Məhkəmə qərarları › İş №2(012)-4974/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4974/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4974/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızına qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddiaçının xeyrinə H120KK15-K263H2 saylı müqavilə üzrə 33422.89 manat əsas, 41967.11 manat faiz və 198401.57 manat cərimə və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - X1 məxsus olan ünvan 1 (61.4 kv.m. yaşayış, 85.8 kv.m. köməkçi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, Satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, eyni zamanda həmin mənzil satıldıqdan sonra 1 ay ərzində oranı tərk etmədikdə cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda tərəflər- ”Bank of Baku” ASC və cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızı 30.09.2021-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı ASC, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızı aşağıdakı şərtlərlə razılaşırlar. İddiaçı iddiadan imtina edir. Cavabdeh6 AK263/2012 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 28.09.2015-ci il tarixli H120KK15- K263H2 saylı kredit sazişinə əsasən iddiaçıya 30422.89 (otuz min dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) manat əsas, 41967.11 (qırx bir min doqquz yüz altmış yeddi tam yüzdə on bir) manat faiz borcu olduğunu etiraf edir. Cavabdeh6 bu saziş imzalandıqdan sonra 21 ay ərzində 30422.89 (otuz min dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) manat əsas borcu 20 ay ərzində 1500 (bir min beş yüz) AZN və sonuncu ay 422.89 (dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) AZN olmaqla ən gec hər ayın 25-nə dək iddiaçıya ödəməyi öhdəsinə götürür.. Ödənişlər bu sazişin 3-cü bəndinin şərtlərinə uyğun olaraq aparılarsa ancaq əsas borca yönəldiləcək və faiz borcu bağışlanacaqdır. Cavabdeh6 bu sazişin 3 cü bəndində göstərilən şərtlərə əməl etməzsə bu sazişin 2-ci bəndində göstərilən əsas və faiz borcunu bir dəfəyə tam ödəyir və tələb ipoteka predmeti olan Cavabdeh7 qızma məxsus olan ünvan 1 ünvanına yönəldilir, həmin daşınmaz əmlaklar açıq hərracda satılır və əldə olunan vəsaitlərin Cavabdeh6 banka olan borcunun ödənilməsinə yönəldilir, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi Cavabdeh6 tutulur, eyni zamanda ipoteka qoyulmuş evdə yaşayan Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızı ev satıldıqdan sonra bir ay ərzində oranı tərk etmədikləri halda həmin evdən çıxarılır və əmlak boşaldılaraq iddiaçıya təhvil verilir. Tərəflər bu sazişin hüquqi əhəmiyyətini başa düşür və hüquqi nəticələrini qəbul edirlər. Bu saziş tərəflərin hər birində və məhkəmədə saxlanılmaqla 10 (on) nüsxədə tərtib edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızı arasında bağlanmış 30.09.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızına qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış 30.09.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı iddiadan imtina edir. Cavabdeh6 AK263/2012 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 28.09.2015-ci il tarixli H120KK15- K263H2 saylı kredit sazişinə əsasən iddiaçıya 30422.89 (otuz min dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) manat əsas, 41967.11 (qırx bir min doqquz yüz altmış yeddi tam yüzdə on bir) manat faiz borcu olduğunu etiraf edir. Cavabdeh6 bu saziş imzalandıqdan sonra 21 ay ərzində 30422.89 (otuz min dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) manat əsas borcu 20 ay ərzində 1500 (bir min beş yüz) AZN və sonuncu ay 422.89 (dörd yüz iyirmi iki tam yüzdə səksən doqquz) AZN olmaqla ən gec hər ayın 25-nə dək iddiaçıya ödəməyi öhdəsinə götürür. Ödənişlər bu sazişin 3-cü bəndinin şərtlərinə uyğun olaraq aparılarsa ancaq əsas borca yönəldiləcək və faiz borcu bağışlanacaqdır. Cavabdeh6 bu sazişin 3 cü bəndində göstərilən şərtlərə əməl etməzsə bu sazişin 2-ci bəndində göstərilən əsas və faiz borcunu bir dəfəyə tam ödəyir və tələb ipoteka predmeti olan Cavabdeh7 qızma məxsus olan ünvan 1 ünvanına yönəldilir, həmin daşınmaz əmlaklar açıq hərracda satılır və əldə olunan vəsaitlərin Cavabdeh6 banka olan borcunun ödənilməsinə yönəldilir, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi Cavabdeh6 tutulur, eyni zamanda ipoteka qoyulmuş evdə yaşayan Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızı ev satıldıqdan sonra bir ay ərzində oranı tərk etmədikləri halda həmin evdən çıxarılır və əmlak boşaldılaraq iddiaçıya təhvil verilir. Tərəflər bu sazişin hüquqi əhəmiyyətini başa düşür və hüquqi nəticələrini qəbul edirlər. Bu saziş tərəflərin hər birində və məhkəmədə saxlanılmaqla 10 (on) nüsxədə tərtib edilmişdir. “İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 qızına qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası ilə əlaqədar 2(012)-4974/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar