Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2137/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (açar sözlər: mənzildən çıxarılma; istifadə hüququnun tanınması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 sərəncam və order hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvan: ünvan 2nzilin iddiaçıya təhvil verilməsi, qəbul edilmiş qətnamənin ünvan 1 ünvan: ünvan 3avabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qətnamədə qeyd edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 4 ünvan: ünvan 5 sərəncam və orderdə özü və digər 3 nəfər ailə üzvünün adları qeyd edilmişdir. Həmin mənzildə müvəqqəti yaşamaq üçün cavabdehlərə icazə verilmiş və onlar da bir müddət həmin mənzildə yaşamışlar. Cavabdeh1 Rusiya Federasiyasına getmiş, qızları isə köçüb başqa yaşayış yerinə getmişdir. Daha sonra mənzil ilə əlaqədar əməliyyat keçirmək istəyərkən ona məlum olmuşdur ki, ünvan 1 ünvan: Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19/87, mənzil 29) mənzildə qanunsuz olaraq Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qanunsuz və əsassız olaraq qeydiyyata düşmüşlər. Daha sonra Cavabdeh1 digər qızı, yəni Cavabdeh3 özü könüllü şəkildə oradan qeydiyyatdan çıxmışdır. Lakin özü və digər qızı Cavabdeh2 isə hələ də orada qeydiyyatda qalmaqdadırlar. Mənzililə əlaqədar sənədləşmə işlərini aparmaq istəyərkən Cavabdeh1 Rusiya Federasiyasından gələrək mənzilə daxil oldu və mənzillə bağlı sənədləşmə aparılması işinə, yəni Əmlak Komitəsinin nümayəndəsinin inventarlaşma işlərinə maneə yaratdı. Bununla əlaqədar məhkəməyə müraciət edildi və iddia təmin edildi. Hazırda cavabdeh özü və ailəsinə məxsus mənzili zəbt etməklə istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Onların qanunsuz hərəkətlərinə görə mənzildən istifadə edə bilmirlər. Buna görə cavabdehlər mənzildən çıxarılmalıdır. Bildirir ki, cavabdehlər ailə üzvləri deyil və mənzilə qeydiyyata onların icazəsi və xəbəri olmadan qeyri-qanuni yolla düşmüşlər. Bu səbəbdən hazırkı qətnamə onların mənzildən çıxarılmaları ilə yanaşı qeydiyyatdan çıxarılması üçün əsas sayılmalıdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı mərhum həyat yoldaşı X11 tərəfindən 1996-cı il tarixində ünvan 7-da yerləşən mənzilə köçürülmüşdür. Həmin mənzil order əsasında istifadə hüququ ilə X8 məxsus olmuş, onun və ailə üzvlərinin razılığı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mənzil üzərində istifadə hüququ əldə etmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli, 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 8 ünvanı: Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, mənzil 29) mərhum X8 verilmişdir. Daha sonra İ.Ə.Qarayevə yaşayış sahəsi ilə bağlı xx.xx.1995-ci il tarixli, 047192 saylı order təqdim olunmuşdur. Qarayev İldırım və onun ailə üzvləri 1996-cı ildə qarşılıqlı iddia üzrə iddiaçı ilə razılaşaraq, mənzili tam boşaldaraq qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermişdirlər. Həmin dövrdə mənzilin yerləşdiyi binanın istismara qəbul edilməməsi səbəbindən mənzil barədə hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bu səbəbdən İ.Qarayev qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mənzilin sənədləşdirilməsi ilə bağlı (tərəflərin iradəsindən asılı olmayan obyektiv səbəblərin aradan qalxmasından sonra) mənzilin qarşılıqlı iddia üzrə iddiaçının adına qeydiyyata alınması məqsədilə 10 illik etibarnamə vermişdir. Həmin etibarnamə əsasında qarşılıqlı iddia üzrə iddiaçıya yaşayış sahəsi üzərində sərəncam hüququ və müvafiq dövlət orqanlarında yaşayış sahəsinin özgəninkiləşdirilməsi və qeydiyyatı ilə bağlı əməliyyatları həyata keçirmək tam səlahiyyətlər verilmişdir. Eyni mətnli etibarnamə sonuncusu 2013-cü ildə 10 il müddətinə olmaqla X11 tərəfindən verilmişdir. Etibarnamə ilə qeyd olunan mənzil üzərində tam sərəncam vermək hüququ, onun istənilən formada özgəninkiləşdirlməsi ilə bağlı bütün səlahiyyətlər, mənzil özəlləşdirilməsi ilə bağlı İ.Qarayevin adından bütün səlahiyyətləri icra etmək, dövlət orqanlarında qeydiyyat prosesini aparmaq və bu hərəkətləri müstəqil şəkildə həyata keçirilməsi üçün zəruri olan bütün digər hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı 1997-ci ildən sözügedən yaşayış sahəsinin təmiri işlərinə başlamış və təmir yekunlaşdırdıqdan sonra həmin yaşayış sahəsində ailə üzvləri ilə birlikdə köçmüş və daimi olaraq yaşamağa başlamışdır. Qeyd olunan tarixlərdə yaşayış sahəsinin istismara icazəsi olmadığından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müvafiq rəsmiləşdirmə işlərinin aparılması mümkün olmamış və bu səbəblə X11 tərəfindən ardıcıl etibarnamələrin verilməsi zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, mərhum X4 həyat yoldaşı İddiaçı və digər ailə üzvləri qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzildə yaşamasından məlumatlı olmuşlar və heç bir etirazları mövcud olmamışdır. Cavabdeh1 və ailə üzvləri bugünki tarixədək həmin mənzildə yaşamaqdadırlar. Bakı şəhəri 3 saylı Notariat Ofisinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və “ASAN” Xidmət Mərkəzinə ünvanladığı 21 iyun 2021-ci il tarixli və 22 iyun 2021-ci il tarixli məktublardan görünür ki, 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş 16 sentyabr 1961-ci il təvəllüdlü X4 vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının mənzildən istifadə hüququnun tanınması zərurəti yaranmışdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının mənzilə köçürüldüyü 1996-cı ildə mövcud maddi hüquq normalarına nəzər yetirmək lazımdır. İşə əlavə olunmuş 116 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş Mənzildə daimi qeydiyyatda olanlar barədə xx.xx.2017-ci il tarixli arayışdan da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzildə qarşılıqlı iddia üzrə cavabdehin mərhum əri ilə birlikdə daimi qeydiyyatda olmuşdur. Bunula yanaşı, qarşılıqlı iddia üzrə iddiaçı 25 ildən artıq müddətdə qarşılıqlı iddia üzrə cavabdehin mərhum əri və ailə üzvlərinin razılığı ilə mənzildə yaşamışdır. Bu müddət ərzində onlar arasında hər hansı mübahisə olmamışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının mənzildən istifadə hüququnun qanuni əsasları mövcuddur. Beləliklə, istifadə hüququnun yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələbləri əsasında sübut olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 7 ünvanında yerləşən mənzildən qanuni əsaslarla istifadə hüququ mövcuddur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşı tərəfin qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron qaydada izahat təqdim edərək bildirmişdir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddia ərizəsində ünvan 11 ünvanında yerləşən 29 nömrəli mənzildən cavabdehlərin çıxarılması tələb olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehlər mənzilə iddiaçının mərhum həyat yoldaşı tərəfindən köçürülmüşdür. İddia ərizəsində də iddiaçı tərəfindən bu fakt təsdiq olunur. Qarşılıqlı iddia ərizəsomdə göstərildiyi kimi cavabdehlərin mənzilə köçürüldüyü 1997-ci ildə qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırkı cavabdehlər mənzilə 1997-ci ildən köçürülmüş və həmin mənzildə qeydiyyata düşmüş, o cümlədən iddiaçının mərhum həyat yoldaşı tərəfindən cavabdehə mənzillə bağlı özgəninkiləşdirmə daxil olmaqla bütün səlahiyyətlər ötürülmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin mənzildən istifadə hüququ yaranmışdır. Digər tərəfdən hazırkı iddiaçı qeyd olunan mənzildən boşaldılma ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, mübahisəli mənzil order əsasında cavabdehin mərhum həyat yoldaşı X8 verilmişdir. Həmin mənzil X4 xüsusi mülkiyyətində olmamışdır. Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən (maddə 146) daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatı anından yaranır. Hazırda nə mərhum iddiaçının yoldaşı İldırım Qarayev, nə də hazırkı İddiaçı mülkiyyətçi deyildir. Beləliklə, iddiaçı mənzilin boşaldılması ilə bağlı tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən ilkin iddia üzrə digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayeva order verilməsi haqqında sərəncamın surətinə əsasən İ.Qarayeva 4 nəfər ailə üzvü ilə Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə order verilməsi, X1 – 1961-ci il, İddiaçı – yoldaşı – 1961-ci il, X5 – oğlu – 1991-ci il, X12 – 1993-cü il” yazılması qərara alınmışdır; - Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, X11 həmin etibarnamə ilə Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar etmişdir. - 116 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 76 №-li arayışın surətindən görünür ki, A.Neymətulla küçəsi 1987-ci məhəllə 29 №-li mənzildə daimi qeydiyyatda olanlar özü - X11, qohumu Cavabdeh2, qohumu Cavabdeh3 və qohumu Cavabdeh1dır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışın surətindən görünür ki, X11 ünvan 12 ünvanında 18 mart 2008-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər Cavabdeh1 və Cavabdeh2dır. - 116 saylı MKİS tərəfindən ünvan 13 ünvanlanmış arayışdan görünür ki, Nərimanov rayon Ağa Neymətulla küçəsi ev 19/87 mənzil 29 xx.xx.1995-ci il tarixində 047192 saylı orderə əsasən X8 verilmişdir (3 nəfər ailə tərkibi ilə). Mənzilə X11 04.2008-ci ildə pasport qeydiyyatında düşmüşdür. Mənzilə Cavabdeh1, X9 və Cavabdeh2 qeydiyyata düşmüşlər. Onların hansı əsasla qeydiyyata düşməsinə dair 116 saylı MKİS-də heç bir sənəd yoxdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5788/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 801/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abbasova (Hacıyeva) Səidə Yusif qızı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir. Qərar ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-919/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı yeganə vərəsəsi olduğu mərhum əri X11 ilə iddiaçı arasında 1996-cı il tarixində ünvan 7-da yerləşən mənzilə dair hüquqların alqısatqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. Qərarla iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)- 6386/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 16 ünvanının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndə və vəkillərinin izahatları, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayevə order verilməsi haqqında sərəncamı ilə X8 4 nəfər ailə üzvü ilə Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə order verilməsi, X1 – 1961ci il, İddiaçı – yoldaşı – 1961-ci il, X5 – oğlu – 1991-ci il, X12 – 1993-cü il” yazılması qərara alınmışdır. İddiaçı X4 arvadıdır, X11 15 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi kimi həyat yoldaşı, hazırki ilkin iddia üzrə İddiaçı tanınmışdır. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Hazırda İddiaçı həmin şəxslərin mənzildən çıxarılması və təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1, qarşılıqlı iddia ərizəsi təqdim edərək qeyd olunan mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 53-cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - 53-cü maddəsinin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 123-cü maddəsinə əsasən, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-cu maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə qeyd edir ki, ilkin olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Yuxarıda qeyd edilən milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşdə olan sənədlərə (sərəncam, məhkəmə aktları və s.) əsasən ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair subyektiv hüquqlarının olması aşkardır. Belə ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il sərəncamı həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, İddiaçı mənzilə dair hüquqlarını təsdiq edən sənəddir. Sərəncamın verildiyi vaxtı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində, rayon (şəhər), şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən vətəndaşa verilmiş orderin, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğu əksini tapmışdır. Bu halda, İddiaçı icarədarın ailə üzvü – həyat yoldaşı olaraq həmin mənzildən icarədarla bərabər hüquqları yaranmış olur (həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsi). Digər tərəfdən İddiaçı mərhum X4 vərəsəsidir. İlkin iddia üzrə İddiaçı Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi var. Mənzil dövlət mülkiyyətində olsa da, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən orderdə adı olan ailə üzvlərinin - İddiaçı mənzili qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüquqları olmuşdur. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 xx.xx.2008-ci il, övladları Cavabdeh2 xx.xx.2008-ci il və Cavabdeh3 xx.xx.2011-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadırlar. Onlar həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışlar. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada yaşamaları və mənzildən çıxmamaları, ilkin iddia üzrə iddiaçının həmin mənzilə dair əmlak hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə maneə yaradır və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə ki, Qarayeva X2 rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə müvafiq orqanlara müraciət etmiş, mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzildə texniki inventarlaşdırma işlərinin aparılması ilkin iddia üzrə cavabdehlərin maneəsi səbəbindən mümkün olmadığından, məhkəməyə müraciət etmişdir. Onun iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-801/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abbasova (Hacıyeva) Səidə Yusif qızı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmuşdur. Qeyd olunan Qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5788/2022 saylı Qərarı ilə qüvvədə saxlanmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz. Belə ki, 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırki iş üzrə Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayevə order verilməsi haqqında sərəncamı ilə orderdə X11, İddiaçı – yoldaşı, X5 – oğlu, X6 adları qeyd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 adı orderdə qeydə alınmamış, o mərhum X4 ailə üzvü olmamışdır. Belə ki, icarədarın ailə üzvləri dedikdə onun - icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə mübahisəli mənzilə dair hüquqlarının mövcudluğu ilə bağlı hər hansı bir sübut - hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə dəlillərə - X11 tərəfindən Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş “Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili öz almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar edən” etibarnaməyə münasibətdə qeyd edir ki, bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur. Mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını və formasını dəqiq tənzimləmişdir. Etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini özündə əks etdirmir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 ilə arasında 1996-cı il tarixində ünvan 7-da yerləşən mənzilə dair hüquqların alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Onun tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-919/2024 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması, onun mənzilə istifadə hüququnun hüququnun olmasını təsdiq etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sözügedən mənzildə heç bir hüququ olmadan yaşamağa başlaması, sonuncunun mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh1 X4 (habelə İddiaçı) ailə üzvü deyil, bu mənzilə icarədarın onunla birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə köçməmiş, həmin şəxslərlə birlikdə mənzil üzrə ümumi təsərrüfat aparmamışdır. Cavabdeh1 faktiki olaraq ailə üzvləri ilə birlikdə mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayır. Məhkəmə qeyd edir ki, bu hal mənzil üzrə əmlak hüquqları olan şəxsə - İddiaçı məlum olduqdan sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Hüquqi nəticə etibarı ilə İddiaçı order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda ilkin iddia üzrə cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla İddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə mübahisəli əmlakla hər hansı hüquqi bağlılığın olması müəyyən edilməmişdir. Cavabdehlərin mənzildə yaşaması nəticə etibarı ilə İddiaçı həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, İddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə qalmaları – mənzildən çıxmamaları ilkin iddia üzrə iddiaçının hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onlar ünvan 17 ünvan: ünvan 18 mənzildən) çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. Eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən, onun ünvan 18 mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki qətnamənin əsaslandırıcı hissəsində ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Həmin şəxslərin ilkin iddia üzrə iddiasçı İddiaçı iradəsinə zidd olaraq onun mənzilində qeydiyyatda qalması mülkiyyətdən istifadə hüququna xələl gətirir. Məhkəmə qeyd edir ki, bu qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və mənzildə qeydiyyatda olan ilkin iddia tələbi üzrə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir. Bununla yanaşı MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə dövlət rüsumu, İddiaçı rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Digər tərəfdən qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 17 ünvan: ünvan 18 mənzildən) çıxarılsın və mənzil iddiaçıya təhvil verilməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “Cavabdeh1 ünvan 18 mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 17 ünvan: ünvan 18 mənzildən) çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “Cavabdeh1 ünvan 18 mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2137/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2137/2024
02.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver