Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2021/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi atası X9 15 iyul 1938-ci il tarixdə Kürdəmir rayonunda doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi atası X12 15 İyul 1938-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur, 26 yanvar 2010-cu il tarixdə isə rəhmətə gedmişdir. Hal-hazırda ərizəçinin özünün Şəxsiyyət vəsiqəsində ata adının fərqli yazılması səbəbi ilə (Rza yerinə Riza). Ərizəçinin Atasının adı isə ölüm haqqında şəhadətnamədə Rza Nikah haqqında Şəhadətnamədə isə Rza olaraq qeyd edilmişdir. Ərizəçi atasının doğum tarixi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmiş, lakin X9 təvəllüdü haqqında məlumat tapılmamışdır. Bununla bağlı ərizəçi X9 doğum Akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş və bununla bağlı imtina almışdır. Belə ki, 23 fevral 2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, doğum akt qeydinin bərpası mümkün olmadığı üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündürƏrizəçi X8 məhkəmə iclasında ərizəni müdafiə edərək, 24.03.1994-cü il tarixdə vəfat etmiş babası X6 həqiqətən də 31.09.2000-ci ildə vəfat etmiş nənəsi X7 ilə nikahda olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan; 09.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov RPİ tərəfindən verilmiş 24.01.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 03.03.2021-ci il tarixli 010789 nömrəli arayışdan görünür ki, Mirzəyev X4 72/74 nömrəli evin 52 nömrəli mənzilində pasport qeydiyyatındadır. Bakı şəhəri Maraqlı şəxs 23.02.2021-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən müddəların 14cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin 23 fevral №DA-00217-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı 1 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 18 yanvar 2021-ci il tarixli ərizəyə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsi, Qarabulaq, Köhünlü, Çaparlı,Axtaçı, Padar, Ağsu, İ qaraqaşlı, İİ qaraqaşlı, Qaraqaqoyunlu, Mollakənd, Qocalı, Növcü, Şilyan,Sığırlı, Ərəbmehdibəyli, Kürdəmir icra nümayəndəlikləri üzrə doğum haqqında qeydiyyat kitablarında X9 təvəllüdü haqqında heç bir məlumat yoxdur. AZ-İV № 477136 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. X3, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 969 nömrə ilə qeyd edilmişdir. 740 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X3 ilə X2 22.06.1968-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu barədə 535 nömrəli akt qeydi tərtib olunmuşdur. AZ-İ № 392411 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 yanvar 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin atası X12 15 iyul 1938-ci ildə Kürdəmir rayonunda anadan olmuş, 26.01.2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi özünün şəxsiyyət vəsiqəsində ata adının fərqli yazılması səbəbi ilə (Rza yerinə Riza) ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla belə ərizəçi vəfat etmiş atasının doğum akt qeydinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin qənaətinə görə göstərilən normaların və bütünlükdə qeyd edilən institutun mahiyyətindən də göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır və həmin hüquqi əhəmiyyəti olan faktlar sırasında vəfat etmiş şəxsin adından doğum akt qeydinin müəyyən olunması ilə bağlı müraciət edə bilməsi imkanı qanunverilcikdə nəzərdə tutulmamışdır. Bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bu da o deməkdir ki, hazırki mülki iş üzrə ərizə buna subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi atası X9 15.07.1938-ci il tarixdə Kürdəmir rayonunda doğulması faktının müəyyən olunmasına dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası tələbi”nə dair ərizəsi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2021/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2021/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver