Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2093/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 2.374,40 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkminləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli, 57/06- 19 nömrəli birgə Əmr-Qərarında göstərilmişdir ki, “Bu əmrqərar verildiyi tarixdən habelə 22 may 2009-cu il tarixindən etibarən qanjnvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcədə bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beç misli məbləğində işdən çıxma müavinəti ödənilir”. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikcə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat cürbəcür bəhanələrlə müavinəti tam şəkildə ğdəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmək istəyir ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış və Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırılmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, o, Geofizika və Geologiya İdarəsi ilə əmək münasibətlərində olduğu halda, iddia ərizəsində səhvən cavabdeh qismində həmin idarənin yuxarı təşkilatı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətini göstərmişdir, yəni iddia cavab verməli olmayan şəxsə verilmişdir. Bu səbəbdən də iddia üzrə əsl olmayan tərəf əvəz edilməlidir. Qeyd olunanları nəzərə alaraq və AR Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq iddia ərizəsi üzrə ilk cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29ə nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ İddiaçı ödənilmişdir. AR Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıdır. Bu verginin əsas üstünlüyü ondadır ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikası Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirik ki, İddiaçı ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr-qərarına əsasən, İddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. Geofizika və Geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri idarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaşa cavab olaraq bildirilmişdir ki, SOCAR-ın Geofizika və geologiya İdarəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Sizinlə bağlanmış əmək müqaviləsi ərizəniz nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxmanız ilə əlaqədar işçinin öz təşəbbüsünüzə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürəno ünvanladığınız ərizənizə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razııaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29ə nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ Sizə ödənilmişdir. AR Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıdır. Bu verginin əsas üstünlüyü ondadır ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azac olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirik ki, Sizə ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14-2-4/3-1K-7/2023 nömrəli İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Socar və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün X3 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş işdənçıxma müavinəti olub-olmaması müəyyən edilməlidir. Yalnız bundan sonra həmin müavinətin gəlir vergisinə cəlb edilməli olub-olmamasından söhbət gedə bilər. Ona görə də, həmin sualın istinad olunacaq qanuni əsaslarla cavabının tapılması mübahisənin qanuni va ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” başlıqlı 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin mübahisəsiz hallarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən xitam verilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti hesab edilməsindən söhbət gedə bilməz. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində ödənilmiş birdəfəlik müavinətin gəlir vergisinə cəlb edilməli olmaması barədə iddiaçının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, qeyd olunan maddədə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən zaman işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar deyil, əmək pensiyasına çıxması ilə əlaqədar xitam verilmişdir. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr-qərarına əsasən, İddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. Geofizika və Geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri idarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində ödənilmiş birdəfəlik müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti hesab edilmədiyindən, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, həmin müavinət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4cü maddəsinə əsasən gəlir vergisindən azad olan təminatlara şamil edilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş müavinətin gəlir vergisinə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2093/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2093/2023
20.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver