Məhkəmə qərarları › İş №2(005)-197/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-197/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-197/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbi və müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 Bakı şəhəri 9 saylı Notariat ofisininin xüsusi notariusu X7 qarşı “vərəsəlik hüquq haqqında şəhadətnamədə miras payın 1/3 hissədə açıq saxlanmasının ləğvi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi Xususı Notariusunun R.Z.Sadıqovun xx.xx.2021-ci il tarixli, 2136 saylı qərarı ləğv edib, müddətin bərpa olumasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X40 xx.xx.1993-cü ildə rəhmətə getmişdir. Nənəsi rəhmətə getdikdən sonra ünvan 1, 8 nömrəli ev uşaqlarına qalmışdır. Mərhum anası xx.xx.2021-ci ildə rəhmətə getdikdən sonra, mübahisəli evə miras payı yaranmışdır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsələr mirasın açıldığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin tələbinin təmin olunmasından imtina edilmişdir. Bildirilmişdir ki, R.Z.Sadıqov xx.xx.1993-cü il tarixdə vəfat etmiş X25 vərəsəlik işi üzrə təqdim edilən sənədləri nəzərdən keçirib müəyyən edilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qeyd edir ki, notariusun imtinası əsassızdır Buraxılmış prosessual müddət üzürlü səbəbdən buraxılmışdır Belə ki, qardaşları İddiaçı3 uzun müddət ki, yataq xəstəsidir. Bu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 22 nömrəli Şəhər Poliknikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla öz təsdiqini tapır. Arayışda qeyd olunmuşdur ki, İddiaçı3 uzun illərdir ki, “Hər iki ayağının xroniki trafik xorası" diaqnozu ilə yataq xəstəsidir. Mərhum anası rəhmətə getdikdən sonra qardaşının vəziyyəti pisləşmişdir. Qardaşının həyat yoldaşı X2 Əleyhinə Atletlər kəndinə ayrılmış binada, yemək paketçisi işlədiyindən, evə buraxılmırdı. Qardaşının da ayağının belə vəziyyəti, onun özü özünə qulluq etməsinə maneə yaratmışdır. Bacıları kimi onlar gündə 2 dəfə onun ayağının sarğılarını dəyişdirmişlər. Həmçinin bildirir ki, notariusla telefon danışıqları zamanı onlar üçünün də eyni vaxtda gəlməsinin vacib olduğunu bildirmişdir. Ayağının belə vəziyyətdə olması, onun çölə çıxmasına maneə yaratmışdır. Vəziyyətinin nisbi surətdə düzəldiyi gün müraciət etdiyi vaxt, notarius tərəfindən onlara müddətin buraxıldığı bildirilmiş, bu müddət isə cəmi 9-10 gün olmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 Bakı şəhəri 9 saylı Notariat ofisininin xüsusi notariusu X7 qarşı “vərəsəlik hüquq haqqında şəhadətnamədə miras payın 1/3 hissədə açıq saxlanmasının ləğvi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2017-ci il tarixli 2V-74 reyestr nömrəli və xx.xx.2021 -ci il tarixli 2V-213 reyestr nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin miras payın 1/3 hissədə açıq saxlanılması hissəsində ləğv edilməsi və X16 qalmış miras payın açıq saxlanılmış 1/3 hissəsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması haqqında qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X37 xx.xx.1993-cü il tarixində ölmüşdür. ünvan 1 ünvanında yerləşən 8 nömrəli ev ondan miras olaraq qalmışdır. Həmin miras əmlakı yalnız iki nəfər, yəni o və həmin vaxt qeyd edilən evdə yaşayan mərhum X20 faktiki olaraq qəbul etmişdir. Sonradan 2017-ci ildə o, cavabdehə müraciət edərək 08 aprel 2017-ci il tarixli 2V-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin vaxt dəvət etməyinə baxmayaraq mərhum X20 və Kübra Təhsib qızı mirası qəbul etmək üçün notariat kontoruna gəlməkdən imtina etmişlər. Cavabdeh isə onların notariat kontoruna müraciət etməməsinə baxmayaraq anasının sağ qalmış uşaqları olaraq miras payın 2/3 hissəsini açıq saxlamışdır. X20 öldükdən sonra birinci növbədən olan vərəsəsi olmadığı üçün o, ondan qalmış miras payı da qəbul etmiş və bununla bağlı cavabdehdən xx.xx.2021-ci il tarixli 2V-213 reyestr nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Digər X26 öldükdən sonra anasından miras qalmış və açıq qalmış digər 1/3 payın qəbulu ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin mirasın açılmasından 6 (altı) ay keçəndən sonra hazırkı iş üzrə iddiaçılar məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli 2136 saylı qərarının ləğv edilməsi və müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi haqqında iddia qaldırmışdır. Əvvəla hesab edir ki, iddiaçıların ümumiyyətlə belə bir iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların anası olan mərhum X26 1971-ci ildə ailə quraraq ünvan 2 ünvanında yerləşən 8 nömrəli evi tərk etmiş, həmin evdən qeydiyyatdan çıxaraq ərinin evinə qeydiyyata düşmüş, ərinin evində yaşamış, orada ölmüş və dəfn mərasimi ərinin evində verilmişdir. X26 anası X37 xx.xx.1993-cü il tarixində öldükdən sonra ondan miras qalmış əmlakı qəbul etmək üçün nə notariusa müraciət edərək mirası rəsmi şəkildə qəbul etmiş nə mirası faktiki olaraq qəbul etməmişdir. Lakin buna baxmayaraq cavabdeh qeyd edilən faktlara heç bir əhəmiyyət verməyərək anası X16 miras qalmış əmlaka dair ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermək əvəzinə miras payın 1/3 hissəsini açıq saxlamışdır ki, bununla da onun hüquqlarını pozmuşdur. Daha sonra müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən arvadı X4 onun hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında İddiaçılar İddiaçı1, İddiaçı2 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda digər iddiaya münasibətdə iddia ərizəsinin əsassız hesab edilməklə rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsinə münasibətdə iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər iddia ərizəsinə münasibətdə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbinə dair iddia rədd, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 Bakı şəhəri 9 saylı Notariat ofisininin xüsusi notariusu X7 qarşı “vərəsəlik hüquq haqqında şəhadətnamədə miras payın 1/3 hissədə açıq saxlanmasının ləğvi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X17, anası X14 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X17, anası X14 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Hicran Rüstəm qızı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X17, anası X14 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 166118 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08 fevral 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, xar-2136 saylı qərarından görünür ki, o, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X21 vərəsəlik işi üzrə təqdim edilən sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 maddəsinə əsasən «Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.» “AR MM-nin 1248 maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər”. Bu səbəbdən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan reyestrdə 2V-74 № ilə qeyd edilmiş, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 sayiı notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Müiki Məcəlleslnln 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş --- X37 vərəsəsi oğlu -1/3 hissəsi X10 –Bakı, Yasamal, A.M.Şərifzadə küç, ev 92 A, mənzil 1 (AZE 16996200, xx/xx/2017- Bakı- ASAN 3) Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə verilmiş ********** elektron arayışa və xx/xx/2017 tarixdə --X27 verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv/m olan fərdi yaşayış evinin 1/6 hissədən ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan reyestrdə 2V-213 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 sayiı notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Müiki Məcəlleslnln 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X46 QİZİNİN 24 02.2018-ci il tarixdə vəfat etmiş qızı XXX Zahirə Təhsib qızının vərəsəsi; Sabunçu Bakı, Balaxanı qəs, Dirçəliş küç, Dal-2. 8 ünvanında qeydiyyatda olan oğlu X10 (AZE17147167, 10.05,2017 - Asan3. FİN:17BG1WU. d/t:10.07 1935) və o miras əmlakdan 1/3 pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında DƏDRX müvafiq Ərazi İdarəsi tərəfindən xx.xx.2017 ildə ********** № ilə verilmiş elektron arayışa və xx.xx.2017-ci ildə, reyestr № **********56-10301, qeydiyyat No ********** ilə verilmiş çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən mərhum -- X28 məxsus olan paydan ibarətdir. Miras payın 1/3 paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras payın 1/3 hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan reyestrdə 8İ-8532 № ilə qeyd edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı2 ərizəsindən görünür ki, xx.xx.1993-cü ildə onun ünvan 6 ünvanında yaşayan nənəsi --- X40 (transmissiya yolu ilə xx.xx.2021-ci ildə vəfat etmiş qızı və onun anası X14 ölmüşdür.) Mirasın tərkibi: daşınmaz əmlaklar ondan irs qalmışdır. Ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı1, İddiaçı3. Mirasın tərkibinə daxil olan daşınan və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəxsiyyətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edildi. İş materiallarında olan reyestrdə 8İ-8533 № ilə qeyd edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı1 ərizəsindən görünür ki, xx.xx.1993-cü ildə onun ünvan 6 ünvanında yaşayan nənəsi --- X40 (transmissiya yolu ilə xx.xx.2021-ci ildə vəfat etmiş qızı və onun anası X14 ölmüşdür.) Mirasın tərkibi: daşınmaz əmlaklar ondan irs qalmışdır. Ondan başqa aşağıdakı vərəsələr vardır: Məmmədova Hicran Rüstəm qızı, İddiaçı3. Mirasın tərkibinə daxil olan daşınan və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəxsiyyətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edildi. İş materiallarında olan reyestrdə 8İ-8531 № ilə qeyd edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı3 ərizəsindən görünür ki, xx.xx.1993-cü ildə onun ünvan 6 ünvanında yaşayan nənəsi --- X40 (transmissiya yolu ilə xx.xx.2021-ci ildə vəfat etmiş qızı və onun anası X14 ölmüşdür.) Mirasın tərkibi: daşınmaz əmlaklar ondan irs qalmışdır. Ondan başqa aşağıdakı vərəsələr vardır: Məmmədova Hicran Rüstəm qızı, İddiaçı1. Mirasın tərkibinə daxil olan daşınan və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəxsiyyətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edildi. İş materiallarında olan reyestrdə 8İ-5647 № ilə qeyd edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli X3 əvəzinə X4 tərəfindən imzalanmış ərizədən görünür ki, xx.xx.1993-cü ildə onun ünvan 6 ünvanında yaşayan anası --- X40 (transmissiya yolu ilə xx.xx.2018-ci ildə vəfat etmiş qızı və onun bacısı ---- Zahirə Təhsib qızı ölmüşdür.) Mirasın tərkibi: daşınmaz əmlaklar ondan irs qalmışdır. Ondan başqa vərəsələr yoxdur. Mirasın tərkibinə daxil olan daşınan və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəxsiyyətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edildi. İş materiallarında olan reyestrdə 8İ-5648 № ilə qeyd edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli X3 əvəzinə X4 tərəfindən imzalanmış ərizədən görünür ki, xx.xx.1993-cü ildə onun ünvan 6 ünvanında yaşayan anası --- X40 (transmissiya yolu ilə xx.xx.2018-ci ildə vəfat etmiş qızı və onun bacısı X14 ölmüşdür.) Mirasın tərkibi: daşınmaz əmlaklar ondan irs qalmışdır. Ondan başqa vərəsələr vardır: İddiaçı3, İddiaçı1, Məmmədova Hicran Rüstəm qızı. Mirasın tərkibinə daxil olan daşınan və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəxsiyyətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edildi. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 166118 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 932528 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, XXX Zahirə Təhsib qızı xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 2959 №-li arayışın surətindən görünür ki, --- X40 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan reyestrdə 2V-78 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 sayiı notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Müiki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş XXX Zahirə Təhsib qızının vərəsəsi: ünvan 7 ünvanında qeydiyyatda olan X5r və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX tərəfindən xx/xx/2017 tarixdə XXX Zahirə Təhsib qızına verilmiş **********56-10301 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 83,6 kv/m olan fərdi yaşayış evinin 1/6 hissədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 7 ündanında yerləşən fərdi yaşayış evinin 2/18 hissəsi X21 adında açıq qalmış, 1/6 hissəsi Zahirə Təhsib qızının, ½ hissəsi Gülxanım Zəvər qızının payı kimi müəyyən edilmiş və 4/16 hissəsi X3 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Məhkəmə ilk növbədə “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd edir: İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nənəsi X16 anaları X12 miras qalmış ünvan 1, 8 nömrəli evə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin Xüsusı Notariusu R.Z.Sadıqovun xx.xx.2021-ci il tarixli, 2136 saylı qərarını ləğv edib, müddətin bərpa olumasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə ki, iddiaçılar qeyd edilən miras əmlaka dair cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2136 saylı notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair qərarla razılaşmamış, mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin onlar tərəfindən üzrlü səbəblərdən ötürüldüyünü və bu səbəbdən mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin uzadılmasını tələb edir. Məhkəmə işin araşdırılmış hallarını qiymətləndirərək bildirmişdir ki, qeyd edilən tələb üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nənəsi X21 qanun üzrə vərəsələrindən olan X9 övladlarıdır. Belə ki iddiaçılar analarının açıq qalmış payının onlar tərəfindən qəbul edilməsi üçün müddətin bərpa edilməsini tələb etsələr də, məhkəmə araşdırması zamanı qeyd edilən miras əmlakın X14 tərəfindən öz payına nisbətdə nə faktiki, nə hüquqi qəbul edilmədiyi müəyyən edilmişdir. Yəni, X21 vərəsəsi olan qızı- X14 miras açıldıqdan sonra miras əmlakdan ona çatası payı faktiki olaraq qəbul etməmiş, həmçinin miras əmlakın qəbul edilməsi üçün notariusa rəsmi müraciət etməmişdir. Qeyd edilən hallar məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş vərəsəlik işinin materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli,könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbinə iddiası əsassız olduğundan təmin edilməməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsinə hüquqi əsas yaradır. Belə ki, mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X10 anası X16 miras qalmış ünvan 1, 8 nömrəli evin qanun üzrə vərəsəlik hüququ ilə ona ayrılmış 1/3 hissəsini qəbul etmiş, daha sonra mərhum bacısı ---- Zahirə Təhsib qızının payına düşən 1/3 hissəni də qəbul edərək, ümumilikdə miras əmlakın 2/3 hissəsini faktiki olaraq qəbul etməklə miras əmlaka sahiblik etmişdir. Digər iddia üzrə iddiaçıların miras əmlakın qəbul edilməmiş qalan 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüquqları məhkəmə tərəfindən tanınmadığından məhkəmə hesab edir ki, miras əmlakın qəbul edilməmiş açıq qalan 1/3 hissəsi də X3 payına birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X38rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbi iddia ərizəsi təmin edilməməli, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 Bakı şəhəri 9 saylı Notariat ofisininin xüsusi notariusu X7 qarşı “vərəsəlik hüquq haqqında şəhadətnamədə miras payın 1/3 hissədə açıq saxlanmasının ləğvi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, 08 aprel 2017-ci il tarixli 2V-74 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-213 reyestr nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr miras payın 1/3 hissədə açıq saxlanılması hissəsində ləğv edilməli və X16 qalmış miras payın açıq saxlanılmış 1/3 hissəsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin X3 hüquqi varisi X1 adına verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisininin üzərinə vəzifə kimi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpa edilməsi” tələbi iddia ərizəsi təmin edilməsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hüquqi varisi X1 Bakı şəhəri 9 saylı Notariat ofisininin xüsusi notariusu X7 qarşı “vərəsəlik hüquq haqqında şəhadətnamədə miras payın 1/3 hissədə açıq saxlanmasının ləğvi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilsin. 08 aprel 2017-ci il tarixli 2V-74 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-213 reyestr nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr miras payın 1/3 hissədə açıq saxlanılması hissəsində ləğv edilsin və X16 qalmış miras payın açıq saxlanılmış 1/3 hissəsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin X3 adına verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisininin üzərinə vəzifə kimi qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar