Məhkəmə qərarları › İş №2(005)-1945/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1945/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1945/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon. Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı əsasında onun adına verilmiş J N - 1 0 1 8 A KOD 40600048 saylı Şəhadətnamədə onun atasının adının düzəliş olunaraq, ''Cəbrayıl” əvəzinə “Mikaayıl” kimi yazılmasına dair qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon, X11 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ona həmin rayonun Vəndam kəndində 0,10 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu barədə ərizəçiyə J H - 1 0 1 8 A K O D 40600048 saylı şəhadətnamə də verilmişdir. Həmin verilmiş Şəhadətnamədə onun atasının adı yanlış yazılmışdır. Belə ki, “Mikayıl” əvəzinə səhvən “Cəbrayıl" kimi yazılmışdır. Ərizəçi bunu əvvəllər görsə də, yaşlı olduğundan əhəmiyyət verməmişdir. Ərizəçi bunun müvafiq qaydada torpağa Çıxarış alan zaman problem olacağını bildikdə kimlərinsə səhlənkarlığı nəticəsində yol verilmiş yalnışlığı düzəltmək məcburiyyətində qalmışdır. Bu məqsədlə aidiyyəti üzrə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən o pozulmuş hüquqlarını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Daha sonra ərizəçi dəqiqləşdirmə barədə yazılı ərizə təqdim edərək, Qəbələ rayon, Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı əsasında ərizəçinin adına verilmiş JN-1018A KOD 40600048 saylı Şəhadətnamənin təqdim etdiyi sənədlər əsasında ona məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AR Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 30.03.2022-ci il tarixli, 349 saylı arayışın məzmununda “arayış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə ondan ötrü ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-1018 A kod 40600048-də qeyd olunmuş X1 Qaryağdı Mikayıl oğlu kimi oxunmalıdır. Əsas: Vətəndaşın şəxsiyyət vəsiqəsi. Qəbələ rayon Vəndam qəsəbəsində X5 adlı şəxs qeydiyyatda olmayıb və halhazırda yaşamır” göstərilmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 02 mart 2022-ci il tarixli DA-00344-2022 saylı məktubunun surətində “Bakı 5 saylı "Asan Xidmət" Mərkəzindən daxil olan 18 fevral 2022-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1928-ci ilə dair Qəbələ rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib” göstərilmişdir; 23.10.2013-cü il tarixdə ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1928-ci il tarixdə Azərbaycan, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28.10.1998-ci il tarixli 19 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1018A KOD 40600048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Ərizəçi” səhvən “Ərizəçi Cəbrayıl oğlu” olaraq qeyd edilmişdir; 04.04.2022-ci il tarixli qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əlavə edilmiş orderin verilməsinə əsas olmuş sənədlərin surətlərindən görünür ki, qeyd edilən orderin verilməsi üçün əsas olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1018A KOD 40600048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmədə ad- Ərizəçi Cəbrayıl oğlu kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqəsində vətəndaşın atasının adı “Mikayıl” kimi göstərildiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1018A KOD 40600048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Cəbrayıl” kimi göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı ərizəçi bildirmişdir ki, torpaq sahəsi ərizəçinin mülkiyyətidir. Sənədlərdə ata adının “Mikayıl” kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən torpaq sahəsini və həmin sahədə inşa etmək istədiyi evi adına rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarından razılıq alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-1018A KOD 40600048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin–Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar