Məhkəmə qərarları › İş №2(005)-2135/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2135/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2135/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Məhəmmməd qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “isitifadə hüququnun itirilmiş hesab edilməsi tələbi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Hüseyinbala oğlunun ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X8 arasında 13 fevral 2020-ci il tarixli il tarixli AN-İ №0830807 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil iddiaçıya satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03.03.2020-ci il çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzili iddiaçıya satıdıqdan sonra 12 aprel 2020-ci il tarixinədək qeydiyyatdan çıxacaqlarını öhdəliklərinə götürsələr də, cavabdeh əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır. Hazırda cavabdehin harada yaşaması iddiaçıya məlum deyil. Elektron notariat X1 çıxarışdan görünür ki, Cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşır. Qeyd olunanlara əsasən iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh mülkiyyətində olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Asan-1 tərəfindən verilmiş 15.01.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. “Elektorn notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh Hüseyinbala oğlu ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 03.03.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. 13.02.2020-ci il tarixli AN-İ№0830807 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8 ilə alıcı İddiaçı arasında müqavilə imzalanmışdır. Alıcı X2 İddiaçı satdığı tam hissəni (62 kv/m) ondan 90.000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə aldığı qeyd edilmişdir. 17.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin №166739 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görnür ki, mənzilin əvvəlki mülkiyyətçisi X4r. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət ryesterindən arayışın surətindən görünür ki, X8 ondan ötrü ki, ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 809 öz nömrəli reyestr kitabının 121560 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 10.02.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X5, Cavabdeh Hüseyinbala oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 6rtib edilmiş X6 və X8 tərəfindən imzalanmış ərizələrin məzmunundan görünür ki, X7 məxsus olan ünvan 7 ünvanında yerləşən mənzilin satılmasına Cavabdeh Hüseyinbala oğlu etiraz etmir. Həmin ünvandan, mənzil satıldıqdan sonra 2 (iki) ay müddətinə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürür. 12 fevral 2020-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı ev alqısatqı müqaviləsi üzrə 90.000 (doxsan min) manat məbləğində ödəniş etmişdir. ünvan 8 ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 90.000,0 (doxsan min manat) manatı müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında ünvan 4 ünvanında qeydiyyatda olan X7 verilməsi üçün bankda olan **********00001 AZM54 №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. 9 saylı Bakı şəhər Notariat ofisində İddiaçı tərəfindən tərtib edilmiş ərizənin surətindən görnür ki, 13.02.2020-ci il tarixdə 4Ə-136 reyestr nömrəsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 47.9 kv.m olan 3 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi ada rəsimləşdirilmişdir və həmin mənzilə elektron çıxarışın və texniki pasportun 15 gün müddətinə alınması üçün DƏDRX-nin müvafiq ərazi idarəsinə elektron formada ötürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 fevral 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 15 nömrəli mənzili İddiaçı 90.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, Cavabdeh hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehln pasport qeydiyyatına alınması öz-özlüyündə, onun həmin mənzildən istifadə hüququnun saxlanılması üçün əsas hesab bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Bu kontekstdə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və müvafiq mənzildən qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 15 saylı mənzilə olan yaşayış sahəsində istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 15 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar