Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2049/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə, 21 iyun 1988-ci il tarixində Rusiya Federasiyası, Balakovskiy rayon, Maloe Perekopnoe şəhəri, Saratovskaya bölgəsində anadan olması, X2 (xx.xx.1940, Masallı), anası isə X6 olması və 2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il tarixində Rusiya Federasiyası, Balakovskiy rayon, Maloe Perekopnoe şəhəri, Saratovskaya bölgəsində anadan olmuşdur. X2 (xx.xx.1940, Masallı), anası isə X4r. Bu barədə ona xx.xx.1988-ci ildə Balakovskiy rayon M-Perekopnovskiy qəsəbə nümayəndəliyindən 1V-RU seriyalı 465596 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X3 Azərbaycan Respublikası, Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan vətəndaşı olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. O, 2005-ci ildən Azərbaycan Respublikasında yaşamaqla xx.xx.1989-cu il təvəllüdlü (Masallı rayon, Şıxlar kəndi) X17 ilə faktiki nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2007-ci ildə X11 anadan olmuşdur. X1 ilə faktiki nikaha daxil olmuş, bu nikahdan xx.xx.2021-ci ildə X9 anadan olmuşdur. Valideynlərini itirdiyindən və valideynlərinin sənədlərimi itirməsi səbəbindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. Sonradan dəfələrlə müraciət etsə də, şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Məcbur qalaraq Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə, AR Ədliyyə Nazirliyinə və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə yazılı müraciətinə isə ya cavab verilməyib, ya da şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin müraciətilə əlaqədar məhkəmə tapşırığı ilə doğum akt qeydini alsa da, şəxsiyyət vəsiqəsi üçün müraciət etdikdə Dövlət Miqrasiya Xidməti başqa ölkənin vətəndaşı olub olmadığını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etməli olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X13 hazırda müvafiq ərizənin onların icraatında olduğunu, X8 vətəndaşı olub-olmaması barədə sənəd təqdim edilməsi üçün icraatın dayandırıldığını, həmin tələbin onlar tərəfindən həll edilməsi üçün heç bir maneənin olmadığını, imtina edilmədiyini bildirmiş və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki prosessual qanunverciliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.10- 1-ci maddələrinə görə, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.6-ci bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Hazırki iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Miqrasiya Xidmətinin ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından isə görünür ki, X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İcraat zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasıın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, digər ölkə (Rusiya Federasiyası) vətəndaşı olubolmamasını təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətə baxılması ilə bağlı müddətin axımı dayandırılmışdır. Göründüyü kimi, ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarından da göründüyü kimi, ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilməmiş, sadəcə Rusiya Federasiyasının vətəndaşı olub-olmamasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün icraat dayandırılmışdır. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, müvafiq sənəd təqdim edildiyi halda ərizəçinin ərizəsinə mahiyyəti üzrə baxılacaqdır. Həmin sənəd isə ərizəçinin şəxsi əizəsi əsasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyindən əldə edilə bilər. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəyə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırki iş üzrə isə mülki prosessual qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.1 və 259.0.12-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışsa ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi əhəmiyyətli faktı müəyyən edən sənədin başqa qaydada alına bilməməsini təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13,4, 114, 259 263-264, 267-268 və 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə mədaxil qəbzinin nömrəsi – **********) rüsum ödəyicisi Vəkil geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2049/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2049/2025
13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver