Məhkəmə qərarları › İş №2(005)-2127/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2127/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2127/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzilin hazırki dəyərinin əvəzi olaraq 350.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının В korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzil 27 iyul 2012-ci il tarixində İddiaçı alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 27 iyul 2012-ci il tarixli maliyyə arayışı ilə həmin mənzilə dair borcumun olmadığı təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunan binanın E korpusunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 214,4 kv.m. olan4 otaqlı 13 saylı mənzilin 27 iyul 2011 -ci il tarixli №418 saylı müqavilə ilə X2 baxmayaraq, göstərilən mənzil 2012-ci il tarixdə yuxarıda göstərildiyi kimi alqı-satqı yolu ilə 107.000 manat pul dəyərində iddiaçıya satılmışdır. Cavabdeh MMC pulun 42000 manatını “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu. Nobel prospektində yerləşdiyi binada nağd, 65.000 manatını isə naturada olmaqla 1999, 2001 və 2008-ci il buraxılışlı 3 ədəd "xxxx" markalı avtomobili qəbul etməklə alaraq, MMC-nin direktoru tərəfindən imzalı və möhürlü maliyyə arayışı ilə mənzilə dair borcumun olmadığı təsdiq edilmişdir. Cavabdeh MMC eyni mənzilləri bir neçə şəxsə satmaq yolu ilə özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişlər. Həmçinin, qeyd edilən hökmdə zərərçəkmiş şəxslərə, o cümlədən İddiaçı vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Beləlikə, 27 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (Cavabdeh MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078Л ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzili “Alıcı”ya təhvil verməli olduğu halda təhvil verməmişdir. Göründüyü kimi, iddiaçı və cavabdeh tərəflər arasında xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Əlavə olaraq, qeyd edirik ki, 2012-ci il tarixdə Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzil təmirsiz halda bazar qiyməti 107000 manat təşkil etdiyi halda, həmin mənzildə iddiaçı tərəfindən 5.000 manat dəyərində qismən təmir işləri aparılmışdır. Hal-hazırda 2012-ci ildən 9 il keçdiyini və həmin ünvanda (Atatürk prospekti 3078A) yerləşən mənzillərin orta bazar və hazırki bazar qiymətlərinin artdığı və 350000 manat təşkil dəyərində təşkil etdiyi nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan; İcraçı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 527 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzili alıcıya təhvil verməlidir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 27 iyul 2012-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə borcu yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı 03 iyun 2019-cu il tarixli hökmündən müəyyən olunur ki, qeyd olunan binanın E korpusunun 13-cü mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m. olan mənzil 27 iyul 2011-ci il tarixli 418 №-li müqavilə ilə X7, 07 sentyabr 2011-ci il tarixli 423 №-li müqavilə ilə X9, 27 iyul 2012-ci il tarixli 527 №-li müqavilə ilə İddiaçı və 09 fevral 2013- tarixli 542 №-li müqavilə ilə X3 adına sənədləşdirilmişdir. Mənzilin hazırki vaxtadək X4 əvvəl hər hansı bir digər şəxsin adına yazılması müəyyən edilmədiyindən sonuncu mənzilin birinci alıcı hesab edilmişdir. Bundan əlavə, İddiaçı satılmış mənzilə görə alınmış məbləğ 107000 manat hesab edilmiş, həmin pul məbləğini ələ keçirilməklə ona qarşı külli miqdarda maddi zərər vurulması dələduzluq cinayəti kimi qiymətləndirilmişdir. X7 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edərək ona dəymiş maddi ziyanın ödənildiyini və şikayətinin olmadığını bildirmişdir. Beləcə Cavabdeh MMC eyni mənzilləri bir neçə şəxsə satmaq yolu ilə özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişlər. Həmçinin, qeyd edilən hökmdə zərərçəkmiş şəxslərə, o cümlədən İddiaçı vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. “X8 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 126 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının В korpusunun, 13cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzil ilə eyni ərazidə yerləşən, eyni ölçüdə təmirsiz vəziyyətdə olan mənzilin hazırki dəyəri 321 200 manat təşkil edir. “X8 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hesab-fakturadan görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzilin qiymətləndirilməsi ilə bağlı görülmüş ekspert xidmətlərinin qarşılığı olaraq cəmi 250 manat ödənilməlidir. “Binəqədi-21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzil hal-hazırda X1 və istifadəsindədir. Məhkəmə iddia tələbinə hüquqi qiymət vermək üçün aşağıdakı qanunvericilik müddəalarına müraciət edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 27 iyul 2011-ci il tarixli 418 №-li müqavilə ilə X7, 07 sentyabr 2011-ci il tarixli 423 №-li müqavilə ilə X9, 27 iyul 2012-ci il tarixli 527 №-li müqavilə ilə İddiaçı və 09 fevral 2013-cü tarixli 542 №li müqavilə ilə X3 adına sənədləşdirilmişdir. Mənzilin hazırki vaxtadək X4 əvvəl hər hansı bir digər şəxsin adına yazılması müəyyən edilmədiyindən sonuncu mənzilin birinci alıcı hesab edilmişdir. X7 eyni müqavilə predmeti üzrə ilkin kreditor hesab edildiyindən mübahisəli mənzil onun mülkiyyətinə verilmişdir. Bu hal “Binəqədi-21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş arayışdan da öz təsdiqini tapır. Bununla da həmin mənzil barəsində digər şəxslərlə bağlanan sonrakı müqavilələr etibarsız hesab edilmişdir. Lakin İddiaçı, onun həmin mənzilin dəyəri olaraq ödədiyi məbləğ geri qaytarılmamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin dəyəri olaraq ödədiyi pul məbləğini geri tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin dəyərini tam ödədiyi, lakin mənzilin alqısatqı müqaviləsi etibarsız olduğu mülki işin materialları ilə öz təsdiqini tapdığından, mənzilin dəyəri ona geri qaytarılmalıdır. Belə ki iddiaçı mənzilin alqı-satqı müqaviləsini bağlayarkən əldə etməyə ümid etdiklərindən məhrum olmuşdur. Mənzilin hazırki dəyərini müəyyən etmək üçün məhkəmə baxışı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyindən mənzilin hazırki dəyərinin 321200 manat olduğu müəyyən edilmişdir. Məhkəmə həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını daha ədalətli hesab edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzilin hazırki dəyərinin əvəzi olaraq 310000 manat pul məbləği Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə həmçinin şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən keçirilmiş ekspertizanın dəyəri cavabdeh tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214.14 kv.m. olan, 4 otaqlı, 25 saylı mənzilin hazırki dəyərinin əvəzi olaraq 310000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləği Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manat pul məbləği Cavabdeh MMCdən tutularaq "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, “X8 Mərkəzi” MMC VÖEN **********1, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar