Məhkəmə qərarları › İş №2(005)-2039/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2039/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2039/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həqiqətən xx xxxxxx 1955-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Qursalı kəndində doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Qursalı kəndində doğulmuşdur. 1988-ci il tarixdə dekabr ayında Spitak rayonunda olan zəlzələdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Sonradan məlum səbəblərdən Azərbaycan Respublikası ərazisinə köçərkən doğum haqqında şəhadətnaməsini bərpa etmək mümkün olmamışdır. Doğum akt qeydinin bərpası üçün 1 saylı Bakı “ASAN xidmət” X9 müraciət etsə də, bu barədə xx xxxx 2021-ci il tarixində imtina məktubu almışdır. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi Ərizəçi onun qardaşıdır, həqiqətən də xx xxxxxx 1955-ci il tarixdə Ermənistan SSR, Spitak rayonunda anadan olub. X1r. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X10 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Ata adı X18, ana adı – digər bacısında başqa şəxs olsa da, Ərizəçi ilə ozünün anası –X2r. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. 1988-ci il tarixdə dekabr ayında Spitak rayonunda olan zəlzələdə doğum haqqında şəhadətnaməsini itirmişlər, həmin sənədi tapmaq mümkün olmamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2005-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan, Spitak rayonunda anadan olmuş və hazırda Bakı şəhəri, R.Axundov küçəsi, ev 39, mənzil 2 ünvanında qeydiyyatdadır; 1 saylı Bakı “ASAN xidmət” X7 xx.xx.2021-ci il tarixli, 05/Q-289/15 nömrəli məktubundan görünür ki, cavabdeh Ərizəçi ərizəsinə cavab olaraq, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmininin mümkün olmadığı və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. xx.xx.1974-cü il tarixdə verilmiş İ-SL seriyalı, 478029 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.1974-cü il tarixdə Ermənistanın Qursalı kəndində doğulmuşdur, atası – X18, anası – X3r; xx.xx.1976-cı il tarixdə verilmiş İİ-SL seriyalı, 149660 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1952-ci il tarixdə Ermənistanın, Spitak rayonu Qursalı kəndində doğulmuşdur, atası – X18, anası – X2r; xx.xx.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan SSR, Spitak rayonunda anadan olmuş, X6 ilə nikahda oluş, ərizəçi hazırda ünvan 3 ünvanda yaşayır. Ərizəçinin bacısı X4 atası – X18, anası – X8 olması müəyyən edilir. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün özünün doğum haqqında şəhadətnaməsinə ehtiyacı vardır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə evin sənədləşdirilməsi üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan, Spitak rayonunda anadan olması, atasının “X18”, anasının “X8” olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1955-ci il, doğum yeri qrafasında Ermənistan, Spitak rayonu, Qursalı kəndi, atası qrafasında X18, anası qrafasında «X8» göstərilməli, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistanın Spitak rayonu, Qursalı kəndində anadan olması, atasının “X18”, anasının “X8» olması faktı müəyyən edilsin. Ərizəçi (milliyyətcə azərbaycanlı olan) doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx xxxxxx 1955-ci, doğum yeri qrafasında Ermənistan, Spitak rayonu, Qursalı kəndi, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X18, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X8 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar