Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2034/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmət İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respunlikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunmağına dair xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsi sürücü vəzifəsinə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 25 ilə yaxın Daşkəsən rayon Baytarlıq İdarəsində sürücü işləmişdir. Daşkəsən rayon Baytarlıq İdarəsində 1 sürcü ştat vahidi olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrində qeyd edilənlər qanunsuz və əsassızdır. Həmin əmrin qanunsuz və əsassız olduğu əmrin özündən də aydın görünür. Belə ki, qeyd olunan idarədə cəmi bir sürücü ştatı olmuşdur. Eyni zamanda qeyd olunan maddənin tələbinə əsasən, işəgötürən həmin hal üzrə əmək müqaviləsinə xitam vermək istədiyi zaman 10 ildən çox stajı olduqda – azı doqquz təqvim həftəsi qabaq məlumat verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu barədə iddiaçıya hər hansı məlumat verməmişdir. Eyni zamanda əmək qaunvericliyinə əsasən işəgötürən tərəfindən iddiacı bir neçə dəfə əmək kitabcasını istəməməsinə baxmayaraq, cavabdeh tərəfindən ona əmək kitabçası təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə qarşı "işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində əsassız tələblər irəli sürmüşdür. Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 -ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilsin. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o UAZ-315122 markalı 16-AA-32 dövlət nömrə nişanlı avtomobili idarənin həyətinə gətirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat vermişdir. Eyni zamanda Daşkəsən rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Daşkəsən Rayon polis Şöbəsinin sahə rəisi Rza Abdullayev iddiaçıdan izahat almış və iki aydan sonra Daşkəsən Rayon polis Şöbəsinin TQ-nun təhqiqatçısı Hüseyn Qasımov tərəfindən araşdırılmış HK-1/945 nömrəli material üzrə cinayət işin başlanılmasının rədd olunması haqqında 11 dekabr 2021-ci il tarixli qərarını xx.xx.2022-ci İl tarixdə iddiaçıya verilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi neqativ hallar əslində mövcud olsa idi, cinayət işin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməzdi. İddiaçı iddia ərizəsində vurğulamışdır ki. Daşkəsən rayon Baytarlıq idarəsinin rəisi Arzu Rüstəmovu göstəriş verdikdən sonra mən onun iş otağının qarşısında olan tabel kitabına imza etməyə məni qadağan etdi. Mən isə məcbu' olub, Daşkəsən rayon Baytarlıq İdarəsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən X6 Mərkəzinin rəisi Azər Hacıyevin iş otağının qarşısında olan kabinəsinin tabel kitabında işdə olmağım barədə qeydlərə imza etməyə başladım. Bu günki günə kimi də həmin tabel kitabında hər gün işdə olmağım barədə imzalarım vardır. Bildiririk ki, 08 dekabr 2021-ci il tarixli aktdan məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən geriyə xx.xx.2021-ci il tarixədək imza etdiyi 17 (on yeddi) gün etibarsız hesab edilir. Bununla yanaşı iddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrində qeyd edilənlər qanunsuz və əsassızdır. Həmin əmrin qanunsuz və əsassız olduğu əmrin özündən də aydın görünür. İddiaçının bu fikri həqiqətə uyğun deyildir. Belə ki, sözügedən əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 saylı Qərarı və Azə'baycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndini rəhbər tutaraq hazırlanmışdır və həmin əmrin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2021-ci il tarixli 132 saylı Qərarı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin xx.xx.2021-d il tarixli 01 saylı protokolu olmuşdur. Eyni zamanda iddiaçı iddia ərizəsində vurğulamışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində göstərilən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: -on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Halbuki mənə heç bir xəbərdarlıq gəlməmişdir. İddiaçının bu mövqeyi də həqiqətə uyğun deyildir. Belə ki, struktur dəyişikliyi ilə əlaqədar 2 iyul 2021-ci il tarixində rayon (şəhər) baytarlıq idarələrinə xəbərdarlıq göndərilmişdir, İddiaçı xəbərdarlıqla 5 iyul 2021-ci il tarixində tanış olaraq öz imzasıyla təsdiq etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmrin surəti göndərildiyi halda əmək kitabçamı dəfələrlə istəsəm də mənə verilməmişdir. İddiaçının bu mövqeyi də doğru deyildir. Belə ki, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət edərək əmək kitabçasının götürülməsi ilə bağlı X1 28 dekabr 2021-ci il tarixli 74 nömrəli məktub göndərilmişdir. Sözügedən məktub İddiaçı poçt vasitəsilə çatdırılmışdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 22 aprel 2022-ci il tarixində saat 11:15-də keçirilmiş məhkəmə iclasında məhkəməyə elektron talon adlanan sənədin surətini təqdim ecərək bildirmişdir ki, bu sənədin surətindən də göründüyü kimi sözügedən nəqliyyat vasitəsinin sahibi odur. İddiaçının bu mövqeyi də yanlışdır. Belə ki, elektron talonun surətində nəqliyyat vasitəsinin sahibi qismində İddiaçı deyil. Daşkəsən Baytarlıq İdarəsi qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, işdən çıxmağım barədə ərizə verməyimi bildirdilər. Mən isə onlara bildirdim ki, işdən çıxmağım barədə ərizə verməyimin səbəbini soruşdum. Lakin onlar bu barədə mənim sualımı cavablandırmadılar. İddiaçının sözügedən mövqeyi də əsassızdır. Belə ki, İddiaçı hətta həmin məsələ ilə bağlı 02 dekabr 2021-ci il tarixli 62 nömrəli məktub göndərilmişdir. Bununla yanaşı İddiaçı İdarənin normal iş ahənginə mane olmuşdur. İddiaçı işlədiyi dövrdə mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, işçilər arasında narahatçılıq yaratmış, dəfələrlə onun barəsində aktlar tərtib edilmişdir. İddiaçı - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə qarşı iddiası etiraf edilmir. İddiaçı - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə qarşı iddiası əsassız olduğuna görə rədd olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir, yenidən işə qəbul edilmə ilə bağlı ərizəsini Daşkəsən Rayon Baytarlıq İdarəsinə təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatının, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 63 nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin həmkarlar təşkilatının sədri Babək Əliyeva göndərilmiş məktubundan görünür ki, Daşkəsən rayon Baytarlıq İdarəsində struktur dəyişikliyi ilə əlaqədar idarənin bütün işdən çıxma və yenidən işə bərpa olunma haqqında ərizələr alınmış, lakin idarənin sürücüsü İddiaçı işdən azad olunma barədə ərizə yazmaqdan imtina etmiş İdarə daxili əmək intizamının tələblərini pozur və ondan bu barədə izahat yazmağı tələb etdikdə də o deyilənlərə məhəl qoymur. Ona görədə Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolundan görünür ki, İclas iştirakçılarının dediklərini nəzərə alıb, həmçinin movcud vəziyyəti qiymətləndirib İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunamüvafiq qaydada baxılması təmin edilməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Daşkəsən Rayon Baytarlıq İdarəsinin sürücüsü İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərara və Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Daşkəsən Rayon Baytarlıq İdarəsinin sürücüsü İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı qeyd olunan əmrlə razılaşmayaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırda mübahisə predmeti olan əmr dövlət orqanı tərəfindən qəbul edilmişdir. Qeyd olunan əmrin qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 -ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsi qeyd edilmişdir. Göstərilən qərarın məzmunundan məlum olur ki, mərkəzi icra hakimiyyəti orqanın tabeliyində olan qurumlar əsasında yeni qurumların yaradılması nəzərdə tutulmuşdur. Qeyd olunan qərarının icrası məqsədi ilə cavabdeh tərəfindən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” rəhbər tutularaq 16 nömrəli xx.xx.2021-ci il tarixli əmr verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən əmr AR Əmək Məcələsinin 70ci maddəsinin “b” bəndinə əsasən verilmişdir. Qeyd olunan əmrin verilməsində cavabdeh tərəfindən rəhbər tutulan maddi hüquq normasında qeyd olunan maddənin tətbiqi barəsində imperativ şərtlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı qeyd olunan maddi hüquq normasının tələblərinin icra edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının işdən azad edilməsi ilə bağlı işəgötürən ilk növbədə həmkarlar ittifaqına müvafiq təqdimatla müraciət etməli, daha sonra müvafiq razılıq əldə etdikdən sonra, müvafiq əmri qəbul edə bilərdi. Hazırda cavabdehin təqdimatla həmkarlar ittifaqına müraciət etməsi müəyyən olunmur. Bundan başqa iş materiallarına əlavə edilmiş Həmkarlar İttifaqının iclasına dair protokolda baxılan məsələ hazırda mübahisələndirilən tələblə uyğunluq təşkil etmir. Belə ki, qeyd olunan iclasda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmrin əsas olmuş səbəblər müzakirə edilməmişdir. Bundan başqa qeyd olunan iclasın qanunvericiliyə əsasən keçirilməsinə əsasə işəgötürən tərəfindən müvafiq təqdimatın həmkarlar ittifaqına göndərilməsidir ki, cavabdeh qeyd olunan halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblər uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı ştatların ixtisara salınması ilə əlaqədar olaraq işəgötürən tərəfindən həmkarlar ittifaqına işçinin şatatının ixtisara salınmasına dair əsaslandırılmış yazılı təqdimat göndərilməmişdir. Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli protokolundan göründüyü kimi iclasda müzakirəyə çıxarılan gündəlikdəki məsələ İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 07 may tarixli 132 saylı Qərarına əsasən Rayon Baytarlıq İdarələrinin struktur dəyişikliyi ilə əlaqədar Qanunvericiliyin tələbləri ilə razılaşmaması və idarədə nizam-intizam, etik davranış qaydalarının kobud şəkildə pozması haqqında olmuşdur. Qeyd olunan iclasda iclas iştirakçılarının dediklərini nəzərə alıb, həmçinin movcud vəziyyəti qiymətləndirib İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunamüvafiq qaydada baxılması təmin edilməsi göstərilmişdir. Lakin Əmək Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndi üzrə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi müəyyən olunmuşdur. Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolunda İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunamüvafiq qaydada baxılması təmin edilməsi tövsiyə xarakterli nəticə olmaqla qanunvericliyə əsasən razılıq hesab edilmir. Belə olan halda Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyyətinin xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolunda qəbul edilmiş qərarda Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənə razılıq verilməmişdir. Bununlada işəgötürən iddiaçı barəsində 16 nömrəli xx.xx.2021-ci il tarixli əmri verən zaman Əmək Məcəlləsinin 80-cı maddəsinin imperativ tələblərini pozmuşdur. Bundan başqa iddiaçının işlədiyi Daşkəsən Rayon Baytarlıq İdarəsi sürücü vəzifəsindən İddiaçı əmək müqaviləsinə 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair əmrdə qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu; 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərindən göründüyü kimi işə götürən tərəfindən işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməlidir. İddiaçı barəsində qəbul edilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli əmrdə “Arzu Rüstəmovun” adı və soyadı qeyd edilsədə ata adı qeyd olunmamışdır. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ləğv edilməli, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsi sürücü vəzifəsinə bərpa olunmalı və xx.xx.2021-ci il tarixli 16 nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ləğv edilsin. İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsi sürücü vəzifəsinə bərpa olunsun. xx.xx.2021-ci il tarixli 16 nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva