Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2005/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh MMMC-yə qarşı “işə bərpa, verilmiş əmək haqqı, məzuniyyət pulu və məcburi iş buraxmaya görə pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “məcburi iş buraxma, istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzinin, maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMCnin 24.11.2020-ci il tarixli, 20K saylı əmrinin ləğv edilməsi, istifadə olunmamış 2 il məzuniyyətə görə 1600 manat, ödənilməmiş 3 aylıq əmək haqqına görə 2400 man, məcburi iş buraxmaya görə 3200 manat və vəkilə ödənilmiş 210 man pulun, ümumilikdə 7410 man pulun cavabdehdən mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlə 08.01.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq Cavabdeh MMMC-ə işlətmə müdiri vəzifəsinə qəbul edilmişdir.. İşlədiyi müddətdə əmək müqaviləsi və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vəzifələri vaxtında və lazımınca yerinə yetirmişdir. İşlədiyi müddətdə müdiriyyət tərəfindən hər hansı bir cəza verilməmiş və intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi müddətdə yəni, 19.07.2020-ci il tarixdən 01.0.2020-ci il tarixə kimi Covid-19 xəstəliyi ilə əlaqədar xəstə olmaqla stasionar müalicədə və 01.07.2020- 15.08.2020-ci il tarixə kimi ambulator müalicədə olmuşdur. X4 Hüquqi şəxsin 01.08.2020ci il tarixli, 003218 №li və Təbib tərəfindən verilmiş 03.08.2020-ci il tarixli, 1152 saylı epikrizi və arayışı da təsdiq edir. Müalicədən sonra yenidən tutduğum vəzifədə çalışmışdır. 24.11.2020-ci il tarixdə Cavabdeh MMMC-nin sədri V.Muradova heç bir əsas və səbəb göstərmədən ərizə yazaraq işdən çıxacağını tələb etdi. İmtina etdikdə isə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaqviləsinə xitam verilməsi barədə 24.11.2020-ci il tarixli, 20K saylı əmr verdi. İndiyə qədər nə əmrin surətinə işdən çıxmaq son haqq-hesabını, nə məzuniyyətdə olmadığıma görə 2 (iki) il müddətində məzuniyyət pulunu, nə də xəstə olduğum dövrdə xəstəlik pulunu, nə də axırıncı 2 (iki) ay əmək haqqını verməmişdir. Çox get-gəldikdən sonra 20 gündür ki, əmək kitabçasını almışdır. İstinad olunanlardan tam aydın olur ki, Cavabdeh MMC-nin sədri tam əsassız və qanunsuz olaraq əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. İlk əvvəl bu barədə AR ƏƏSMN-yi yanında X2 müraciət olunmuş və əmək müfəttişliyinin 23.02.2021 -ci il tarixli, **********2 saylı məktubundan da aydın olur ki, təşkilatın rəhbəri V.Muradova əmək qanunvericiliyini pozduğuna görə AR İXM-nin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq 18.02.2021 -ci il tarixli, № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və O, 1250 manat cərimə olunub. Yuxanda istinad olunanlardan tam aydın olur ki, iş üzrə cavabdeh AR ƏM-nin elə bir maddəsi yoxdur ki, onun tələblərini kobud surətdə pozmasın. Bundan əlavə, Prezident pandemiya dövründə işçilərin işdən çıxarılmasının qarşısının alınmasını tövsiyə etmişdir. Göründüyü kimi cavabdeh Prezidentində tövsiyyələrinə əhəmiyyət verməmişdir. Aylıq əmək haqqı 800 manatdır. Xəstəliyimlə əlaqədar işdə olmadığı və axırıncı iki ayda əmək haqqımın verilməməsi ilə birlikdə 3 ay əmək haqqım-2400 man pul verilməmişdir. Bundan əlavə 2 il məzuniyyətdə olmadığına görə 1600 man pul ödəməlidir. Hamısı birlikdə 4000 man təşkil edir. Mən hüquqlarımın müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlamış və onun hesabına 210 man pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onların səlahiyyətli nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, 03.08.2020-ci il tarixli, 1152 saylı Arayışın surətindən görünür ki, Bakı Şəhəri, Cavabdeh Ünvanında yaşayan İddiaçı Hüscynxan oğluna ondan ötəri ki, o həqiqətən 19.07.2020ci tarixindən 01.08.2020 tarixinədək COVİD–19 virus infeksiya üzrə “YENİ KLİNİKA” tibb müəssisəsində müayinə və müalicədə olmuş, asimptomatik olduğundan ambulator müşahidəyə göndərilir. 15.08.2020-ci il tarixədək ev şəraitində izolyasiya olması vacibdir. İş materiallarında olan, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 08.01.2019-cu il tarixli 8 saylı əmrə əsasən Cavabdeh MMMC-nə işlətmə müdiri vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 24.11.2020-ci il tarixli 20 K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 23.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, "Cavabdeh" MMMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. İlkin araşdırma zamanı 12.01.20201-ci il tarixdə X3 Xidmətinin Bakı şəhəı İdarəsinə təqdim etdiyiniz izahatda və əmək haqqı bank çıxarışlarında müraciətinizdə qeyd etdiklərinizi təsdiq etmişdir. Müraciətin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması barədə "Cavabdeh" MMMC-yə tərəfimizdən məktublar ünvanlanmış, lakin bu günə. qədər sənədlər təqdim edilməmişdir. Bildirirlər kı, tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" altsisteminə baxış keçirilərkən Sizinlə cəmiyyət arasında 08.01.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 24.11 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bununla əlaqədar son haqq-hesabınızın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, sizə ödənilməli əmək haqqı və digər ödəmələr) cəmiyyət tərəfindən sonuncu iş günü əmək haqqı bank hesabınıza köçürülmədiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta halı yaranmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin son haqqhesabınızın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu ış günü ödənilmədiyindən "Cavabdeh" MMMC-nırv-direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 18.02 2021 -ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki. 2020-ci ilir, iyul, oktyabr və noyabr ayları üçün nəzərdə tutulmuş əmək haqqınızın Sizə ödənilməsinə dair “Cavabdeh" MMMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan, “Yeni Klinika” publik hüquqi şəxsin 01.08.2020-ci il tarixli epikrizinin surətindən görünür ki, İddiaçı COVİ-19 xəstəliyi ilə əlaqədar 19.07.2020-ci il tarixdə 01.08.2020-ci il tarixədək stasionar müalicə almışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 08.01.2019-cu il cu tarixdən Cavabdeh MMMC–də işlətmə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Sonuncunun 20k nömrəli, 24.11.2020-ci il tarixli əmri ilə işçi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (tərəflərdən birinin təşəbbüsü) əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasına əsasən Cavabdeh MMMC-nin sədrinin 20K nömrəli, 24.11.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir.) İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas olan hal tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMMC-nin 20K nömrəli, 24.11.2020-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi “tərəflərdən birinin təşəbbüsü ilə” kimi rəsmiləşdirilmişdir. Bununla da Cavabdeh MMMC tərəfindən 20K nömrəli, 24.11.2020-ci il tarixli nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa müvafiq əmrə əsasən işçi həmçinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin müddəalarına əsasən işçinin işdən çıxarılması əsaslandırılmış əmrlə işçinin işdən azad edilməsi barədə imperativ norma olsa da işə götürən onu Əmək Məcəlləsinin konkret maddəsinə (yalnız ƏM-nin 68 “a” maddəsinə istinad etməklə kifayətlənmişdir) istinad etmədən işdən azad etmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə hallar da müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh MMMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh MMMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi xitam verilməsi barədə 20K nömrəli, 24.11.2020-ci il tarixli əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 20K nömrəli, 24.11.2020-ci il tarixli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq cavabdeh MMMC nümayəndəsinin iştirakını təmin etməmiş, habelə məhkəmə tərəfindən “Operativ Express” kuryer xidməti vasitəsilə göndərilmiş məhkəmə sorğusunu qəbul etməkdən imtina etmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış 2 il məzuniyyətə görə 1600 manat” hissəsinə münasibətdə iddia tələbini qismən əsaslı hesab edərək, məhkəmənin məzuniyyət haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə digər sübutlar təqdim edilmədiyindən, iki il müddəti üçün məzuniyyət pulu hesablanmaqla kifayətlənməlidir. İddia tələbinin “ödənilməmiş 3 aylıq əmək haqqı” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır, təmin edilə bilməz. Belə ki, iddiaçı özü də iddia ərizəsində qeyd edir ki, xəstəliyi ilə əlaqədar 3 ay stasionar və ambulator müalicədə olmuşdur. Həmin müddətlərdə əmək haqqı almamışdır. Bu baxımdan məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən xəstəliyə görə məzuniyyətdə olduğu müddət ərzində ona məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilib-ödənilmədiyi barədə sübutlar təqdim edilməmiş, eyni zamanda müalicədə olduğu müddət üçün ona hesablanmalı olan müavinətin həcmi barədə dəlillər təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddiaçıya izah edir ki, o,19.07.2020-ci il tarixdən 15.08.2020-ci il tarixədək xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin olmadığı müddət üçün xəstəliyə görə müavinətin ödənilməsi tələbi ilə məhkəməyə ümumi qaydada müraciət etmək hüququndan məhrum olmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 210 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "Cavabdeh" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin 24.11.2020-ci il tarixli 20K saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, "Cavabdeh" MMMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, istifadə olunmamış 2 il məzuniyyət pulu, "Cavabdeh" MMMC-dən vəkilin göstərdiyi yardıma görə 210 manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin 24.11.2020-ci il tarixli 20K saylı əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. Cavabdeh MMMC tərəfindən İddiaçı istifadə olunmamış iki il məzuniyyətə görə məzuniyyət pulu və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətindən vəkilin göstərdiyi yardıma görə 210 manat İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2005/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2005/2021
23.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver