Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2036/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Anatoliyevnaya qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Anatoliyevnaya qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Anatoliyevnanın ünvan 1 ünvanda yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 Nurislamovna, İddiaçı2 Nurislamoviç, İddiaçı3 Nurislamovna Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, ev 20, mənzil 15-də yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçidirlər. Cavabdeh1 İddiaçı2 Nurislamoviçin aralarında qeydə alınmış ailə nikahı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2-1540/2004 nömrəli 30.09.2004 tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.1990-ci il təvəllüdlü Cavabdeh2 Anatoliyevna anası Cavabdeh1 himayəsində saxlanılmışdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-695/2005 nömrəli 31.08.2005–ci tarixli qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh1 İddiaçı2 Nurislamoviçə qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh1 mənzilin üç otaqından ikisini təcrid olunmaqla onun istifadəsinə verilməsini xahiş etmişdir. Nəticədə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, ev 20, mənzil 15-ə köçürülməsinə dair iddia təmin olunmuşdur, qarşılıqlı iddianın qalan hissəsi təmin olunmamışdır. Həmin vaxtdan bu günədək yəni 15 ildən artıq olan müddət ərzində Cavabdeh1 və diqər Cavabdeh2 Anatoliyevna Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, ev 20, mənzil 15-də yaşamırlar. Onlar könüllü olaraq daimi yaşadığları ünvan 3-ə köçmüşdürlər. Həmin mənzil bütövlüklə Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsusdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1540/2004 saylı, 30.09.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 Yurislamoviçin cavabdehlər X9 və Cavabdeh1 Axmedovnaya qarşı “mənzildən yaşamaq hüququnun itirilməsinə” dair iddiası qismən təmin edilmməsi, X8 Bakı şəhəri, Rəcəbli küçəsi, ev 20, mənzil 15-də yaşamaq hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 Nuri Axmedovnanın həmin mənzilə yaşayış hüququnun itirilməsinə dair iddiasının təmin edilməməsi, X11 və Cavabdeh1 Axmedovnanın İddiaçı2 Yurislamoviçə qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə” dair qarşılıqlı iddiası qismən təmin edilməsi qət edilmişdir. İş materiallarında olan ASAN 5 tərəfindən verilmiş ******* saylı, 01.07.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı2 Nurislamoviç, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 Əhmədovna ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, 06.12.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X10 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.98 kv.m olan mənzillin ona məxsus 1/8 tam hissəsini hədiyyə alan Cavabdeh1 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.08.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.5499 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbli binada-kv.m ümumi, 45.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə X2 1/3 hissə, İddiaçı1 Nurislamovnanın 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 792 nömrəli reyestr kitabının 73961 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Sizin Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 72, 56 saylı mənzilə və Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, ev 20, 15 saylı mənzilə dair məlumat və müvafiq sənəd surətlərinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 20, 15 saylı mənzil 11.04.1992-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. 38 saylı DNK-nın 2v-1-106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-169/2008 nömrəli 27.05.2008-ci il tarixli qərarına əsasən sözügedən mənzilin 1/3 hissəsi İddiaçı3 Nurislamovnanın, 1/3 hissəsi X4 və 1/3 hissəsi isə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 72, 56 saylı mənzil 22.10.1994-cü il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın 25.02.2018-ci il tarixli 2v-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, 3M/85 reyestr nömrəli bağışlama müqaviləsinə və 2v-35 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələrinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın 10.08.2018-ci il tarixli 2V-107 reyestr nömtəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin 1/8 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın 06.12.2019-cu il tarixli 4Ə/355 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən (tam) X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan 20 saylı MKİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı2, Bakı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 20 binasında 2005-ci ildən (boşandıqdan sonra) onun keçmiş həyat yoldaşı Cavabdeh1 Nuri Axmedovna və onun qızı Cavabdeh2 yuxarıda göstərilən ünvanda yaşamır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli, AZ-İ 371325 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Nyurislamooviç ilə Cavabdeh1 nikahlarına 30.09.2004-cü il tarixdə xitam verilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03.11.2004-cü il tarixdə 225 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilkin iddia tələblərinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı üçün tərəflərin mübahisəli mənzilə mülkiyyət və istifadə yaranıbyaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.5499 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbli binada-kv.m ümumi, 45.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə X2 1/3 hissə, İddiaçı1 Nurislamovnanın 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 792 nömrəli reyestr kitabının 73961 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ünvanda isə xx.xx.1960-cı il təvəllüdlü İddiaçı2 Nurislamoviç, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. (ASAN 5 tərəfindən verilmiş ******* saylı, 01.07.2020-ci il tarixli arayış) Cavabdehlər iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar belə, onlar hazırda həmin ünvanda yaşamırlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İş materiallarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Anatoliyevna daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyü (Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 72, 56 saylı mənzilinə) müəyyən edildiyindən, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, onların həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaqların hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Həmin Qanunun 4 və 5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 20 ünvanında yerləşən 15 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 20 ünvanında yerləşən 15 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2036/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2036/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver