Məhkəmə qərarları › İş №2(005)-2039/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2039/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2039/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıcavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızına və Cavabdeh3 qarşı (“xxxxxxxxxx” QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 35 saylı evin 3 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh1, Əsgərova Kubra Rövşən qızı və Cavabdeh3 həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 35 saylı evin 3 nömrəli mənzilinin xüsusi mülkiyyət hüququ ona məxsusdur. Həmin evi xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş “daşınmaz əmlakın alqı-satqı və ipoteka” müqaviləsinə əsasən keçmiş mülkiyyətçi X3 iddiaçıya satmışdır. Cavabdeh1 alqı-satqıdan sonra qısa müddətdə evdən könüllü olaraq qeydiyyatdan çıxacağına söz vermiş və iddiaçıda bununla razılaşmışdır. Lakin hal-hazırda cavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızı və Cavabdeh3 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin 4.2.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı hazırda cavabdehlərin müqavilənin şərtlərinə əməl etməmələri nəticəsində onların əvəzinə artıq məbləğdə kommunal xidməti haqları ödədiyini bildirmişdir. Həmçinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə kənar şəxslərin qeydiyyatda olmaları mülkiyyətçi kimi iddiaçının hüquq və mənafelərinə toxunur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini və iddianın təmin olunaraq qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 014F**********01 saylı alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 35, 3 nömrəli mənzilini 65.000 (altmış beş min) manata alıcı İddiaçı satmış və alıcı (ipoteka qoyan) həmin mənzili onunla “xxxxxxxxxx” QSC (ipoteka saxlayan) arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq “xxxxxxxxxx” QSC qarşısında ipoteka ilə yüklü etmişdir. Mənzilin dəyəri “xxxxxxxxxx” QSC tərəfindən verilmiş kredit hesabına ödənilmişdir; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38/505 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən keçmiş sakinlər Cavabdeh1 (2017-ci il tarixdən), Əsgərova Kubra Rövşən qızı (2017-ci il tarixdən) və Cavabdeh3 (2017-ci il tarixdən) Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 35, 3 mənzilində pasport qeydiyyatındadır; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RXN seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində istifadədə olan 35.1 kv.m ümumi, 20.7 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçıadına daşınmaz əmlakın dövlət reyestrində 2095 nömrəli reyestr kitabının 193822 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2016-cı il tarixdə Bakı 5 saylı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 35, 3 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Onunla İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeyd edilən mənzil A.İddiaçı mülkiyyətinə keçmiş və hazırda mülkiyyətindədir. Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızı və Cavabdeh3 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən Cavabdeh1 (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi (Müqavilənin 4.2.4-cü bəndi) öhdəsinə götürmüşdür. Mənzilin satılmasına baxmayaraq, cavabdehlər bu günədək həmin mənzildə pasport qeydiyyatındadır, lakin həmin mənzildə yaşamır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, Cavabdeh1 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızının və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 35, 3 nömrəli mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Əsgərova Kubra Rövşən qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 35, 3 nömrəli mənzilindən istifadə hüququ itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh1, Əsgərova Kubra Rövşən qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 35, 3 nömrəli mənzilindənpasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar