Məhkəmə qərarları › İş №2(005)-1976/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1976/2022

17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1976/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X2 X4 ilə eyni şəxs olması faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Paşayev X10 rayon qeydiyyat idarəsinə nənəsi (atasının anası) X3 təkrar ölüm şəhadətnaməsini almaq üçün müraciət etmişdir. Qohumluq əlaqəsinin təsdiq edicı sənədi kimi atası X5 doğum şəhadətnaməsini təqdim etsə də, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat idarəsində bildirmişdilər ki, atasının doğum şəhadətnaməsində nənəsinin soyadı. Sadıxova deyil Paşayeva qeyd edilmişdir. Bu səbəbdən ona nənəsinin təkrar olum şəhadətnaməsinin təqdim edilməsi mümkün olmamış və rəsmi imtina verilmişdir. X1 1914-cü il martın 13-də Şuşa şəhərində doğulmuş və orada yaşamışdır. Təxminən 1932-33-cü illərdə babası (atasının atası) X18 ilə rəsmi nikahı qeydə alaraq ailə həyatı qurmuşdur. Bu nikahdan nənəsinin ikinci ovladı 1936-cı il iyunun 25-də atası X12 anadan olmuşdur. 1941-ci ildə X17 başladıqdan sonra babası X18 müharibəyə çağırılmış və müharibə qurtardıqdan sonra Rusiyanın uzaq Sibir əyalətinə işləməyə göndərilmiş və bir daha geri qayıtmamışdır. Bu səbəbdən ailə üzvlərində nənəsi və babasının nikahının rəsmi pozulması barədə məlumat olmamış və yaxud bunu təsdiq edən heç bir sənəd yoxdur. Nənəsi xx.xx.1994-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən Şuşa rayon qeydiyyat idarəsinə müraciət edərək nənəsinin nikah haqqında şəhadətnaməsi və yaxud nikahının pozulması barədə arayış istəsə də, heç bır sənəd təqdim edilməmiş və bildirilmişdir ki, torpaqların işğalı ilə əlaqədar sənədlərin bəziləri Şuşada yaxud Xankəndində qalmışdır. Bu səbəbdən Bakı şəhəri Nərimanov rayon qeydiyyat idarəsinə nənəsi ilə qohumluq əlaqəsinin sübutu kimi atasının doğum şəhadətnaməsində yazılan X2, nənəsinin ölüm şəhadətnaməsində yazılan X4 ilə eyni şəxs olması barədə heç bir sənəd təqdim etmədiyi üçün ona imtina məktubu təqdim edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında üzrlü səbəbdən nümayəndələrinin iştirak edə bilməyəcəyini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməldir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirmişdir ki, ərizəçinin bibisidir. X4 onun anasıdır. Atasının soyadı Paşayev olmuşdur. Anası Dilbərin qızlıq soyadı Sadıxova olmuş, lakin ərə gedəndən sonra Paşayeva olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 bildirmişdir ki, ərizəçinin bacısıdır. Belə ki, iş materiallarında olan: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuş, ata qrafasında “X12”, ana qrafasında “X8” qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1936-cı ildə doğulan X6 atası “X12”, anası “X9” qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Nərimanov rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, atasının doğum haqqında şəhadətnaməsində anasının soyadı “Paşayeva” qeyd edilmdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, X5 doğum haqqında şəhadətnaməsinin ana qrafasında qeyd edilmiş “X7” “X4” eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 doğum haqqında şəhadətnaməsinin ana qrafasında qeyd edilmiş “X7” “X4” eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar