Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5026/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh İddia tələbi: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: ipoteka müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-521/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh 30 ay müddətinə illik 26 % ödəmək şərti ilə 11500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi borcluya məxsus fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə 11406 manat əsas, 54 89 manat faiz məbləğində, cəmi 16896 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, həmin fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə banka tələb olunan məbləğdə borcu yaranmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-189/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11406 manat əsas, 5489 manat məbləğində faiz, cəmi 16896 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı bank qətnamənin iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev borcun təminatı kimi banka ipotekaya qoyulmuşdur. Borc ödənilmədiyi üçün isə tələb həmin evə yönəldilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-521/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) a pelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 309 və 319.1-ci, «İpoteka haqqında» AR Qanununun 10.4, 34.1.1, 36.1, 36.3-cü maddələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, öhdəliyin təmini üsullarından biri də ipotekadır və bu öhdəlik tərəflər arasında bağlanmış ipoteka müqaviləsi müvafiq dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Öhdəlik yarandıqdan sonra tələbin ipotekaya yönləndirilməsi üçün əsaslar yaranarsa ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında uçota alındıqdan sonra tələb ipoteka predmetinə yönəldilə bilər. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi bağlansa da, iddiaçı tərəf indən həmin müqavilənin dövlət qeydiyyatına alınmasını təsdiq edən və ya tələbin ipotekaya yönləndirilməsi haqqında bildirişin qeydə alınmasına dair hər hansı mötəbər və legitim sübutlar məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə iddiaçı tərəfindən ipoteka müqaviləsinin qüvvədə olması sübut edilməmişdir. Belə olan halda tərəflər arasında ipoteka öhdəliyinin yaranmasından da söhbət gedə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinə dair hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qə bul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən, ipoteka m üqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun veri ldiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxa rıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5026/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5026/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver