Məhkəmə qərarları › İş №2(005)-205/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-205/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-205/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-nə (VÖEN 1 101735331) direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh xx xxx 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 qarşı ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Astara rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb isə onun “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-nin (VÖEN **********) direktor təyin edilməsi və dövlətə külli miqdarda vergi borcunun olmasıdır. İlk öncə X7 İdarəsinə gedərək bildirmişdir ki, iddiaçının ümumiyyətlə həmin şirkətlərlə heç bir əlaqəsi olmamışdır və hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunması barədə məlumat verilməsini istəmişdir. Orada isə həmin məlumatları yalnız Vergilər Nazirliyi Yanında Milli X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən əldə edə biləcəyini ona bildirmişdirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə gedərək, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunmasını soruşmuş, kommersiya sirri olduğu üçün məlumat ona deyilməmişdir. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli X2 şəxslərin dövlət qeydiyyatı İdarəsindən həmin hüquqi şəxslərin təsis sənədlərinin surətləri təqdim edilmiş və məlum olmuşdur ki, o, xx xxx 2018-ci il tarixli qərarlarla qeyd olunan hüquqi şəxslərə direktor vəzifəsinə təyin edilmiş və də heç bir araşdırma aparılmadan (yəni, onun bundan xəbərinin olub-olmaması yoxlanılmamış və onun iştirakı tələb olunmamışdır) həmin hüquqi şəxslərin direktoru kimi qeydiyyata alınmışdır. Onun xəbəri olmadan, yalnız iddiaçının şəxsiyyət vəsiqəsininn surətini təqdim etməklə, 4 (dörd) dənə şirkətə direktor təyin olunmuş və Vergilər Nazirliyi Yanında Milli X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi bunu qeydiyyata alır. Bundan sonra dövlətə külli ziyan vurulur və o cümlədən onun hüquqları kobud şəkildə pozulur. Qeyd olunan hüquqi şəxlərə direktor təyin olunması barədə qərar qəbul olunur və həmin qərarlar da Vergilər Nazirliyi Yanında Milli X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən icra olunur. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının digər iclaslarında iştirak edən Cavabdeh iddia ərizəsinə münasibətdə bildirmişdir ki, o, İddiaçı tanımış, eyni zamanda, xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lərin təsisçisi olmasından da məlumatı yoxdur. İşə baxılıb həll edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X5 iddia tələbinə münasibətdə işə baxılmasını məhkəmənin mülahizəsinə buraxmış, əlavə olaraq qeyd oolunmuşdur ki, “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-nin (VÖEN **********) etekron qaydada müraciət edərək qeydiyyatdan keçmişdir. Həmin vaxt qüvvədə olan Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə görə Asan imza ilə təsisçinin müraciət etməsi kifayət edirdi. Lakin hazırda həm təsisçi, həm də direktor Asan imza ilə müraciəti imzalamalıdır. Dövlət Vergi Xidməti təqdim olunan sənədlərin qanunvericilyə uyğun olub-olmamasını yoxlayır, həmin sənədləri imzalayan şəxsin aldadılması və ya imzaladığı sənədin nə olmasında xəbərsizliyi məsələsini araşdırmır. Bu baxımdan, hüquqi şəxsin qeydiyyatı aparılarkən Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilmiş sənədlərin olması vacibdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin vəkil Əlövsət Ağamoğlanovaya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********037900 saylı sorğuya cavab məktubunun surətinə əsasən "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) məxsus təsis sənədlərinin və İddiaçı həmin qurumlara direktor təyin olunması barədə sənədlərin surətlərini və dövlət reyestrindən çıxarışların verilməsi üçün 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etdikdən sonra təhvil ala biləcəyi bildirilmişdir; "xxxx" MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli X2 şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən “xxxx” MMC (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1 olaraq qeydiyyata xx.xx.2018-ci il tarixdə alınmışdır; "xxxx” MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli X2 şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən "xxxx” MMC (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1 olaraq qeydiyyata xx.xx.2018-ci il tarixdə alınmışdır; “xxxx” MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli X2 şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən “xxxx” MMC (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1 olaraq qeydiyyata xx.xx.2018-ci il tarixdə alınmışdır; "xxxx" MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli X2 şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən "xxxx" MMC (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1 olaraq qeydiyyata xx.xx.2018-ci il tarixdə alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətnin elektron məlumat sistemində olan məlumatlardan görünür ki, “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lərin (VÖEN **********) müvafiq olaraq 6045,50 manat, 7762,02 manat, 110220,00 manat, 10402,47 manat vergi borcu mövcuddur. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lərin (VÖEN **********) təsisçisi Cavabdeh qəbul etdiyi müvafiq qərarlarla İddiaçı direktor vəzifəsinə təyin olunmuş, idddiaçı tərəf bu proseslərdən xəbəri olmadığını və ya aldadılması bildirmiş və bu əsasla da qeyd olunan hüquqi şəxslərin direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh xx xxx 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tərəf xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lər üzrə (VÖEN **********) İddiaçı direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh xx xxx 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi üçün hər hansı sübut edə bilməmişdir. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən qərarların etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfın yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx xxx 2018-ci il tarixdə qərarlar qəbul edilərkən onun və İddiaçı aldadılması, iradəsinin ziddinə olaraq hərəkət etməsi müəyyən olunmur. «xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC dövlət qeydiyyatına alınması zamanı iş üzrə cavabdeh, göstərilən hüquqi şəxslərin qanuni təmsilçisi Cavabdeh tərəfindən sənədlər Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə uyğun təqdim edilməklə qeydiyyata alınmışdır. Belə ki, həmin normaya əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciəti zamanı Qanunun 5.4-cü maddənin tələbinə görə, ərizəyə əlavə edilən sənədlərdən biri kimi - təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır) (maddə 5.4.1) Göründüyü kimi, hüquqi şəxslərin qərarları mülki qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanunvericiliyin yuxarıda qeyd olunan şərtlərinə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar