Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1982/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və 27.0!.2023-cü il təvəllüdlü X4 adlı övladlarının İddiaçı yanında saxlanılması, azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladılarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay 2025-ci il üçün Azərbaycan Respublikası üzrə müəyyən olunmuş alimentin əmək haqqına yönləndirilməsi və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olana qədər 100 manat anaya baxım pulu tutularaq İddiaçıə Yunis qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıə Yunis qızı Cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin nikahı 666 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin nikahdan tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar İddiaçıə Yunis qızı Cavabdeh ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, Cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaradır bu da tərəflərin münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Tərəflərin ər- arvad münasibətləri faktiki olaraq pozulmuşdur və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və tərəflərin barışması mümkün deyildir. İddiaçıə Yunis qızı ilə Cavabdeh arasında birgə nikahlarından doğulmuş övladların kimin yanında yaşaması barədə razılıq əldə olunmamışdır. İddiaçı hazırda azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X2. xx.xx.2019cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəh., Nərimanov ray.. M. Əlizadə ev İ 17. mənzil 103 adlanan ərazidə yaşayırlar. Azyaşlılar xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları anasına daha çox bağlı olduğu və onun tərbiyəsi və təhsili ilə daha çox anası məşğul olduğu üçün, onun üstün mənafeyi naminə uşağların yaşayış yeri anasının yanında müəyyən olunmalıdır. Göstərilən xüsusatları nəzərə alaraq birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları yaşayış yeri anası İddiaçıə Yunis qızının yanında müəyyən olunmalı və uşaqların saxlanılması üçün iddiaçının xeyrinə Cavabdeh hər ay 2025-ci il üçün Azərbaycan Respublikası üzrə müəyyən olunmuş alimentin əmək haqqına yönləndirilməsi və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olana qədər 100 manat Anaya baxım pulu təyin edilməlidir. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə bildiriş göndərilmiş, qarşı tərəf mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmənin icraatında cavabdehin ona qarşı nikahın pozulması və uşaq tələbinə dair mülki işin olduğunu, hazırki iddia tələbinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Mülki iş hazırda məhkəmənin icraatında 2(005)1648/2025 sayı ilə qeydiyyatdadır və məhkəmənin müvafiq qərardadı ilə qəyyumluq və himayəçilik orqanının rəyinin alınması məqsədilə mülki iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, tərəflər arasında olan ailə-nikah münasibətləri üzrə məhkəmədə daha öncə 2(005)1648/2025 saylı iş qeydə alınmışdır və həmin iş hazırda icraatda olduğundan, eləcə də məhkəmə tərəfindən nikahın pozulması ilə bağlı işə baxılan zaman, uşaqların kimin yanında qalması və aliment məsələlərinə qanunamüvafiq qaydada baxılmalı olduğundan, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə uyğun olaraq isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, digər məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olduğundan İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə 2(005)1648/2025 saylı iş olduğundan, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1982/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1982/2025
07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver