Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2115/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Buzovna qəsəbəsi, Dənizkənarı massivi, xx xxxxxxxx 1990-cı il tarixli qərarla Bakı şəhəri X8 Sərəncamı ilə Buzovna massivi DSK-5 qeydiyyat ünvanına aid olmayan, anasından qalan miras 0,12 ha torpaq sahəsinə bitişik əlavə 0,07 ha torpaq və üzərində onun sahibliyində olan 600 kv.m sahəli 3 mərtəbəli fərdi evdən Cavabdeh2 ilə Cavabdeh3 tərəfindən məcburi miras pay almaq tələbləri iş icraatı vaxtı subyektiv hüquqlarla öz təsdiqini tapmayacağı təqdirdə, məcburi miras payın fərdi evə aid olmaması ilə iki torpaq sahəsi arasında torpaqların sərhəd koordinatlarının təsdiqi ilə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərə qarşı iddia ərizəsinin əsasının qanunla onun razılığı alınmadan ondan xəbərsiz Buzovna qəsəbəsi indiki Dənizkənarı massivi, sahəsinə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən bacısı Cavabdeh2 adına xx.xx.2018 tarixli, 303847 sayli kağız daşıyıcısında rəqəmli elektron xəritələşdirmiş Kadastr plan cizgili çıxarışı yeni koordinatlarla qeydiyyat ünvanı Buzovna qəsəbəsi 28 sayli Bağ ünvan qeydiyyat ilə bacısı Pərvanənin adına, qardaşı Cavabdeh3 etibarnamə rəsmiləşdirilmiş miras 0,12 ha torpaq ilə sərhədə ünvan qeydiyyatı ilə əhatə olunmayan bitişik əlavə 0,07 ha torpaq və üzərində 600 kv.m fərdi ev qanuni vərəsə hüququndan kənarda qalıb qalmamasının məhkəmə təsdiqini almaq iddianın predmetidir. Bakı şəhəri X8 xx xxxxxxxx 1990-ci il tarixli Sərəncamı ilə Buzovna massivi DSK-5 qeydiyyat ünvanına aid olan, anasından qalan, 0,12 ha torpaq sahəsinə bitişik yeni yaranmış əşya hüququna fərdi evə cavabdehlər özlərinə məcburi vərəsə paylarının olmasında israrlıdırlar. Belə ki cavabdehlər bir hüquqi müstəvidə miras 0,12 ha torpağı ondan xəbərsiz qanuni payını ayırmadan bacısının adına rəsmiləşdirmişlərsə, subyektiv hüquqla ikinci hüquqi müstəvidə qeydiyyatsız 0,07 ha torpaq üzərində qeydiyyat ünvanı olmayan 0,07 torpaq sahəsi üzərində yerləşən fərdi evdə məcburi miras pay ayrılmasını tələb edirlər. Fərdi evə və əlavə 0,07 ha torpağa məcburi miras payların ayrılması haqda tərəflər iş Xəzər Rayon Məhkəməsində baxılmasi haqda iki Saziş imzalamışlar. Biri məhkəmə aidiyyəti ikincisi torpağın fərdi evlə üst üstə düşüb-düşməməsini məhkəmə təsdiqi haqdadır. Mübahisələrə son qoymaqdan ötəri məhkəmədə yeni yaranmış əşya 600 kv.m fərdi evə vərəsə hüququnun olub-olmamasının təsdiqini istədiyini bildirmişdir. Cavabdehlər bir hüquqi müstəvidə miras 0,12 ha torpağı iddiaçıdan xəbərsiz qanuni payını ayırmadan bacısının adına rəsmiləşdirmişlərsə, subyektiv hüquqla ikinci hüquqi müstəvidə olan, qeydiyyat ünvan uçotu olmayan əlavə 0,7 ha torpağı fərdi evdən məcburi miras paylarının ayrılmasını tələb edirlər. Belə ki cavabdehlərin fərdi evə miras qismində iddiaları o halda əsaslı olardı kı, 0,7 ha əlavə torpaq ilə 600 kv.m fərdi evin yeni alınacaq xəritələşmiş rəqəmi cizgili koordinatlari miras 0,12 ha çıxarışda təsdiqini tapmış koordinatlarla üst-üstə düşməlidir. Peyk cizgili çəkilişdən aydin görünür, fərdi ev ki boş torpaqla üst-üstə düşmür, yaxud üst-üstə düşür yalnız məhkəmə təsdiq etsə, qanuni olmaqla mübahisəyə son qoyardi. Məcburi miras payinin cavabdehlərə çatması üçün cavabdehin adına Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş A № 303847 sayli kağız daşıyıcısında olan qeydlərlə bağlıdır. 0,12 ha torpağa Çıxarış üzərində fərdi evin olması təsdiqini tapırsa etirazı yoxdur. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmə sorğusu ilə alınan arayış əsasında Bakı şəhəri Buzovna qəsəbəsi Dənizkənari massivi, Baki şəhəri X9 Sərancamı ilə Buzovna massivi DSK-5 qeydiyyat ünvanina aid olan miras 0, 12 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2018 A № 303847 sayli kağız daşıyıcısında rəqəmli elektron xəritələşdirmiş Kadastr plan cizgili çıxarışınin koordinatları, fərdi ev və üzərində yerləşən 0, 07 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi faktı iş icraatında müəyyən olunacaq. Cavabdeh X3 adına işlənmiş rəqəmli elektron Kadastr çıxarışlı miras 0,12 ha miras torpağa onunla sərhəddə yerləşən qeydiyyatsız fərdi ev və altında 0, 07 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin məhkəmə qaydasında təsdiqi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətindən arayış ilə məhkəmə iş icraatı vaxtı öz təsdiqini taparsa, cavabdehlər Cavabdeh3, Cavabdeh2 tələbləri Mülki Məcəllənin 1243.3-cü bəndi və ondan irəli gələn hüquqi nəticələrlə həllini tapılması haqda iddiaçı və cavabdehlər arasinda sazişin olmasını qətnamədə yer almasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X6, Cavabdeh3 iddia ərizəsini qəbul etdiklərini və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin nümayəndəsi X10 iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2020-ci il tarixli tərəflər arasında məhkəməyə qədər Saziş Protokolunda (İddiaçı, X7, Cavabdeh3) göstərilir ki, cavabdeh X3 adına işlənmiş rəqəmli elektron Kadastr Çıxarışlı miras 0, 12 ha miras torpağa onunla sərhəddə yerləşən qeydiyyatsiz fərdi ev və altında 0, 07 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin məhkəmə qaydasında təsdiqi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətindən arayış ilə məhkəmə iş icraatı vaxtı öz təsdiqini taparsa, cavabdehlər Cavabdeh3 Cavabdeh2 tələbləri Mülki Məcəllənin 1243.3-cü bəndi və ondan irəli gələn hüquqi nəticələrlə həllini tapılması haqda iddiaçı və cavabdehlər arasında Sazişin olmasını qətnamədə yer almasını məhkəmədən xahiş edir. İşdə olan Cavabdeh2 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 28 saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə 846 nömrə ilə 80202 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İddiaçı hazırkı iddia tələbində «Bakı şəhəri Buzovna qəsəbəsi, Dənizkənarı massivi, xx xxxxxxxx 1990-cı il tarixli qərarla Bakı şəhəri X8 Sərəncamı ilə Buzovna massivi DSK-5 qeydiyyat ünvanına aid olmayan, anasından qalan miras 0,12 ha torpaq sahəsinə bitişik əlavə 0,07 ha torpaq və üzərində onun sahibliyində olan 600 kv.m sahəli 3 mərtəbəli fərdi evdən Cavabdeh2 ilə Cavabdeh3 tərəfindən məcburi miras pay almaq tələbləri iş icraatı vaxtı subyektiv hüquqlarla öz təsdiqini tapmayacağı təqdirdə, məcburi miras payın fərdi evə aid olmaması ilə iki torpaq sahəsi arasında torpaqların sərhəd koordinatlarının təsdiqi ilə ayrılması» nı xahiş edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıhazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Tərəf arasında qohumluq əlaqəsi (bacı-qardaş) olmaqla, mübahisəli bağ sahəsində yaşayırlar. “X3 adına işlənmiş rəqəmli elektron Kadastr çıxarışlı miras 0,12 ha miras torpağa onunla sərhəddə yerləşən qeydiyyatsız fərdi ev və altında 0, 07 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin məhkəmə qaydasında təsdiqi” mümkün deyil, odur ki, iddia ərizəsi əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Göründüyü kimi iddiaçıların irəli sürdükləri faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır;çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər tərəfindən qanunsuz müdaxiləsi, faktiki sahiblik və istifadə hüquqlarından məhrum olması müəyyən olunmur. İddiaçı ona məxsus torpaq sahəsinin sərhədlərini şübhə altına aldığına istinad etmişdir; qeyd olunan bu faktiki əsas isə iddiaçını müvafiq tələbləri irəli sürmək baxımından subyektiv hüquq sahibi hesab etməyə imkan vermir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2115/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2115/2020
25.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver