Məhkəmə qərarları › İş №2(005)-2085/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2085/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2085/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC-e mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zaminlik müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: zaminlik müqaviləsi üzrə tutulmuş pulun geri qaytarılması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zaminlik müqaviləsi üzrə tutulmuş pulun geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC və İddiaçı arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış, iddiaçı borcalan- Cavabdeh ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(005)- 403/2025 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 17059,21 (on yeddi min əlli doqquz manat iyirmi bir qəpik) əsas, 222,66 (iki yüz iyirmi iki manat altmış altı qəpik) manat faiz olmaqla, cəmi 17281,87 (on yeddi min iki yüz səksən bir manat səksən yeddi qəpik) manat pul vəsaiti və 144,77 (yüz qırx dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,80 (səksən qəpik) manat ödənilmiş bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC-e mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zaminlik müqaviləsi üzrə tutulmuş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borclu Cavabdeh arasında bağlanılmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı "xxxx" ASC-yə 2025-ci ilin iyun ayınadək ödədiyi 5449,51 manat məbləğində pulun reqress qaydasında borcalan Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki,“Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə borcalan Cavabdeh 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 19700 manat məbləğində kredit verilmişdir.Kreditin təminatı kimi“Azərbaycan Beynəlxalq Bankı" ASC və İddiaçı arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi ilə öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, xx.xx.2024 tarixədək 19.700 manat, ödənilmiş əsas borc: 2.341,95 manat, ödənilmiş faizlər: 3.698,8 manat, ödənilmiş cərimə faizi: 0 manat, ödənilməmiş əsas borc: 17.358.05 mana, cəmi ödənilməmiş faizlər: 706,59 manat, ödənilməmiş cərimə faizi: 0 manat, Bank tərəfindən ödənilmiş dövlət rüsumu: 144,2 Bank tərəfindən ödənilmiş komissiya haqqı: 0,4 manat təşkil edir.Borc üzrə cəmi tələb edilən məbləğ: 18.064,64 manat, rüsum üzrə cəmi tələb edilən məbləğ: 144,6 (bir yüz qırx dörd manat 60 qəpik) təşkil edir. xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, borc üzrə cəmi tələb edilən məbləğ 17281.87 manat təşkil edir. "Azərbaycan Beynəlxalq Bankı” ASC Bank tərəfindən İddiaçı və Cavabdeh göndərilmiş 25 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 5 (beş) gün müddətində tam şəkildə yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-403/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 17.059,21 əsas, 222,66 manat faiz olmaqla, cəmi 17.281,87 manat pul vəsaiti və 144,77 manat ödənilmiş dövlət rüsumu və 0,80 manat ödənilmiş bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, lakin zamin İddiaçı onun yerinə ödənişləri etməyə başlamışdır."xxxx" ASC tərəfindən İddiaçı bank hesabından, əmək haqqından sözügedən kredit və zaminlik müqavilələrinə əsasən cəmisi 4.276,37 manat pul tutularaq Cavabdeh Banka olan borcuna silinmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(005)- 403/2025 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilməsi,cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 17059,21 (on yeddi min əlli doqquz manat iyirmi bir qəpik) əsas, 222,66 (iki yüz iyirmi iki manat altmış altı qəpik) manat faiz olmaqla, cəmi 17281,87 (on yeddi min iki yüz səksən bir manat səksən yeddi qəpik) manat pul vəsaiti və 144,77 (yüz qırx dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,80 (səksən qəpik) manat ödənilmiş bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC və İddiaçı arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi ilə öhdəliklərin lazımınca icra edilməsi üçün borcalan- Cavabdeh ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən təqdim edilmiş DVD diskdə ək edilmiş Cavabdeh və "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 569 manat, xx.xx.2024-cü il tarixdə 589,10 manat, xx.xx.2024-cü il tarixdə 809 manat, xx.xx.2024-cü il tarixdə 329 manat, xx.xx.2024-cü il tarixdə 210 manat, xx.xx.2024-cü il tarixdə 212,50 manat, xx.xx.2024-cü il tarixdə 448 manat, xx.xx.2024-cü il tarixdə 504 manat, xx.xx.2025ci il tarixdə 1396,87 manat, xx.xx.2025-ci il tarixdə 337 manat və xx.xx.2025-ci il tarixdə 310.36 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən görünür ki,İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 64 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********05 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 19 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 19700 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli BPM**********05 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı zaminlik müqaviləsi əsasında ümumilikdə 5449,51 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icraetdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bank sənədlərinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, üzrə iddiaçı – zamin İddiaçı borclu – Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 5449,5 manat hissəsində icra etmiş, bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir. Belə olduğu təqdirdə məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ hissəsində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-yə 2025-ci ilin iyun ayınadək ödədiyi 5449,51 (beş min dörd yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 64 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar