Məhkəmə qərarları › İş №2(005)-2127/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2127/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2127/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Günel Sadıqsoy məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərdən keçirib, onun mübahisə ilə bağlı fikirlərini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin düzgün həll edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və MEM-in ekspertləri tərəfindən müvafiq rəylər tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 100 manat və 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Belə ki, 19.01.2021-ci il tarixli, ********* №-li ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən VÖEN: **********, Büdcə təsnifat kodu: 14221101, büdcə səviyyəsinin kodu 1, AZ17CTRE******************** hesabına 30 manat məbləğində Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi baxılmamış saxlanılmalı, İddiaçı ASC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qaytarılmalı, aparılmış tədqiqatların dəyəri cəmi 300 manat məbləğində ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ASC tərəfindən (VÖEN: **********, Büdcə təsnifat kodu: 14221101, büdcə səviyyəsinin kodu 1, AZ17CTRE******************** hesabına) 30 manat məbləğində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı ASC-dən 50 manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 manat tutularaq, cəmi 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan İddiaçı ASC-dən 100 manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat tutularaq, cəmi 200 manat məbləğində pul, VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar