Məhkəmə qərarları › İş №2(005)-1974/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1974/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1974/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində doğulması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi bildirir ki, xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində doğulmuşdur. 1988-ci ilin sonlarında məlum səbəblərdən yaşadıqları evi tərk etmək məcburiyyətində qalmış, Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində 258 saylı orta məktəbi bitirmiş, daha sonra 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Ərizəçi bu günə qədər şəxsiyyətini təsdiq edən sənəd almamışdır. Belə ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün ASAN Xidmətin Şəxsiyyət Vəsiqəsi bölməsinə müraciət edərkən ona bildirilir ki, doğum haqqında qeydi məlumat bazasına daxil edilməmişdir. Bu qeydin vətəndaş reyestrinin bazasına daxil edilməsi məqsədi ilə müvafiq qeydiyyat şöbəsinə müraciət edərkən isə, ərizəşiyə bildirilmişdir ki, doğum haqqında şəhadətnamənin həqiqətən də bu şəxsə məxsus olub-olmamasının müəyyən edilməsi Qeydiyyat Şöbəsi səlahiyyətləri xaricindədir. Belə ki. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 53 saylı Qərarı ilə Doğum haqqında akt qeydin bərpa edilməsi üçün verilən ərizəyə şəxsiyyəti təsdiq edən sənəd də əlavə olunmalıdır. Nəzərə alınmalıdır ki, doğum akt qeydi düşmən ölkənin ərazisində tərtib edildiyindən həmin akt qeydinin Azərbaycan Respublikasında Qeydiyyat Şöbəsi tərəfindən bərpa edilməsi həqiqətən də qeyrimümkündür. Hesab edirik ki, Qeydiyyat Şöbəsinin imtinası əsaslıdır, haqlıdır. Bundan başqa nəzərə alınmalıdır ki, ərizəçinin əlində qüvvədə olan doğum haqqında şəhadətnaməsi var. Yəni doğum faktının müəyyən edilməsinə zərurət yoxdur. Doğum tarixi və yeri həmçinin dövlət tərəfindən ərizəçiyə verilmiş Azərbaycan Respublikası Vətəndaşının xarici pasportu və hərbi bileti ilə də təsdiq olunur. Bundan başqa ərizəçinin məcburi köçkün vəsiqəsi də vardır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, xx.xx.2021-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı 1988-ci ildə Azərbaycana gəlib. Lakin, bu günə qədər şəxsiyyətini təsdiq edən sənədi ala bilmir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o ərizəçinin qardaşıdır. Qardaşı Ermənistandan Azərbaycana evini tərk edərək köçüb gəlmiş, hərbi xidmətini də Azərbaycanda etmişdir. Lakin, bu günə kimi, ona şəxsiyyətini təsdiq edən sənəd verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 14 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan №419127 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan №073780 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx xxxx 1958-ci il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan №744195 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1961-ci ildə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR, Masis rayonunun Kalinin qəsəbəsində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X8, “ana” qrafasında X5 qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar