Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2101/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesi zamanı cavabdehdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci tarixində iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, təqdim edilən iki ədəd ərizələrin də düzgün, lokanik, dürüst və konkret cavablarını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən tələb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixində ARGMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan Kamran faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçilərdən işə qəbulla bağlı ərizələr istəmişdir (Quliyeva Hicriyyə, Mahmudov Rövşən). Eyni zamanda onlardan tarix qoymadan işə girmə və işdən çıxma barədə ərizələrini təqdim etməklərini bildirmişdir. İddiaçı ilə əlavə olaraq 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağı bildirilmişdir. Kamran adlı şəxs sexdə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim edərək, bu şərtlərlə razılaşmayan şəxslərin atelyedə işləyə bilməyəcəyini demişdir. İşçilər və iddiaçı məcburiyyət qarşısında qalaraq atelyedə onlara təqdim edilmiş ərizələrə qol çəkərək Kamrana təqdim etmişlər. Müəssisə iddiaçının ilk iş yeri olmuşdur. Fevral ayının 18-də bir sıra şəxslər obyektə gələrək sexi boşaltmağı əmr etmiş, iddiaçıya işdən çıxması barədə məlumat həmin gün verilmişdir. İddiaçı daha sonra məlumatın dəqiqliyini öyrənmək üçün ərizə ilə müraciət etmişdir. İdarə xx xxxxxx 2019-cu il tarixdə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini də əlavə edərək təqdim etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi xx xxx 2016-cı ildə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim etdiyi arayışda göstərilir ki, 7 saylı atelye xx.xx.2016-cı il tarixdə açıq hərraca çıxarılıb və xx.xx.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı əmək və xidmət müqaviləsinin surətlərini verilməsi barədə sorğu göndərmişdir. xx.xx.2019-cu il tarixdə idarə ona əmək müqaviləsinin surətini təqdim etmişdir. xx.xx.2019-cu il tarixidən etibarən, müntəzəm olaraq onun tərəfindən idarəyə ünvanlanan ərizələrə haqqsız olaraq cavab verməmişdir. Vəkil tərəfindın 3 ədəd sorğulara da düzgün cavab verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixli vəkil sorğusu rüsum (11 manat) ödənilərək göndərilməsinə baxmayaraq sorğuya aidiyyatı olmayan cavab verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçınn təmsil etdiyi quruma müxtəlif vaxtlarda müraciəti daxil olmuş, həmin müraciətlərə baxılmış və qanunda nəzərdə tutulmuş müddətdə cavab verilmişdir. hazırkı iş üzrə iddiaçı eyni predmet və eyni əsasla cavabdehlər AR ƏMDK-ə və AR ƏMDK İXMİM-ə qarşı iddia ilə keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(82)-2378/2019 nömrəli inzibati iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddiası qismən təmin olunmuşdur. AR ƏMDK İXMİM-in göstərilən qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-263/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı (işin materiallarında mövcuddur) ilə qismən təmin edilərək, iddia AR ƏMDK İXMİM-ə münasibətdə mümkün hesab edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad olunan qərardadından nə iddiaçı, nə də cavabdeh müəyyən olunmuş müddətdə kassasiya şikayəti vermədiyindən, həmin qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Heç bir faktiki və hüquqi əsas olmadan iddiaçı tərəfindən təkrar məhkəmə icraatı müstəvisinə gətirilmiş “məsələ”nin yuxarıda qısaca şərh olunan xüsusatını nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci və 262.1 -ci maddələrinə əsaslanaraq icraatda olan mülki iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad çıxaralmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixidən etibarən müntəzəm olaraq onun tərəfindən idarəyə ərizələrlə müraciət olunmuş, lakin hal-hazırki vaxta qədər rəsmi cavab ala bilməmişdir. İdarənin Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununun müddəalarını kobudcasına pozaraq, onun konstitusion hüquqlarının tapdalanmasına qəsdən şərait yaratmışdır. Onun yazdığı ərizələr, vəkil sorğularından əlavə olaraq, mərhum atası X6 barədə ərizələrinə rəsmi olaraq dəqiq, dürüst, lokanik və tez bir zamanda cavablandırılıb ona təqdim edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən “7 saylı atelye" ilə əlaqədar müraciətlərinə rəsmi cavablandırılması barədə xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmış, əmək-hüquq münasibətləri çərçivəsində İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) ünvanladığı müraciətlərə “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsi nəzərə alındıqda, cavab vermək öhdəliyinizin olmamasına baxmayaraq, cavab verilsə də, onlara guya cavab verilməməsi səbəbindən məhkəmədə iddia qaldırması bildirilmişdir. İddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır; İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il (2 ərizə) tarixlərdə ərizələrin surətlərinə əsasən müqavilə, qərar, aktlar və digər məsələlər barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir; İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, göstərilən obyektdə işlədiyi xx.xx.2014cü il tarixdən xx.xx.2016-cı il tarixədək dövr üzrə hesablanmış əmək haqqından bütün sosial ayırmalar hesablanmış, aidiyyəti üzrə köçürülmüş və **********718 saylı dövlət sosial sığorta şəhadətnasinə yüklənmişdir; İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, müxtəlif tarixlərdə idarəyə 8 ədəd ərizələrə rəsmi cavab verilməsini tələb etmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********68 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) ünvanladığı və baxılması İXMİM-in səlahiyyətinə aid olan bütün müraciətlərə cavab verilmiş və digər məsələlərə dair məlumatlar iddiaçı olduğunuz, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar məhkəməyə təqdim olunmuşdur; İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, əmək müqaviləsinin, işdən çıxma ərizəsinin, nə qədər əmmək haqqı almasını barədə, idarəyə nə qədər xidmət haqqı ödənilməsi, 7 saylı atelyeyə ümumilikdə nə qədər kommunal, məişət, texniki və təmir üçün xərclənən məvacibin miqdarı, atelyeyə hər hansı inventarın verməsi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, müraciətdə toxunulan məsələlərlə əlaqədar İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) ünvanladığı və baxılması İXMİM-in səlahiyyətinə aid elan bütün müraciətlərə cavab verilmiş və digər məsələlərə dair məlumatlar iddiaçı olduğunuz, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar məhkəməyə təqdim olunmuşdur. İXMİM-in arxivində və mərhum atası X4 şəxsi işində işə qəbul olunmasına dair kadr əmri yoxdur və onun işdən azad olunmasına dair əmrin təsdiq olunmuş surətini təqdim etmişlər. Həmçinin atasının əmək kitabçası qardaşı X7 tərəfindən götürülməsi bildirilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2014-cü il tarixli, 111M saylı əmrinin surətinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən “7 saylı atelye"-nin dərzisi X4 vəfat etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi 29 dekabr 2013-cü il tarixindən xitam verilmişdir; İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, o ərizəyə cavabdan qane olmamış, qeyd olunan hər bir suala rəsmi cavab tələb etmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********04 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, “7 saylı atelye”nin ƏMDK İXMİM-in balansına qəbul olunmasının əsasları haqqında sizə xx.xx.2019-cu il tarixli, **********67 nömrəli məktubla məlumat verilmişdir. Mərhum atanızın və sizin işlədiyiniz maliyyə və hesabat illəri ərzində Bakı şəhəri, Nəsimi rayonu. Asif Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən “7 saylı atelye’nin hər il əmlak və torpaq vergisini, hər ay yaratdığı ƏDV-ni ƏMDK İXMİM hesablayıb bəyan edərək, dövlət büdcəsinə ödəmişdir. ƏMDK İXMİM özünümaliyyəşdirmə və təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərdiyindən, bütün xərclərini özü ödəyir, maliyyə mənbəyi isə balansında və tabeliyində olub, fəaliyyət göstərən və hüquqi statusunu müəyyənləşdirən normativ sənədlərə və kommersiya sirrinə aid olan daxili əmrinə uyğun olaraq obyektlərdən ödənilən cüzi vəsait hesabınadır. “7 saylı atelye" tərəfindən ödənilən vəsait onun büdcə və sosial sığorta üzrə öhdəliklərinə dair yaratdığı xərcləri ödəməyə imkan vermədiyindən, ərizənizdə göstərilən konmunal və digər xərclərin ƏMDK İXMİM tərəfindən ödənilməsi birmənalı şəkildə mümkün deyildir; xx.xx.2019-cu il tarixli, 317 nömrəli ərizənin surətinə əsasən 12 saylı Vəkil Bürosu tərəfindən eyni məzmunlu ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə göndərilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********69 nömrəli məktubun surətinə əsasən vəkil bürosunun sorğusuna cavab olaraq, sorğunuzda istinad etdiyiniz şəxslə İXMİM məhkəmə çəkişməsinə cəlb olunmuş və buna dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə bağlı müvafiq materiallar təşəbbüsümüzlə və məhkəmənin sorğusuna əsasən adı çəkilən məhkəməyə təqdim olunmuşdur; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda onun cavabdeh təşkilata müraciət etməsini göstərsə də, onun konkret hansı müraciətlərinə cavab verilmədiyini göstərə bilməmişdir. Digər tərəfdən iddiaçı ona verilmiş cavabların qaneedici olmamasını bildirir. Cavabdeh tərəf iddiaçının bütün müraciətlərinə cavab verildiyini bildirir, eyni zamanda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan işə xitam verilməli olmasını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi vətəndaşların müraciət etmək hüququnu özündə əks etdirir. Həmin maddənin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.13-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.( 7.14-cü maddəsi) Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.( 10.2.-ci maddə) Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı təqdim edilən iki ədəd ərizələrin də düzgün, lokanik, dürüst və konkret cavablarını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən tələb etməsi əsassızdır. İddiaçıya qarşı cavabdeh tərəfindən pozuntuya yol verilməmiş, onun ərizələrinin cavablandırılmasında hərəkətsizlik edilməmişdir. Əksinə iddiaçının xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cü il və s. tarixli ərizələrinə müfafiq cavablar verilmişdir. “İnformasiya əldə etmək haqqında” AR Qanununun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Məhkəmə cavabdeh tərəfin icraata xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin məsələyə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-i il tarixli qərardadı ilə münasibət bildirilmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci tarixli ərizələrə cavab verilməsini də mübahisələndirmiş, 2-1(103)-263/2020 nömrəli iş üzrə həmin ərizələr mübahisə predmeti olmamışdır. İddiaçı tələbiniin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir (məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2101/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2101/2020
20.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver