Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1976/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, 1943-cü ildə X19 döyüşlərdə itkin düşmüş 1902-ci ildə anadan olan X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03 avqust 1993-cü il tarixli vəsiyyətnamə ilə X2 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evini ona vəsiyyət etmişdir. X2 11 aprel 1994cü ildə Quba şəhərində vəfat etmişdir. Nikahın bağlanması haqqında 11-ЖГ 428138 №-li Şəhadətnamədən görünür ki, nənəsi Fərhadova (ata soyadı Zalova) Aminat Balahməd qızı 1902-ci ildə anadan olan babası X14 ilə 01 iyul 1928-ci ildə nikah bağlamış, xx.xx.1942-ci ildə onların oğlu-onun X3 anadan olmuşdur. X3 13 aprel 1966-cı ildə anası X12 ilə evlənmişdir. X3 15 may 1996-cı ildə, anası X12 09 dekabr 2005-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, babası X14 xx.xx.1942-ci ildə X24 göndərilmiş və bu müharibədə döyüşlərdə 1943-cü ildə itkin düşmüşdür. Vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsi ilə əlaqədar 1943-cü ildə X19 döyüşlərdə itkin düşmüş 1902-cu il təvəllüdlü X1 ölmüş elan edilməsinə zərurət yaranmışdır. X1 anadan olduğu gün, ay, il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli arayışında 1899-cu il kimi qeyd olunmuş, lakin rəsmi sənəd olan Nikahın bağlanması haqqında 11-ЖГ 428138 №-li Şəhadətnamədə onun anadan olduğu gün, ay, il 1902-ci il kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs 113 nömrəli arayışından görünür ki, X11 xx.xx.1942-ci il tarixində Qusar rayonunun Böyük Moruğ kəndində anadan olmuşdur. X4, atası X9r; - Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 nikahları xx.xx.1966-cı il tarixdə bağlanmışdır; - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X18 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının İsmayıllı şəhərində anadan olmuşdur. X3, anası X10r; - 03 avqust 1993-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evini Ərizəçi vəsiyyət etmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir; - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 165 nömrəli arayışından görünür ki, 04.04 1942cı ildə Qusar rayon Hərbi Komissarlığı tərəfindən X24 göndərilmiş X15 həqiqətən 1943-cü ildə X19 döyüşlərdə itkin düşmüşdür; - Vətəndaşlıq vəziyəti aktlarının reyestri xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində müraciətdə göstərildiyi kimi 1899-cu il deyil, 1902-ci il təvəllüdlü X5 Zalova (Fərhadova) Aminat Balahməd qızı ilə nikahına dair məlumat aşkarlanmışdır. xx.xx.1981-ci ildə Quba rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş həmin nikah haqqında akt qeydi nəzərdən keçirilərkən Qusar rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli qətnaməsinə əsasən adıçəkilən şəxslərin 1928-ci ildən nikah münasibətlərində olduqlarının təsdiq edildiyi məlum olmuşdur. İnformasiya sistemində Əminbala Fərhadovun digər vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına dair hər hansı məlumat müəyyən edilmədi; - Dövlət sosial müdafiə fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatında X5 pensiyaçı olmasına dair məlumat mövcud deyil; - “Məhkəmə Tibbi Ekspertiza və X17” X33 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1899-cu il təvəllüdlü X7 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır; - Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin strukturuna daxil olan qurumlarda, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda (www.obd-memorial.ru, https://pamyat-naroda.ru) saxlanılır. Xidmətin Qusar rayon şöbəsinin arxiv uçot sənədlərində olan məlumata əsasən X14 xx.xx.1942-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış və 1943-cü ilin avqust ayında itkin düşmüşdür; - Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 01.01,2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat" informasiya sistemində X5 adına rəsmiləşdirilmiş notariat hərəkəti barədə məlumat aşkar edilməmişdir; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusa rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1899-cu il təvəllüdlü mərhum əsgər X14 xx.xx.1942-ci il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmışdır. xx.xx.1943-cü il tarixli ПП 69741 nömrəli bildirişə əsasən 08.1943-cü ildə itkin düşmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi X5 nəvəsidir. Onun babası X14 xx.xx.1942-ci ildə X24 göndərilmiş və bu müharibədə döyüşlər zamanı 1943-cü ildə itkin düşmüşdür. Hazırda iddiaçı vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsi ilə əlaqədar 1943-cü ildə X19 döyüşlərdə itkin düşmüş 1902-cu il təvəllüdlü X1 ölmüş elan edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici üç müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması”, “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması” və “hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İkinci halda isə şəxsin ölmüş elan edilməsi üçün ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisənin baş verməsi zəruridir. Üçüncü halda isə hərbi əməliyyatların keçirilmiş olması və şəxsin xəbərsiz itkin düşməsi tələb olunur. İş materiallarından da göründüyü kimi X14 xx.xx.1942-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış və 1943-cü ilin avqust ayında itkin düşmüşdür. Hazırda 81 ildən uzun müddətdir ki, onun barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312, 313 və 315.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən tələb edilmiş və iş materiallarına əlavə edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin arxiv uçot sənədlərində olan məlumata əsasən X14 xx.xx.1942-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış və 1943-cü ilin avqust ayında itkin düşmüşdür. Həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin strukturuna daxil olan qurumlarda, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda saxlanılır. X14 xx.xx.1942-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış və 1943-cü ilin avqust ayında itkin düşmüşdür. Eləcə də həmin qurum tərəfindən X16 aid məlumatlar məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxt keçdiyindən, eləcə də həmin dövrdə onun olduğu ölkədə ölüm təhlükəsi yaradan şərait mövcud olduğundan, hərbi əməliyyatlar aparıldığından və keçən 81 ildən artıq müddət ərzində harada olması barədə məlumat olmadığından, X5 ölmüş elan edilməsi barədə ərizə təmin edilməlidir. Həmçinin məhkəmə Mülki Məcəllənin 41.4-cü maddəsinin tələblərini, eləcə də işin hallarını və məhkəmə sorğusu əsasında əldə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, XX.XX.1902 (1899)-cu il təvəllüdlü X5 həlakının güman edildiyi tarix 08.1943-cü il tarixi hesab olunmalıdır. O da qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə uyğun olaraq, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 1943-cü ildə döyüşlərdə itkin düşmüş XX.XX.1902 (1899)-cu il təvəllüdlü X14 1943-cü ilin avqust ayında müharibə şəraitində ölmüş elan edilməlidir, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,233, 312-315 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1902 (1899)-cu il təvəllüdlü X14 1943-cü ilin avqust ayında müharibə şəraitində ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1976/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1976/2024
27.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver