, hərracda isə onsuz real dəyərindən aşağı qiymətə qiymətləndirilmiş sözü gedən avtomobil bir az da aşağı məbləğə, yəni 8000 manat məbləğinə satılmışdır. X1, onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-yə qarşı İddiaçı məxsus Seat Toledo minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 8000 manat qiymətləndirilməsi barədə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2019-cu il tarixli 02 saylı ekspert rəyinin ləğv edilməsi və Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Hərrac Mərkəzi MMC tərəfindən Seat Toledo minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsasladırmışdir ki, guya onun avtomobili hərrac keçirilərkən aşağı qiymətləndirilmiş və əmlakı guya ucuz satılmışdır. Lakin iddiaçı onun avtomobilinin qiymətləndirilən vaxtı nə formada və texniki vəziyyətinin nə vəziyyətdə olmasını gizlətmişdir. Çünki iddiaçı səhv etmirəmsə bankdan verilən məlumata görə avtomobil E.Zeynallı hərracdan alana qədər təxminən 5 il dayanacaqda nəzarətsiz qalmışdır. Həmçinin E.Zeynallı avtomobili alarkən avtomobilin üzərində dəmirçi, rəngsaz və elektrik işləri var idi. Hətta avtomobili alandan sonra onun sürət qutusunu və mühərrikini düzəldə bilməmişdir və elə həmin vəziyyətdə də 8000 manata başqa şəxsə satmışdır. Avtomobili alandan sonra xeyli ziyan etmişdir. Çünki E.Zeynallı hərraca 5% və icraya 7% icra ödənişi etmişdir. Hətta avtomobilin üzərində işlər görmüşdür və xeyli xərclər çəkmişdir. Məhkəməyə təqdim edilmiş hərrac sənədlərindən də göründüyü kimi keçirilmiş hərrac X28 42-43-cü maddələrinin tələblərinə əsasən tam qanunauyğun keçirilmişdir. Belə ki, hərracın keçirilməsi barədə iddiaçıya 2 dəfə bildiriş göndərilmiş, qəzetlərdə elan verilmiş və hərracın iştirakçısı olaraq E.Zeynallı qanuni olaraq avtomobili almışdır. İddiaçı iddia edir ki, avtomobilin dəyərini çox az qoymuşdular və buna görə də hərrac etibarsız hesab edilməlidir. Lakin nə X29, nə də Mülki Məcəllədə qiymətin aşağı qoyulmasının və qiymətlənmənin ləğv edilməsi ilə hərracın etibarsız hesab edilməsinə dair hər hansı qanunverici norma yoxdur. İddiaçının iddiası təmin olunduğu təqdirdə belə çıxır ki, E.Zeynallı və ondan sonra avtomobilə çəkilən xərclər iddiaçının xeyirinə olunmuş xərclərdir. Yəni iddiaçı belə olan halda əsassız varlanmış olur və biz avtomobili alanlar ziyana düşmüş oluruq. İddiaçı belə olan halda hərrac etibarsız hesab edilsə tam saz vəziyyətdə avtomobil əldə etmiş olur. Niyə belə olan halda E.Zeynallı və digər vicdanlı alıcı əziyyət çəkməlidir? E.Zeynallı və digər alıcılar avtomobili vicdanlı əldə etmişlər. Belə olan halda iddiaçı əgər iddia edirsə də belə avtomobil həmin vaxtı düzgün qiymətləndirilməyib onda xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-yə qarşı ona vurulmuş ziyanın ödənilməsi barədə müraciət etməlidir. Əmlak E.Zeynallı tərəfindən alınmamışdan qabaq qiymətləndirilib və sifarişçi Sabunçu icra Şöbəsi olub. Göründüyü kimi iddiaçı ümumiyyətlə iddianı düzgün qaldırmayıb. Həmçinin bu tip analoji işlərdə əmlakın qiymətlənməsinin ləğv edilməsinin hərracın etibarsızlığına səbəb olmaması barədə məhkəmə qətnamələri belə mövcuddur. Üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi X23 iddia tələbinin əsassız olduğunu hərracın tam qanuni və əsaslı keçirildiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən NİkoylBank ASC-yə, İddiaçı və Sabunçu Rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019, xx.xx.2019-cu il tarixli, 01, 01/2nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 2(0008)-3276/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan Seat Toledo markalı, **-TV-*** saylı avtomobilə yönəldilməsi, hərracda 8000 manat ilkin qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 20/03 nömrəli, xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus olan Seat Toledo markalı, **-TV-*** saylı avtomobili Sabunçu Rayon Məhkəməsinin 2(008)-3276/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra Şöbəsinin 11592/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 8000 manat qiymətlə X16 əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan “Cümhuriyyət” qəzetinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Seat Toledo markalı, **-TV-*** saylı avtomobil ilə bağlı hərracın keçirilməsi tarixi barədə xx.xx.2020-ci il tarixdə elan verilmişdir. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Seat Toledo markalı, **-TV-*** saylı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş məlumatların kompyuter çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsaəsn X24 X9, sonuncu isə xx.xx.2020-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5. xx.xx.2020-ci il tarixli Yelo Bank ASC-nin məktubundan görünür ki, X25 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixində, X26 ilə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu ilin mart ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən ərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.1.4-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Seat Toledo markalı, **- TV-*** saylı avtomobili Sabunçu Rayon Məhkəməsinin 2(008)-3276/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra Şöbəsinin 11592/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 8000 manat qiymətlə X16 əldə etmək hüququnun olması bildirmiş, sonuncu həmin avtomobili öz mülkiyyətinə keçirmiş, daha sonra X18, sonuncu da X5. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə avtomobil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq X24 tərəfindən hərracda qalib alıcı kimi satın alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Seat Toledo markalı, **- TV-*** saylı avtomobil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə qalib alıcı X6. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi avtomobil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə iki dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçı tam məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində ünvanını ünvan 1 kimi qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Məhkəmə iddia tələbini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02 saylı qeydiyyat nömrəli ”X3 haqqında” hesabatın etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın həmin hissədə təmin edilməsi üçün heç bir əsas görmür. Qiymətləndirici xx xxxxxx 2019-cu il tarixə İddiaçı məxsus olan Seat Toledo markalı, **- TV-*** saylı avtomobilin əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, qiymətləndirici «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC avtomobilə dair zəruri olan bütün sənədlərlə tanış olmuş, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilmişdir. Qiymətləndirici qiymətin müəyyən edilməsi meyarlarını ayrı-ayrı bəndlər üzrə aydınlaşdıraraq, xx xxxxxx 2019-cu il tarixə əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazırda mübahisələndirilən rəydə qeyd olunmuş qiyməti müəyyən etmişdir. İşin hallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında xx xxxxxx 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş və “xxxxxxx” MMCnin xx.xx.2020-ci il tarixli, 02-20 saylı ekspert rəyi ilə “SEAT TOLEDO" markalı **-TV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2014, rəngi - ağ) minik avtomobilinin xx.xx.2020-ci il tarixinə mümkün bazar dəyəri 16000-19000 manat məbləğində olduğu müəyyən edilmişdir. Daha sonra tərəfin vəsatəti əsasında keçirilən təkrar qiymətləndirmə ekspertizasında “X34” MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixə avtomobilin bazar qiyməti 14000 manat, 2016-cı il tarixə bazar qiyməti 16 400 manat, xx.xx.2019-cu il tarixə real bazar dəyəri 8000 manat, nazaslıqların aradan qaldırılması üçün 8040 manat olduğu müəyyən edilir. Belə ki, hərrac keçiriləndən sonra bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olan X30 avtomobili üçüncü şəxs X18, sonuncu isə xx.xx.2020-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Belə ki, hərracın yekunlarına görə xx.xx.2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqaviləsinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan müstəqil tələb irəli sürməyən üçüncü şəxs M.İhmədli əmlakı E.Zeynallıdan əldə edən zaman onda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığından, o vicdanlı alıcı qismində qəbul olunur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur.Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa iddiaçı tərəfindən məhkəmə baxış iclaslarında iddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə dəfə ərizə təqdim edilsə də, qeyd edilən tələblərdə bilavasitə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçı tərəfindən cavabdeh qismində müəyyən edilməli idi. Lakin keçirilmiş məhkəmə iclaslarında bu şəxslərin və qurumların cavabdeh qismində müəyyən edilməsi təmin edilməmişdir. Bu səbəbdən məhkəmə onların bəzisini öz səlahiyyətlərindən istifadə edərək, üçüncü şəxs qismində işə cəlb etmişdir. Lakin bu tələblərin bir qismi üçüncü şəxslərə qarşı yönəldilə bilməz, onlar bu tələblərə cavab verməli olmayan şəxslərdir. Bu baxımdan iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli etibarnamələrin surətindən görünür ki, İddiaçı “bütün daşınar əmlakını və onun üzərində sərəncam verməyi...digər hərəkətlər etməyi” X20 və X21 (mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” ASC-nin əməkdaşları olmuş) etibar etmişdir. Bununla belə, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır və nəticə etibarı ilə belə qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Lakin iddiaçı digər əsaslardan çıxış edərək, əgər buna əsaslar yaranırsa hazırki mübahisəli avtomobilin satışından ona dəymiş zərərin ödənilməsi və s. tələbləri irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X1 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxx” ASC, X24, X22 və X17 cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinədair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bundan başqa X7 qiymətləndirilmə ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul tutularaq, VOEN: **********, Hesab N 1 AZN: Az63RBTA********************, Bank: RABİTƏ BANK ASC Nizami filialı, Müxbir hesab: AZ61NABZ********************, KOD: 509675; SWİFT: RBTAAZ22 “xxxxxxx” MMC-nin, 100 (yüz) manat məbləğində pul tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X34” MMC-nin hesabına keçirilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxx” ASC, X24, X22 və X17 cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. X7 qiymətləndirilmə ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul tutularaq, VOEN: **********, Hesab N 1 AZN: Az63RBTA********************, Bank: RABİTƏ BANK ASC Nizami filialı, Müxbir hesab: AZ61NABZ********************, KOD: 509675; SWİFT: RBTAAZ22 “xxxxxxx” MMC-nin,100 (yüz) manat məbləğində pul tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X34” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar