Məhkəmə qərarları › İş №2(005)-2000/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2000/2023

07.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2000/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “RR Constructions MMC tikinti şirkəti tərəfindən pilot layihəsi ilə sökülən evinin yaşayış və qeyri-yaşayış sahələrinin əvəzlənməsi zamanı əvvəlkindən 30% artıq olmaqla tam təmirli qeyri-yaşayış sahələri və mənzillərlə təmin olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “RR Constructions MMC tikinti şirkəti tərəfindən pilot layihəsi ilə sökülən evinin yaşayış və qeyri-yaşayış sahələrinin əvəzlənməsi zamanı əvvəlkindən 30% artıq olmaqla tam təmirli qeyri-yaşayış sahələri və mənzillərlə təmin olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsini və ona 30% əlavəni (7,5 kv.m) cəmisi 32.5 kv.m qeyri-yaşayış sahəsini sökülən evinin yerindən tam təmirli olmaqla verilməsi barədə, tikinti müqaviləsi №101112K-da sahəsi 70 kv.m göstərilən əslində sahəsi 53 kv.m olan qeyri-yaşayış sahəsinə onun 30%-i qədər əlavə etməklə cəmisi 91 kv.m qeyri-yaşayış sahəsinin giriş 6- 10 m olmaqla Çernyayevski küçəsinə baxan tərəfdən tam təmirli olmaqla verilməsi barədə, 01101K saylı müqaviləyə əsasən ümumi sahəsi 305 kv.m olan 3 mənzil əvəzinə ümumi sahəni 30% artırmaqla, yəni 305x30%=91.5 kv.m (cəmisi 305+91.5=396,5 kv.m) əlavə etməklə hər biri 45.6 kv.m olmaqla əlavə 2 tam təmirli mənzillərin ikinci binanı yuxarı mərtəbələrində verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək,qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarnın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən və iş hazırlıq mərhələsində olduğundan hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, GPP ********** nömrəli mədaxil qəbzindən və xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat və 516 (beş yüz on altı) manat olmaqla, cəmi 616 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “RR Constructions MMC tikinti şirkəti tərəfindən pilot layihəsi ilə sökülən evinin yaşayış və qeyri-yaşayış sahələrinin əvəzlənməsi zamanı əvvəlkindən 30% artıq olmaqla tam təmirli qeyri-yaşayış sahələri və mənzillərlə təmin olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2023cü il tarixli, ********** nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 100 (yüz) manat və xx.xx.2023cü il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 516 (beş yüz on altı) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar