Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1968/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11311 olan HOFFMANN X markalı telefon üçün 71 (yetmiş bir) ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31770 olan Samsung Galaxy A20s markalı telefon, qoruyucu üzlük üçün 337.7 (üç yüz otuz yeddi manat yetmiş qəpik) ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə; 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********78550 olan Samsung Galaxy A51 markalı telefon üçün 599 (beş yüz doxsan doqquz) ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 1106 manat, 70 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1136 manat, 70 qəpik Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 08.10.2019-cu il, 26.12.2019-cu il, 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11311 olan HOFFMANN X markalı telefon, İMEİ kodu **********31770 olan Samsung Galaxy A20s markalı telefon, qoruyucu üzlük və İMEİ kodu **********78550 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1106.7 (min yüz altı manat yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 224 manat (iki yüz iyirmi dörd) (14 ay x 16 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********11311 olan HOFFMANN X markalı telefon üçün ümumilikdə, 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 71 (yetmiş bir) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 488.7 (dörd yüz səksən səkkiz manat yetmiş qəpik) manat (9 ay x 54.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********31770 olan Samsung Galaxy A20s markalı telefon, qoruyucu üzlük üçün ümumilikdə, 370.7 (üç yüz yetmiş manat yetmiş qəpik) manat olmaqla ondan, 337.7 (üç yüz otuz yeddi manat yetmiş qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə; 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 773 (yeddi yüz yetmiş üç) manat (12 ay x 54.5 manat + 119 manat ilkin ödəniş) İMEİ kodu **********78550 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 658 (altı yüz əlli səkkiz) olmaqla ondan, 599 (beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59 (əlli doqquz) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 478 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 19.01.2020-ci il tarixli №20047769 saylı alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh MEİ kodu **********78550 olan Samsung Galaxy A51 markalı telefon alması barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. 19.01.2020-ci tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı tam qüsursuz vəziyyətdə təhvil almışdır. 19.01.2020-ci il tarixli ödəniş qrafikindən görünür ki, aylıq ödəniş 54,5 manat olmaqla cəmi 773 manat müəyyən edilmişdir. 26.12.2019-cu il tarixli № 01159245 saylı alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********31770 olan Samsung Galaxy A20s markalı telefon alması barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. 26.12.2019-ci tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı tam qüsursuz vəziyyətdə təhvil almışdır. 26.12.19-ci il tarixli ödəniş qrafikindən görünür ki, aylıq ödəniş 54, manat olmaqla cəmi 488.7 manat müəyyən edilmişdir. 08.10.2019-cu il tarixli № 00967809 saylı alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********11311 olan HOFFMANN X markalı telefon alması barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. 08.10.2019-cu tarixli bildirişdən görünür ki, Cavabdehmüqaviləyə əsasən əşyanı tam qüsursuz vəziyyətdə təhvil almışdır. 08.10.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, aylıq ödəniş 16 manat olmaqla cəmi 224 manat müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1106,70 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1136,70 manat Cavabdeh «ABC Telekom» Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1106 manat, 70 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1136,70 manat “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1968/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1968/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver