Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2029/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən qarajda yaşamışdır. Lakin sonra həmin həyətdə yerləşən qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində qeyd olunan evi tikdilər. Ev tam hazır olandan sonra ona məxsus cehiz əşyalarını həmin evə gətirmiş və hazırda da sözü gedən evdədir. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan cavabdeh dəfələrlə xəyanət etmiş və bu səbəbdən nikahın pozulması, uşağların ananın yanında saxlanılması və aliment tələbinə dair məhkəməyə müraciət etmiş və hazırda mülki iş icraatdadır. Oğlu Amin hazırda atası ilə yaşayır. Lakin Qulu və Bahar hazırda onun yanında yaşayırlar. X12 sindromlu xəstədir. Hazırda övladları qeydiyyatda olduqları Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küşəsi ev 26B yaxınlığında yerləşən məktəbdə oxuyurlar. Onların məktəbə gəlib getməsi bir çox çətinliklər yaradır. Ona və uşaqlarına məxsus bütün əşyalar köçmək istədiyi evdə yerləşir. Həmin evdə adına “Kontakt Home”dan kreditlə təmin etdiyi 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan, paltar Şkafı və 2 ədəd Xalçalar həmin ünvanda qalmışdır. Təmin etdiyi eşyaların ödəniş qəbzlərindən də görmək olar ki bu məişət əşyaları ona məxsusdur və onun tərəfdən ödənişləri həyata keçirilmişdir. Bundan başqa valideyinlərinə məxsus evdə qardaşı ilə öz ailəsi ilə birlikdə yaşayır. Orada öz uşaqlarında birlikdə yaşaması üçün şərait yoxdur həmçnin qızının daun sindromlu uşaq olduğuna görə xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarınında həmin şərtlər daxilində evdə yaşamaq hüququ var, mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilini cavabdehlə birlikdə birgə nikah dövründə əldə etdiyindən, həmin tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan, iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyi bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə münasibətindən xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən evi tikmişlər və orada yaşamışlar. Hazırda tərəflər arasında ailə münasibəti pozulmuş və cavabdeh iddiaçını həmin yaşayış evinə buraxmır, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. İddiaçının tələbindən də göründüyü kimi, iddia edilən mənzilin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin mənzil əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı və istifadəsində olması səbəbindən, onun arvadı-iddiaçı həmin yaşayış evində yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə top lanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərclərinin əvəzinin ödənilməsi tələb edilmədiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh yaşadığı və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2029/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2029/2022
06.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver