Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2006/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə” və Bank "xxxx" ASC qarşı “protokoldan çıxarışın, maliyyə arayışının, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, 1-ci Alaqapı, 8-ci mərətbədə yerləşən 14 saylı mənzil Cavabdeh1 MTK tərəfindən 31 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2. 2007-ci ildə isə həmin mənzil X6 mülkiyyətindən onun adına keçirilmişdir. Bundan əlavə, 19 noyabr 2009-cu ildə tərəfindən "xxxx" ASC ilə arasında həmin mənzilə dair girov müqaviləsi bağlanmışdır. Hazırda ona məlum olmuşdur ki, həmin mənzil cavabdeh tərəfindən 21 iyun 2010-cu il tarixli müqavilə ilə X1, halbuki ev əslində həmin vaxt onun mülkiyyətində olmuş və girov olaraq yuxarıda qeyd olunan bankla arasında bağlanmış müqavilə üzrə yüklü edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilən 04 sentyabr 2007-ci il tarixli 000062 saylı mənzil sertifikatında da Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci Alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilin mülkiyyətçisinin həmin vaxt X13 olduğu göstərilmişdir. Həmçinin 23 aprel 2018-ci il tarixində X11 və X14 Cavabdeh1 MTK-ya 7E- 9901 və 7E-9902 saylı məktub yazaraq mübahisələndirilən mənzilin X8 adına olan paydan imtian etmişlər. Ümumiyyətlə onda olan məlumata görə Cavabdeh1 MTK 2010-cu ildən 2018-ci ilə qədər fəaliyyət göstərməmişdir. X11 və X14 ona görə həmin tarixdə ərizə ilə müraciət etmişlər ki, faktiki olaraq qeyd olunan mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi 2010-cu ildə deyil, 2018-ci ildə baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli icra vərəqəsindən də görünür ki, onunla Yunayted Kredit Bank ASC arasında bağlanmış 19.11.2009-cu il tarixli girov müqaviləsi ləğv edilmişdir. Faktiki olaraq Cavabdeh1 MTK-nın ona məxsus mənzili girovla yüklü edildiyi halda digər Cavabdeh2 satmışdır. Cavabdehlər arasında bağlanmış 20.06.2010-cu il tarixli mənzilin alqı-satqısı ilə bağlı müqavilədə mənzilin əvvəllər onun mülkiyyətində olubolmaması və ya onunla Cavabdeh1 MTK arasında bağlanmış 2005-ci il tarixli müqavilənin ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Əgər tərəflər arasında sözügedən mənzilin 2010-cu ildə alqı-satqısı olsa idi, o zaman həmin vaxt o evin satılmasına icazə verməli idi, onun isə belə bir icazəsi olmamış, faktiki o, mülkiyyətçi olduğu halda mənzil başqa şəxsə satılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı idda üzrə cavabdehlər X7 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “protokoldan çıxarışın etibarsızlığı və reyesterdən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 13 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin rədd edilməsi və Cavabdeh1 MMC tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsinə, həmçinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyesterdən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 21.06.2010-c il tarixində Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A,Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən ümumi sahəsi 160 kv.m-dən ibarət olan 14 saylı mənzil onun tərəfindən alınmışdır. Ondan öncə həmin mənzil X8 adına Cavabdeh1 MMC-də qeydiyyatdan keçirilmişdir. Daha sonra X11 və həyat yoldaşı X15 tərəfindən mənzildən və paydan imtinaya dair ərizə yazılmış və notarial qaydada rəsmiləşərək, təsdiq edilmişdir. Həmin paydan imtina ərizələrinə əsasən, mübahisəli mənzil onun adına rəsmiləşdirilmişdir. Qeyd edilən hallar tərəfindən Orucov Famil annayıb oğluna qarşı mənzildən çıxarılma ilə bağlı iddia tələbinə əsasən, məhkəmə qətnamələrində qeyd edilmişdir. Həmin məhkəmə qətnamələrinə əsasən, müəyyən edilmiş və qeyd edilmişdir ki, mübahisəli mənzil onun sahiblik və istifadəsindədir, ona məxsusdur. Buna görə də X11 və ailə üzvləri həmin mənzili tək etməlidir. Eləcə də Cavabdeh1 MMC tərəfindən verilmiş 20.06.2010-cu il tarixli maliyyə arayışına və 27 may 2019-cu il tarixli arayışlarına da əsasən, müəyyən olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən ümumi sahəsi 160 kv.m-dən ibarət olan 14 saylı mənzil, hazırki ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil ona məxsusdur və onun adına qeydiyyatdan keçmişdir. Məhkəmə mübahisəsi zamanı qanunsuz olaraq hazırki iş üzrə ilkin iddiaçı X7 özünün qohumu X11 və Cavabdeh1 MMC ilə cinayət əlaqəsinə girmiş, qanunsuz olaraq öz adına Cavabdeh1 MMC 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış almışdır. Həmin sənədlərə əsasən, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X4 adına rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi Bank "xxxx" ASC cəlb edilməklə Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının, 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, İddiaçı adına AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın əsasında İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-də qeydə alınmış ipoteka qeydinin ləğv edilməsi barədə barədə qətnamə qəbul edilməsini, mülkiyyət hüquqlarının pozulmasına əsas olmuş və qanuna zidd əməllərə yol vermiş şəxslərin dairəsini müəyyən edərək həmin şəxslərin əməllərinə cinayət hüquqi istiqamətində qiymət verilməsi üçün xüsusi qərarın qəbul edilərək araşdırılması üçün müvafiq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş, daha sonra qarşılıqlı iddia tələbinə əlavə və dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdeh kimi işə cəlb olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi sübutlarla kifayətlənərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etdilər. Qarşılıqlı iddia üzrə cavabdeh kimi sonradan cəlb edilmiş Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli mənzil ipoteka ilə yüklü edilərkən əmlaka dair İddiaçı hüquqları dövlət qeydiyyatından keçmiş və çıxarışı olmuşdur. Həmin vaxtı bu əmlakla bağlı məhkəmə mübahisəsinin olmasından bank xəbərsiz olmuşdur. İpotekanın qoyulmasına bank vicdanlı əldə edəndir. Odur ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb əsassızdır. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi hazırki və bundan əvvəlki məhkəmə iclaına gəlməmiş və onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Birinci tərəf Cavabdeh1 MMC və ikinci tərəf X11 arasında bağlanmış 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyətinin 30.10.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan lahiyəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini və ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürürlər. Bu müqaviləyə əsasən, gələcəkdə alqı-satqı müqaviləsi sayılan əsas müqavilənin bağlanması Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü il məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8 mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzil barəsində həyata keçirilməlidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 01 yanvar 2006-cı ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün təklif vermək və binanın qüvvədə olan qanunvericliklə müəyyən olunmuş qaydada qəbulundan sonra əsas müqaviləni bağlamaq birinci tərəfin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, həmin müqavilə ilə gələcəkdə barəsində alqı-satqı müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmiş yaşayış mənzilinin ümumi satış qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan Əlavəyə uyğun olaraq ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnə ilə Azərbaycan manatı ifadəsində məbləğ müəyyən edilir. İş materiallarında olan 31 oktyabr 2005-ci il tarixli ilkin müqaviləyə əlavədən görünür ki, müqavilə ilə gələcəkdə barəsində alqı-satqı müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmiş yaşayış mənzilinin ümumi satış qiyməti 85000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnə ilə Azərbaycan manatı ifadəsində məbləğ müəyyən edilir. İş materiallarında olan Birinci tərəf Cavabdeh1 MMC və ikinci tərəf Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsaəsn tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyətinin 30.10.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan lahiyəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini və ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürürlər. Bu müqaviləyə əsasən, Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü il məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8 mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzili ikinci tərəfin özünün və a onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsi həyata keçirilməlidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 18 iyun 2010-cu ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün lazımi tədbirlər görmək birinci tərəfin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflərin razılaşmasına əsasən Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü il məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8 mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzilin dəyəri 48000 (qırx səkkiz min) manat müəyən edilir. İş materiallarında olan X8 23 aprel 2018-ci il tarili ərizəsindən görünür ki, o, Cavabdeh1 MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən kooperativ binada onun adına olan 14 saylı mənzil və paydan imtian etmişdir. İş materiallarında olan X10 23 aprel 2018-ci il tarili ərizəsindən görünür ki, o, Cavabdeh1 MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən kooperativ binada əri X8 adına olan 14 saylı mənzil və paydan imtina etmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, M8, m2) İddiaçı adına 14.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X11 və X14 Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin X11 və X14 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-707/2020 saylı 13.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3718/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin 46/32 nömrəli 27 may 2019-cu il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın 14 saylı mənzili (hazırki ünvan: ünvan 5şən çoxmərtəbəli çoxmənzilli yaşayış binası, giriş 15, mərtəbə 8, mənzil 1) mövcud olan müqavilə və maliyyə arayışı sənədlərinə əsasən, Cavabdeh2 məxsusdur. Yuxarıda göstərilən ünvandakı mənzil Cavabdeh2 əvvəl X9 məxsus olmuşdur. Hazırda həmin mənzildə X11 öz ailə üzvləri ilə yaşayır. İş materiallarında olan Cavabdeh1 MTK-nın üzvlərinin Ümumi Yığıncağının 07 mart 2020-ci il tarixli 21 saylı Prokolundan Çıxarışdan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14) ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzil tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilən 07 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14) ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ödənilmə tarixi 30.06.2007-ci il olan mənzil sertifikatları emitent Cavabdeh1 MMC tərəfindən ləğv edilmiş Qiymətlə Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 28.07.2006-cı il tarixində qeydiyyat alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil 01.03.2021-ci il tarixli müraciətə əsasən, Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ipteka qoyan İddiaçı və borcalan X11 arasında bağlanmış DENG-00002-00/21A nömrəli 26 fevral 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 26 fevral 2021-ci il tarixli DEN-00002-00/21A nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana illik 22 faiz ödəmək şərti ilə 36 ay mqddətinə 200000 (iki yüz min) manat məbləğində kredit vermişdir. İddiaçı məxsus olan ünvan 3 , m2 (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Birinci tərəf Cavabdeh1 MMC və ikinci tərəf X11 arasında 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasənn tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən alqı-satqı müqaviləsinin əsli ilkin iddiaçıdan tələb edilsə də məhkəməyə təqdim olunmamış, təqdim etdiyi sübutlarla ilkin iddia üzrə iddiaçıının nümayəndəsi kifayətləndiyini bildirmişdir. Həmçinin hazırk iş üzrə ilkin İddiaçı və Cavabdeh1 MTK arasında mənzilə dair müqavilə mövcud deyildir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 07 mart 2020-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarışdan, o cümlədən ipoteka müqaviləsindən öncə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi ilə X11 və X14 Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin X11 və X14 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-707/2020 saylı 13.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3718/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqdim edilmiş sübutlar əsasında o da müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2021-ci il tarixli məktubunda qeyd edilənlərə əsasən ödənilmə tarixi 30.06.2007-ci il olan mənzil sertifikatları emitent Cavabdeh1 MMC tərəfindən ləğv edilmiş, Qiymətlə Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 28.07.2006-cı il tarixində qeydiyyata alınmışdır. Bununla belə ünvan 6 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı MTK-nın əsassız olaraq verdiyi protokoldan çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Verilmiş bu şıxarış əsasında Bank "xxxx" ASC ipoteka qoyan İddiaçı və borcalan X11 arasında bağlanmış DENG-00002-00/21A nömrəli 26 fevral 2021-ci il tarixli ipoteka müqaviləsinı əsasən 26 fevral 2021-ci il tarixli DEN-00002-00/21A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ünvan 3 , m2 (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi hazırki iş üzrə preydusial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Belə ki, qeyd edilən qətnamə ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin Cavabdeh2 məxsus olması sübut olunur O da qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi Birinci tərəf Cavabdeh1 MMC və ikinci tərəf X11 arasında 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilə bağlanmışdır. Bundan sonra həmin mənzilə dair əsas müqavilənin bağlanması ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəf sübut təqdim etməmiş, eyni zamanda tələbinin əsaslandırılmasını təşkil edən bu müqavilənin əslini də təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının, 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv ediməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 MMC-nin 46/32 nömrəli 27 may 2019-cu il tarixli arayışında ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın 14 saylı mənzili (hazırki ünvan: ünvan 5şən çoxmərtəbəli çoxmənzilli yaşayış binası, giriş 15, mərtəbə 8, mənzil 1) mövcud olan müqavilə və maliyyə arayışı sənədlərinə əsasən, Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Daha sonra isə Cavabdeh1 MTK tərəfindən verilən 07 mart 2020-ci il tarixli maliyyə arayışında İddiaçı ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14) ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin tam dəyərini ödədiyi bildirilmiş eyni zamanda Cavabdeh1 MTK-nın üzvlərinin Ümumi Yığıncağının 07 mart 2020-ci il tarixli 21 iclasında İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14) ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzil tam mülkiyyətinə verilmişdir. Lakin Cavabdeh1 MTK və İddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır. Yəni Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının verilməsini hər hansı hüquqi əsası mövcud deyildir. Lakin Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışa əsasən, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə əqdin etibarsızlığı ilə bağlı ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, sözügedən maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alqı-satqı müqaviləsinin bağlanmasının zəruri şərtlərindən biri də Mülki Məcəllənin 572-ci maddəsinə uyğun olaraq satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşyanın verilməsidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Bununla belə qarşılıqlı iddia üzrə hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli çıxarışın verilməsinə əsas olan Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış sonradan verildiyindən və qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair hüquqları müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanındığından hazırki mübahisədə hüquqi cəhətdən hər hansı nəticə doğurmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğvi üçün əsasdır. Məhkəmə qarşılıqlı iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı mübahsəli mənzilin mülkiyyətçisi kimi hüquqları məhkəmə mübahisəli olduğunu bildiyi dövrdə hüquqi əsası olmayan 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışa əsasən mənzilə dair dövlət qeydiyyatından çıxarış əldə etmiş və özünü mülkiyyətçi kimi təqdim edərək Bank ”BTB” ASC ilə ipoteka müqaviləsi bağlamışdır. İddiaçı 26 fevral 2021-ci il tarixdə ipoteka müqavailəsi bağlanrkən mənzilin mülkiyyətçisi kimi qiymətləndirilə bilməz və bu səbəbdən də qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbində ipoteka qeydinin ləğv edilməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinə mübahisənin xarakterini tənzimləyən ipotekaya dair qanunvericlikdə xüsusi normaların tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 270.2-ci maddəsinə görə bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. “İpoteka haqqında” Qanunun 10.8-ci maddəsinə görə ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Həmin Qanunun 32.3-cü maddəsinə görə ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılması hüququnun olduğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi üzrə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 337.4-cü maddəsində əqdin etibarsızlığın hüquqi nəticələrinin tətbiqini və bu əsasla hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını zəruri edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG-000002-00/21 saylı ipoteka müqaviləsi etibarsız hesab olunmaqla əqdin etibarısızlığının hüquqi nəticələri də tətbiq edilməklə ipoteka haqqında qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ipotekaya da xitam verilməli, ipoteka qeydi ləğv edilməlidir. Cavabdeh Bank “"xxxx" ASC-nin əsas tələbi üzrə vicdanlı əldə edən olması ilə bağlı hallara münasibətdə qeyd edilməlidir ki, “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il Qərarında olan hüquqi mövqeyə yanaşma baxımından müqavilənin etibarsızlığı ilə bağlı hüquqi nəticələrin baş verməsi ziyan vuran tərəfə qarşı bankın tələb irəli sürməsini istisna etmir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə dair qeyd edir ki, xüsusi qəraradın qəbul edilməsi məhkəmənin hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının xüsusi qərardadın çıxarılması ilə bağlı hissəsində ərizəsinə iddia tələbi kimi deyil, prosessual vəsatət kimi qiymətləndirilməklə hüquqi qiymət verilməlidir. Hazırki işdə xüsusi qərardad qəbul edilməsi üçün əsaslar mübahisəli olduğundan müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməli, İddiaçı adına ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən 14.01.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) 26.02.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsi əsasında yaranmış ipotekaya xitam verilməli və onun ipoteka qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair ilkin iddia tələbi təmin edilməsin Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilsin. İddiaçı adına ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən 14.01.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG- 000002-00/21A saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2) 26.02.2021ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsi əsasında yaranmış ipotekaya xitam verilsin və ipotekanın qeydiyyatı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2006/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2006/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver