Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1961/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsinə görə mütləq (məcburi) pul ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsinə görə mütləq (məcburi) pul ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə ğörə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 351 manat pul məbləğinin; Cavabdeh2 həmin binada yerləşən və sahibi olduğu sahəyə ğörə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 547,92 manat pul məbləğinin; Cavabdeh3 həmin binada yerləşən və sahibi olduğu sahəyə ğörə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 503,88 manat pul məbləğinin; Cavabdeh4 həmin binada yerləşən və sahibi olduğu sahəyə ğörə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 547,92 manat pul məbləğinin tutularaq MMMC-yə ödəməsi, həmçinin bütün cavabdehlərdən müştərək qaydada, ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq, MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə binanın sahə mülkiyətçilərinin ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda digər məsələrlə bərabər qərara alınmışdır ki, xx.xx.2019-cu il tarixdən başlayaraq, hər bir sahə mülkiyyətçisi ona məxsus sahənin hər kv.m 20 qəpiyə vurmaqla alınan pul məbləğini, binanın ümumi xərclərinin təmin edilməsi məqsədilə ödəməyə bocludur. Bunun ardınca keçirilmiş MMMC iştirakçılarının ümumi yığıncağında da xx.xx.2018-ci il tarixində keçirilmiş binanın sahə mülkiyətçilərinin ümumi yığncağının qərarlarını yerinə yetirərək qərara alınmışdır ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini, hər ay MMMC-yə ödəməyə borcludur. Həmçinin, MMMC iştirakçılarının ümümi yığıncağı qərara almışdır ki, o, X2, X4, X3 MMMC-nin idarə heyətinin üzvləri olsunlar. İstər binanın ümumi sahə mülkiyətçilərinin, istərsə də, MMMC-nin qeyd etdiyi qərarlarının mövcudluğuna baxmayaraq, bəzi bina sakinləri onlara məxsus yaşayış və qeyri-yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini ödəməkdən yayınırlar. Onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin ölçüsünü 0,20 manata vurmaqla alınan pul məbləğini MMMC-yə qərəzli olaraq ödəmirlər. Cavabdeh1 sahəsi 67,5 kv.m olan yaşayış sahəsi məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 351 manat borcu yaranmışdır (67,5 kv.m x 20 qəp. x 26 ay = 351 manat), Cavabdeh2 sahəsi 105,37 kv.m olan yaşayış sahəsi məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 547,92 manat borcu yaranmışdır (105,37 kv.m x 20 qəp. x 26 ay =547,92 manat), Cavabdeh3 ogluna sahəsi 96.9 kv.m olan yaşayış sanəsı məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 503,88 manat borcu yaranmışdır (96,9kv.m x 20 qəp. x 26 ay =503,88 manat), Cavabdeh4 sahəsi 105.37 kv.m yaşayış sahəsi məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 547,92 manat borcu yaranmışdır (105.37 kv.m x 20 qəp x 26 ay =547,92 manat), Cavabdeh5 sahəsi 101,3 kv.m. olan yaşayış sahəsi məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 283,64 manat borcu yaranmışdır (101,3 kv.m x 20 qəp. x 14 ay = 283,64 manat), Cavabdeh6 sahəsi 97 kv.m olan yaşayış sahəsi məxsusdur, bu səbəbdən də, onun MMMC-yə 543,2 manat borcu yaranmışdır (97 kv.m x 20 qəp. x 28 ay = 543,2 manat). Cavabdehlərin öhdələrinə düşən mütləq (məcburi) pul vəsaitlərini MMMC-yə qərəzli olaraq köçürməmələri binanın digər sahə mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur. O səbəbdən ki, cavabdehlər digər bina sakinlərinin pul vəsaiti hesabına təmirli, abad, tər-təmiz bütün kommunikasiya vasitələri işlək vəziyyətdə olan binada yaşayırlar. MMMC-nin idarə heyətinin üzvləri cavabdehlərlə dəfələrlə görüşərək, onlara qanunvericiliyin tələblərinə görə, paylarına düşən yaşayış sahəsinə görə mütləq (məcburi) ödənişləri etməyə borclu olduqlarını bildirmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Hazırki iddia ərizəsinin tərtib olunmasına görə vəkilə 300 manat və həmçinin 30 manat dövlət rüsumu ödəmişdir. Daha sonra İddiaçı MMMC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin azaldılmasına ərizə verərək, Cavabdeh5 və Cavabdeh6 ayrı ayrı məcburi öhdəliklərinə düşən mütləq kommunal borclarını (Cavabdeh5 283,64 manat və Cavabdeh6 543,20 manat) İddiaçı MMMC-yə ödədiklərini bildirmiş və həmin cavabdehlərə qarşı qaldırılmış iddianın məhkəmə tərəfindən əsassız sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbinin əsassız olduğunu bildirərək, tələbin təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. İddiaçı MMMC-nin xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariyatəmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməlidir; xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 351 manat, Cavabdeh2 547,92 manat, Cavabdeh3 503,88 manat, Cavabdeh4 547,92 manat məbləğində İddiaçı MMMCyə ödənilməmiş borcu vardır; xx.xx.2017-ci il tarixli, 83-85-17a nömrəli; xx.xx.2013-cü il tarixli, 25/85 nömrəli; xx.xx.2017-ci il tarixli, 83-85-70 nömrəli; xx.xx.2013-cü il tarixli, 30/85 nömrəli zəmanət müqavilələrinin surətlərindən görünür ki, müvafiq olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanında inşa olunmuş yeni yaşayış binasında yeni mənzillə təmin olunmuşdur; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 94 səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun 5-ci bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 94 səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 351 manat, Cavabdeh2 547,92 manat, Cavabdeh3 503,88 manat, Cavabdeh4 547,92 manat məbləğində borc İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin ilkin məbləği ümumi 2777,56 manat pul təşkil etmiş, məhkəmə iclasında iddiaçı tərəf cavabdehlərdən ikisinin borclarını könüllü olaraq ödənildiyini qeyd edərək, həmin cavabdehlərə qarşı iddia tələbini azaltmışdır. Digər cavabdehlərə qarşı olan tələbin ümumi məbləği 1950,72 manat təşkil edir və həmin məbləğ üçün isə qanunvericilikdə 39,51 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, hazırda cavabdeh qalan şəxslərdən müştərək qaydada 39,51 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qalan məbləğ iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 351 manat, Cavabdeh2 547,92 manat, Cavabdeh3 503,88 manat, Cavabdeh4 547,92 manat məbləğində borc və 39,51 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun 8,49 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1961/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1961/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver