Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1966/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı əmri ləğv edilməklə işə bərpa olunması, xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”də istehsalat təlimi ustası vəzifəsində işləmişdir. İşlədiyi müddətdə dərs apardığı qruplarda heç bir neqativ hal aşkar edilməmişdir. Eyni zamanda o, 2013-cü ildən hazırki vaxtadək 9 saylı Binəqədi ikinci seçki dairəsində katib vəzifəsində işləmişdir. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinə Əsgərov Zülfüqar xx.xx.2021-ci il tarixində gətirildiyi gündən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, işçiləri formal əsaslarla işdən azad etmişdir. Həmçinin direktor 2021/2022-ci tədris ilində qanuni şəkildə dərs saatları ilə təmin olunmuş istehsalat təlimi ustalarından kütləvi şəkildə dərslərdən imtina ərizəsi alaraq, yeni dərs saatları tətbiq etmişdir. Mərkəzdə ******* saylı qrupda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərdə dərs saatlarının və sinif jurnalındakı qayıbların ağardıcı ilə düzəliş edilməsinə qarşı öz iradını bildirmişdir. X6 saxtakarlıqları ört-basdır etmək üçün tələbələr Mehman Həsənovun, Amil Bəşirovun, Vüsal Hüseynovun və Ozal Məmmədlinin vasitəsi ilə ona şər böhtan ataraq, qrupun işinə qarışmaq ittihamı ilə qrupdan uzaqlaşdırılmışdır. Şikayət edən həmin tələbələr direktora müraciət edərək, bildirmişdir ki, onlara icazə verilsin. Direktor da öz növbəsində onlara icazə vermişdir. xx.xx.2023cü il tarixində direktor X4 İttifaqının bütün üzvlərinin olmamasına baxmayaraq iclas keçirtmişdir. İclasda iştirakçılar onu digər qrupa keçirilməsini direktora təklif etsə də, direktor buna məhəl qoymamış və bildirmişdir ki, “başqa qrup yoxdur” deyərək bundan imtina etmişdir. Sonradan aydın olmuşdur ki, işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz xitam verilmişdir. Xitam verilməsinə əsas kimi, şagirdlərlə kobud davranması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə onlara bilik və bacarıqlarını düzgün aşılamamasını bildirmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” nümayəndəsi X3 iddia tələbindən etiraz ərizəsi məhkəməyə təqdim edərək, bildirmişdir ki, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə vəzifə borcunu tam yerinə yetirmədiyinə görə bir dəfə töhmətlə cəzalandırılmış, dəfələrlə şifahi xəbərdarlıq almışdır. Buna baxmayaraq, öz işində dönüş yaratmaq əvəzinə ciddi nöqsanlara yol verməkdə davam etmişdir. Belə ki, həm 2021-2022-ci il , həm də 2022-2023-cü tədris illərində iddiaçı rəhbərlik etdiyi qrupların tələbələri ilə qarşılıqlı anlaşılmazlıq, qrupdaxili çəkişmələr müşahidə olunmuşdur ki, bunun da nəticəsində 2021-2022-ci tədris ilində töhmətlə cəzalandırılmışdır. Həmin tədris ilinin sonunda onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün gələcəkdə belə nöqsanlara yol verməyəcəyini bildirmiş və əmək müqaviləsini yeniləyərək, fəaliyyətinə davam etmək barədə ərizə ilə xahiş etmişdir. Xahişi nəzərə alaraq, diaqnostik qiymətləndirmədən keçmiş olduğu ixtisas üzrə 2022-2023-cü tədris ilində təşkil edilmiş, ******* saylı, “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin dekabr ayında ******* saylı qrupun nümayəndəsi tərəfindən tələbələrin imzası ilə direktorun adına müraciət daxil olmuşdur. Müraciətdə istehsalat təlimi ustası İddiaçı başqası ilə əvəz edilməsi xahiş olunmuşdur. Məsələnin araşdırılması məqsədilə Təhsilalanlarla iş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva ilə birlikdə əvvəlcə Vahabovu, sonra işə qrup tələbələri dinlənilmişdir. Tələbələr Vahabovun dərslərin tədrisini düzgün aparmadığını və nəticədə tələbələrdə tədris müddəti ərzində mövzu üzrə bilik və bacarığlarının inkişafına yönələn heç bir irəliləyiş olmadığını bildirmişlər. Həmçinin qrup nümayəndəsindən digər müəllimlərin tədris prosesi zamanı yaranmış problemləri audio-video qeydini ona göndərilməsini tələb etmiş, bunun müqabilində tələbələrə yüksək qiymət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi ilə bağlı qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 02 mart 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik hüquqi şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə bu Məcəllənin 80ci maddəsinin tələblərinə əməl edilərək, xitam verildiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş iş vaxtı uçotu tabellərində 2022-ci ilin 19 yanvar, 27 may 30 dekabr tarixlərində AR ƏM-nin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq, bayramqabağı 1 saat qısaldılma edilmədiyi də müəyyən olunmuşdur. Xidmətin Bakı Şəhər İdarəsinə təqdim edilmiş bank hesabı çıxarışından görünür ki, sonuncu ödənişin xx.xx.2022-ci il tarixində ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan pozuntularla əlaqədar olaraq, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” direktoru X3 AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X10 Respublika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” rəhbərliyinin həmin müəssisənin həmkarlar ittifaqı komitəsinə ünvanladığı təqdimatdan görünür ki, Mərkəzin ******* saylı qrupunun tələbələri yazılı müraciət edərək, İddiaçı tələbələrlə davranışı, istehsal təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılanmamasını bildirmişlər. Eyni zamanda həmin təqdimatdan görünür ki, işəgötürən tərəfindən ona başqa qrupa istehsalat təlimi ustası keçirilməsi və əlavə dərs saatı ilə təmin olunması təklif olunmuş, lakin İddiaçı öz növbəsində bundan imtina etmişdir. Təklifdən də görünür ki, İddiaçı qəsdən və ya kobudcasına əmək müqaviləsi üzrə öhdəlikləri pozmamışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razı olmadığı təqdirdə, əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət oluna bilər. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli əmri ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X10nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan görünür ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad X5 Tahir Nəriman oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir; Son haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarının ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, ******* saylı qrupun tələbələrinin mərkəzin direktoruna təqdim etdikləri müraciətin araşdırılması məqsədi ilə həmin qrupun müəllimlərindən və istehsalat təlimi ustasından yazılı ifadə tələb edilmişdir. Lakin İddiaçı tələbələrinin şikayətinin tələblərinə və məzmununa uyğun heç bir yazılı ifadə bildirməyəcəyini deyərək, imtina etmişdir. xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin məzmunundan görünür ki, ******* saylı qrupun tələbələri xx.xx.2022-ci il tarixdə məktəbdə istehsalat təlimi zamanı qrup rəhbərləri olan İddiaçı tərəfindən oxuduğları ixtisasa uyğun heç bir bilik və bacarığa yiyələnməmişlər. 2-ci günlər keçirilən 8 saat dərs zamanı demək olar ki, boş oturmuşlar. xx.xx.2022-ci il tarixdən Biləcəri dəmir yolu stansiyasına təcrübə üçün müəssisəyə yollansalar da, ixtisasları ilə bağlı heç bir təlimat keçməmişlər. Dəfələrlə bu barədə özünə bildirilsə də, heç bir nəticə olmamışdır. Təlimə ancaq qol çəkərək, gedmişlər. xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ******* saylı qrupun tələbələri olan Məmmədov Fikrət, Vəlixanova Mariya, Pənahov Məhəmməd, Bəşirov Amil, Mirzəxanov Tariyer, Tarıverdiyev İlkin, Məmmədov Səid, Hüseynov Vüsal, Qasımov Elman, Əliyev Yusif, Əliyev Arif, Həsənov Mehman və s. şəxslər tərəfindən (ayrı-ayrılıqda) Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin ümumi məzmunu İddiaçı dərslərin gedişatına mane olması, tələbələri qiymət yazmamağla hədələməsi və digər müəllimlərin dərs prosesinin audio-videosun qeydə alıb yüksək qiymət yazmaq vədi ilə ona verilməsi barədə şikayətlər təşkil etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə bərpa olunması, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsində göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmrində, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X10nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası kimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin İddiaçı barəsində şikayət məzmunlu izahatlarına istinad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin İddiaçı barəsində şikayət məzmunlu izahatları təşkilatın rəhbərliyi tərəfindən formal mülahizələrlə, əsaslandırılmadan İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan başqa Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X10nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışdan görünür ki, İddiaçı digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. Göründüyü kimi, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;) xitamına əsas olacaq, konkret hallar aşkar edilməmişdir. Bundan başqa, işəgötürən İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərkən əmri əsaslandırmamış, tələbələrin müraciəti əsasında hər hansı xidməti araşdırma aparmamış, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və ya işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair konkret hallar aşkar olunmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən digər əsasla bağlı isə məhkəmə qeyd edir ki, “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma” əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və bu hal konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Başqa sözlə, işçinin əvvəllər hər hansı bir səbəblə intizam tənbehi almış olması 6 ay ərzində onun əmək müqaviləsinə xitam verilməsinə o halda səbəb ola bilər ki, həmin dövr ərzində işçi əmək müqaviləsi ilə ona tapşırılmış əmək funksiyalarını pozmuş olsun. Cavabdeh məhkəmə iclasında idiaya etirazının əsası kimi İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbi baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur. Əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi tədbirlərindən ən ağırı hesab olunur. Cavabdehin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv edərkən daha yüngül intizam tədbiri seçməmişdir. Belə ki, Əmək Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə hesab edir ki, İddiaçının fəaliyyətində pozuntular aşkar edilməsi, həmin hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, belə olan halda, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli və İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilsin. İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1966/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1966/2023
12.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver