Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2318/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» X2 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc ödənilmədikdə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi F.Əliyev və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsi üzrə 14.494,25 manat əsas, 1.734,60 manat faiz borcu olmaqla ümumilikdə 16.228,85 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına ödənilmə, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsinə xitam verilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.494,25 manat əsas, 857,60 manat faiz borcu olmaqla, 15.351,85 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin Quba filialının xeyrinə ödənilməsi, borcun əvəzi ipotekaya qoyulmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,38 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,5 kv.m ümumi, 26,4 yaşayış və 16,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 25.000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,38 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,5 kv.m ümumi, 26,4 yaşayış və 16,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satışdan əldə edilən vəsaitidən qeyd edilən məbləğin və ödənilmiş dövlət rüsumunun“xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 6% olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Borcun təminatı olaraq Cavabdeh ilə bank arasında ipoteka müqaviləsi bağlanmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,38 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,5 kv.m ümumi, 26,4 yaşayış və 16,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməmiş və sonuncunun banka 14.494,25 manat əsas, 857,60 manat faiz borcu olmaqla, 15.351,85 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Sonradan iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddiaçı Cavabdeh ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsi üzrə 14.494,25 manat əsas, 1.734,60 manat faiz borcu olmaqla, 16.228,85 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh şəxsi mülkiyyəti olan Quba şəhəri, Fətəlixan küçəsi, 29 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evə tutma yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin evdən istifadə hüquqlarına xitam verilərək həmin evin açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus olan Quba şəhəri, Fətəlixan küçəsi, 29 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi xxxxxxxxx ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə ipoteka ilə evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsini təmin etməmişdir. Bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini tam şəkildə yerinə yetirməmişdir və buna əsasən ipoteka predmeti olan cavabdehə məxsus Quba şəhəri, Fətəlixan küçəsi, 29 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-49/2020 saylı qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 21517 saylı rəyinə əsaslanaraq ondan xx xxxxxx 2018-ci il tarixə 14.494,25 manat əsas, 1.734,60 manat faiz borcu olmaqla ümumilikdə 16,228,85 manat pul borcunun olmasını tədqiqini tapdıgı qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən onun iştirakını təmin etməmişdir. Qeyd edilən müqavilə ilə bağlı Quba Rayon Məhkəməsində daha əvvəl məhkəmə işi olmuşdur. Məhkəmə mübahisəsi gəldiyi zaman kredit mübahisə predmeti olan qətnamədə isə faizlər yenidən hesablanmış və onun kredit ödənişlərinə adekvat olmayan faizlər hesablanmışdır. Digər tərəfdən Quba Rayon Məhkəməsində işə baxılarkən iddiaçının əvvəlcə tələbi faizlər üzrə 857,60 manat olmasına baxmayaraq əsassız verilmiş ekspertiza rəyi əsasında onun guya faiz borcu olaraq 1.739,89 manat borcunun olduğu hesablanmışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-49/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin dəyişdirilərək tələbin yalnız kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 14,494,25 manat həddində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən kredit müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi F.Əliyev və Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 6% olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin maliyyə arayışından görünür ki, Cavabdehn xx.xx.2017-ci il tarixə 14.494,25 manat əsas, 857,60 manat faiz borcu olmaqla, 15.351,85 manat məbləğində borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında “xxxxxxxxx” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı verildiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Eyni Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kredit müqaviləsi üzrə cavabdeh F.Q.Hüsenoyva üzərinə düşən öhdəliklərin icrasının digər təmini məqsədilə LPO prosesndə olan “xxxxxxxxx” ASC ilə Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0.38 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.5 kv.m ümumi, 26,4 kv.m yaşayış və 16.1 kv.m yardımçı sahəsi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MMin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, ipoteka predmeti olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,38 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,5 kv.m ümumi, 26,4 yaşayış və 16,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və ilkin satış qiyməti 25.000 AZN məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması tələbini isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab etmir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxarılması hissəsində iddia təmin edilə bilməz. Belə ki, həmin ailə üzvləri cavabdeh qismində iddia ərizəsində göstərilməmişlər. Bundan əlavə olaraq cavabdehin məhkəmə tərəfindən əsas və faiz borcunun düzgün müəyyən edilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, məhkəmə kollegiyası həmin dəlili qəbul etmir və həmin hissədə məhkəmə düzgün olaraq ekspert rəyinə əsaslandırmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-mühasibatlıq ekspertizası) xx.xx.2019-cu il tarixli 21517 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixə “xxxxxxxxx” ASC-yə olan əsas borcu üzrə 14.494,25 manat, faiz borcu üzrə - 1.736,89 manat təşkil edir. Lakin hazırda iddiaçının tələb etdiyi məbləğ ekspert rəyində göstərilən məbləğdən az olduğundan məhkəmə iddiçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizəsində göstərilən məbləği ağlbatan hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan (i.v.108) bildirişdən məlum olur ki, məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilsin, Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci i il tarixli 2(027)-49/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» X2 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc ödənilmədikdə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilsin. «xxxxxxxxx» X2 Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 2690 saylı kredit müqaviləsinə xitam verilsin, Cavabdeh ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2690 saylı kredit müqaviləsi üzrə 14.494,25 manat əsas, 1.734,60 manat faiz borcu olmaqla ümumilikdə 16.228,85 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına ödənilsin. Borcun əvəzi ipotekaya qoyulmış Azərbaycan Respublikası DƏDRX tərəfindən RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0.38 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.5 kv.m ümumi, 26.4 kv.m yaşayış və 16.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 25.000 AZN məbləğində müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX tərəfindən RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0.38 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.5 kv.m ümumi, 26.4 kv.m yaşayış və 16.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılsın və ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılsın, əldə edilmiş vəsaitdən qeyd edilən pul məbləği «xxxxxxxxx» ASC-nə ödənilsin. İddia cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2318/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2318/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver