Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-195/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı MMMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı İddiaçı MMMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanılması xərclərinə görə xx.xx.2025-ci il tarixinədək borcları yaranmış Cavabdeh1 895 manat, X2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1034,50 manat, Cavabdeh5 2112 manat, qaraj xidmətlərinə görə 4095 manat, cəmi 6207 manat pul vəsaitlərinin və həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 104 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanılması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri 'Nəsimi-45 MMMC tərəfindən həyata keçirilir. “Nəsimi-45'’ MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, “Nəsimi-45 MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin xx.xx.2024-cü il tarixinə aşağıda göstərilən məbləğdə borcları yaranmışdır. Məlum edilir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da,onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir Sonradan onlar tərəfindən qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Binanın saxlanılma xərclərinə görə cavabdehlər Cavabdeh1 895 manat, Cavabdeh2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1034,50 manat, Cavabdeh5 2112 manat qaraj xidmətlərinə görə 4095 manat,cəmi 6207 manat borcu yaranmışdır. Bundan əlavə İddiaçı MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 500 (beş yüz) manat ödənilmişdir. Hesab edilir ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehlər tərəfindən məhkəməyə iddia tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda elektron kabinet vasitəsilə ərizə ilə müraciət edən iddiaçının nümayəndə və vəkili Vəkil1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X3 bildirdi ki, 2006-cı ildə 11000 manat ödəniş etməklə qaraj alıblar. Hazırkı tarixə kimi qaraj mövcud deyildir. Bununla bağlı ekspertiza rəyi var. Qaraj mövcuddursa, iddiaçı tərəfindən istismara qəbul edilmə ilə bağlı akt təqdim edilməlidir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, 2010-cu ildə ev alıblar və 5 il qazsız yaşayıblar. Qaz xəttinin birləşdirilməsi ilə bağlı pul yığıldığı zaman 1020 manat pul verdiyini” digər dörd otaqlı mənzili olanların 400 manat, iki otaqlı mənzili olanların isə 200 manat ödədiyini qeyd etdi. Ödəniş qəbzini təqdim etdiyini və borcdan silinmədiyini bildirdi.Müqavilədə nəzərdə tutulmuş sahədən 10 kv əksik olduğu üçün ödəniş etmədiyni bildirdi. Mülki işin materialları: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının Dövlət Resyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır; - İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, sahə mülkiyyətçilərinin 2019-cu ildə keçirilmiş ümumi yığıncağında müəyyən edilmiş qiymət saxlanılmaqla İddiaçı MMMC-də binanın saxlanması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m 30 qəpik, qeyriyaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik hesablanması, İddiaçı MMMC-də səsvermə zamanı səslərin mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m-1 səs) hesablanması, “Nəsimi-45" MMMC-də Cəmiyyətə bundan sonra yalnız binanın saxlanmasına görə ödənişlər üzrə borcu olmayan şəxslərin üzvlüyə qəbul edilməsi və üzv olmaq istəyən şəxslər üçün 100 manat məbləğində giriş haqqının müəyyən edilməsi və həmin vəsaitin həyata keçirilməsi nəzərdə tutulan abadlıq işlərinə sərf edilməsi, üzvlərinin topladığı ianələr hesabına və bundan əlavə hər ay yığılan binanın saxlanması haqları hesabına ayda 3000 manat möhlətli və faizsiz hissə-hissə ödəniş edilməsi şərti ilə binanın həyətinin və girişlərinin abadlaşdırılması, həyətdə söhbətgahların, uşaqlar üçün oyun və idman qurğularının quraşdırılması, liftlərin əsaslı təmir edilməsi, kamera sisteminin quraşdırılması işlərinin icrası üçün təchizatçı şirkətlərlə müqavilə bağlanmasının İdarə Heyətinə tapşırılması, görülməli işlərin smetası və planının təsdiq edilməsi, binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlərin görülməsi, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqinin İdarə Heyətinə tapşırılması və sair qərara alınmışdır; - 28 fevral 2006-cı il tarixli müqavilənin surətindən görünür ki,”Hüquq”MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərətbəli yaşayış binalarının tikintisi lahiyələndirilmiş və həmin binanın yanında inşa edilən avtomobil qarajını “Kooperativ Cavabdeh5 verilməsini və Cavabdeh5 isə müqavilə üzrə öhdəlikləri qəbul etmişdir. - İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokolun surətindən görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabat təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, 2025-ci il üçün illik gəlir və xərclər smetasının təsdiq edilməsi, Nəsimi-45" MMMC-nin 2 il müddətinə İdarə heyətinin seçilməsi, "xxxx" MMMC-nin 2 il müddətinə təftiş komissiyasının seçilməsi, binanın saxlanması xərclərinə görə 1 m2 üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 %-i miqdarında cərimə hesablanması, binanın həyətində təmir və abadlıq işlərinin görülməsi, liftlərin əsaslı təmir edilməsi üçün görülməli işlərin smetası, sxemi və planının təsdiq edilməsi və o, cümlədən liftlərin təmir edilməsi üçün geri qaytarılması şərtilə 2 il ərzində 68061 manat məbləğində borcun bankdan və ya digər mənbədən götürülməsi, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi xəbərdarlığa əsasən binanın həyətinə yanğınsöndürmə texnikasının maneəsiz girişinin təmin edilməsi, ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi, 166 (B) Blokuna bitişik birbaşa girişi-çıxışı olan qaraja avtomobilin həyətdən giriş çıxışının bağlanılması məqsədilə qaraj mülkiyyətçisi ilə onun sərəncam vermə hüquqları nəzərə alınmaqla razılaşdırılmasına qərar verilməsi səlahiyyətlərinin İdarə heyətinə həvalə edilməsi, Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi qərara alınmışdır; - Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi- 45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər: “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi razılaşdırılmışıdır. 78 845 manat məbləğində borca dair tələb hüququnun “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında “Kommunal" MMC-nin aşağıdakı qeyd olunan borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz öhdəsinə götürür: "xxxx" ASC- 66283 manat, "xxxx" MMC 4500 manat, icarə haqqı 7745 manat, digər sənədlər, yazışmalar 15 qovluq, müqavilələr, ödəniş qəbzləri, digər sənədlər 150 qovluq; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1436/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən,iddia qismən təmin edilmiş, Cavabdeh4 1037,60 (min otuz yeddi manat altmış qəpik) manat məbləğində kommunal borc,44 (qırx dörd) manat məbləğində faiz borcu,cəmi 1081,60 ( min səksən bir manat altmış qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması,iddianın qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1472/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş,Cavabdeh5 2188 (iki min yüz səksən səkkiz) manat borc və ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilmişdir.İddia qalan hissədə təmin edilməmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdeh "xxxx" MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin iddia rədd edilmiş, iddiaçı "xxxx" MTK-nin Cavabdeh5 qarşı “göstərilən xidmət haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8123/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş,ilkin iddia tələbi qismən təmin edilmişdir.Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 2(103)-8123/2021 saylı qətnaməsinə düzəliş edilmiş,qətnamənin əsaslandırıcı və nəticə hissəsində “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj cavabdeh “Hüquq" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilsin” ifadəsi “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli binanın yanında inşa edilən 1 ədəd qaraj cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilsin" ifadəsi kimi oxunması qərara alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-268/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş,Cavabdeh5 1056 (bir min əlli altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-957/22 saylı,xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cavabdeh5 kassasiya şikayəti təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3370/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-1334/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş,Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə Cavabdeh4, avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi cavabdeh İddiaçı MMMC-yə qadağan edilmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən ,Cavabdeh5 ilə "xxxx" MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri,Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qarajının inşa olunmadığı müəyyən edilmişdir. - “Nəsimi - 45” tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 340,60 (üç yüz qırx manat 60 qəpik), avtomobil dayanacağına görə 516 (beş yüz on altı) manat ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcəyi təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacaq, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacaağı barədə xəbərdarlıq edilmişdir. - “Nəsimi - 45” tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə, hüquqi xidmət haqqı və dövlət rüsumuna görə 1065,10 (bir min altmış beş manat 10 qəpik) ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcək təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacağı, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “Nəsimi - 45” tərəfindən Cavabdeh3 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 391 (üç yüz doxsan bir) manat ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödəniləcəyi təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacağı, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - “Nəsimi - 45” tərəfindən Cavabdeh4 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 595,30 (beş yüz doxsan beş manat 30 qəpik) manat ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcəyi təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacağı, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacaağı bildirilmişdir. - “Nəsimi - 45” tərəfindən Cavabdeh5 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixinədək kommunal və qaraj xidmətləri üçün 5596,80 (beş min beş yüz doxsan altı manat 80 qəpik) ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcəyi təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacağı, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı tənbeh tədbirinin tətbiq olunması üçun məhkəməyə müraciət olunacaağı bildirilmişdir. - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2025-ci tarixə borcu 1075 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh4 xx.xx.2025- cü il tarixə borcu 1038 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh1 xx.xx.2025-ci tarixə borcu 895,40 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh5 xx.xx.2025-ci tarixə borcu 2112 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə borcu 698,80 manat təşkil edir; - Avtomobil qarajından yaranmış borc ilə bağlı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh5 2024-cü il tarixə borcu 1440 manat təşkil edir; - İddiaçı MMMC-nin 2023-cü il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 136394 manat təşkil etmişdir; - İddiaçı MMC tərəfindən görüləcək işlərin smetasından görünür ki, görüləcək işlərin ümumi dəyəri 68061 manat təşkil edir; - İddiaçı MMMC-nin 2025-ci il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 253210 manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tətbiq edilən hüquq 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən, tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, "R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 12İ.1 -ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1 -ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. İddiaçının tələb etdiyi məbləğ MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 9 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın 1 kv.m sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Mütləq ödəniş ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. İddia tələbi üzrə tələb olunan vəsaitlər (binanın saxlanması xərcləri, binanın ətrafının abadlaşdırılması, təmir və abadlıq işləri, liftlərin təmir edilməsi və sairə görə) cəmiyyətin ümumi yığıncağının 13 mart 2019-cu il, xx.xx.2023-cü il və 29 oktyabr 2024-cü il tarixli qərarları (protokolu) ilə müəyyən edilmişdir. Həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda ümumi yığıncağın qərarının hüquqi nəticəsi də tətbiq olunmalıdır. Həmçinin iddiaçı tərəfindən çəkilən xərclərin smetası da məhkəməyə təqdim edilmişdir. O da nəzərə alınmalıdır ki, çəkilən bütün xərclərin qəbzlərinin alınması və təqdim edilməsi qeyri-realdır. Cavabdehlər yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki işin materiallarından görünür ki, kommunal xərclərin ödənilməməsinə görə Cavabdeh1 895, Cavabdeh2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1034,50 manat borcu qalmışdır. Məhkəmə daha sonra Cavabdeh5 münasibətdə aşağıdakıları qeyd edir. İddia ərizəsindən və ona əlavədən gprünür ki, Cavabdeh5 binaya kommunal xidmətlərə görə 2112 manat, qaraja xidmətlərinə görə 4095 manat tutulması xahiş edilir. Cavabdeh5 nümayəndəsi müxtəlif məhkəmə qətnamələri təqdim edərək, ondan mənzilə görə əvvəllər pulun tutulduğunu bildirir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1472/2020 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-268/2022 nömrəi qətnamələri ilə cavabdeh MəCavabdeh5 "xxxx" MMC-nin xeyrinə əvvəlki dövrlər- 2021-ci ilin avqust ayına qədər hesablanmış borcun tutulması təmin edilmişdir. Məhkəmə hesab edir ki, mənzilə münasibətdə pul tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 9 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokola görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariyatəmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqdim edilən arayışlarla da müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. Yəni, cavabdehlər iddiaçı tərəfindən kommunal xidmətlərin aparılmasını qəbul etmişdirlər. Məhkəmə Cavabdeh5 qara görə xidmət haqqının tutulması hissəsində iddia tələbi ilə razılaşmır və hesab edir ki, idia tələbi o hissədə təmin edilə bilməz. Belə ki müki işin materiallarında olan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə M.Səidə Süleyman qızının “qarajın təhvil verilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində qyd edilmişdir ki, “...inşa edilməmiş avtomobil dayanacağı binasında iddiaçıya qaraj verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması absurddur. Çünki mövcud olmayan dayancaq binasının qarajın verilməsi barədə qətnamə icra edilməmiş qalacaq”. Qüvvədə olan mülki-prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin istifadə və sahibliyində hər hansı qarajın mövcud olması faktını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Belə olan təqdirdə iddia tələbi həmin hissədə rədd edilməlidir. Digər Cavabdeh4 dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə kommunal xidmətlərə görə artıq məbləğdə pul ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh4 tərəfindən də müxtəlif vaxtlarda ödənişlərin olduğu iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, dəlillər əsassızdır və iddianın R.Məhərrəmə münasibətdə rədd edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 9 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə iddianın “500 manat hüquqi xidmət haqqı xərci və korrespendensiya xərcləri 50 manat” hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəf həmin xərclər barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 895 manat, Cavabdeh2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1043,50 manat, Cavabdeh5 2112 manat məbləğində kommunal xidmətlərin göstərilməsinə görə borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 104 manatın 61 manatı cavabdehlərdən müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 895 (səkkiz yüz doxsan beş) manat, Cavabdeh2 698,80 (altı yüz doxsan səkkiz manat səksən qəpik) manat, Cavabdeh3 1075 (bir min yetmiş beş) manat, Cavabdeh4 1043,50 (bir min qırx üç qəpik ) manat, Cavabdeh5 2112 (iki min yüz on iki) manat məbləğində kommunal xidmətlərin göstərilməsinə görə borc tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 104 manatın dövlət rüsumunun 61 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı MMMC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-195/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-195/2025
29.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver