Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2138/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 1988-ci ildə doldurulmuş ******* №-li əmək kitabçası və 10 iyun 1980-cı ildə doldurulmuş 213 №-li əmək kitabçasının ona məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi AR ƏƏSMN tabeliyində olan Dayanıqlı və Operativ sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST mərkəzinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Lakin 24 aprel 2023-cü il tarixli imtina haqqında qərarında təqdim etdiyi şəxsiyyət vəsiqəsində adının Qinyaz, əmək kitabçasının və hərbi biletinin surətində adının Knyaz kimi qeyd edilməsi göstərilmişdir. Müraciətində təqdim etdiyi sənədlərdə uyğunsuzluq aşkar edildiyi üçün sığorta stajını müəyyənləşdirməyin mümkün olmadığını əsas gətirərək ona yaşa görə pensiyanın təyin edilməsinin qanunvericiliyə görə mümkün hesab edilmədiyi, yalnız bu uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra əmək pensiyası hüququ ilə bağlı yenidən baxılmanın mümkün olması bildirilib. “Doğum haqqında şəhadətnamə”də, “şəxsiyyət vəsiqəsi”ndə, “Dövlət texniki peşə təhsili ilə bağlı attestatı”nda, Azərbaycan Dövlət Rəssamlıq məktəbinin diplomu”nda adı “Ərizəçi” kimi qeyd edilsə də, 15 sentyabr 1988-ci ildə doldurulmuş ******* №-li əmək kitabçasında və 10 iyun 1980-cı ildə doldurulmuş 213 №-li əmək kitabçasında adı “X7” olaraq qeyd edilmişdir. Lakin işlədiyi yerlərdə bu barədə düzəliş edilməsini də tələb edə bilmir. Yalnız məhkəmə qaydasında bunun edilməsi tövsiyə olunur. Bu səbəbdən yuxarıda göstərilən 15 sentyabr 1988-ci ildə doldurulmuş ******* №-li əmək kitabçasının və 10 iyun 1980-cı ildə doldurulmuş 213 №-li əmək kitabçasının ona məxsus olması faktının məhkəmə tərəfindən təsdiq olunması zərurəti vardır. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, ərizə əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi əmək kitabçasını açan müvafiq təşkilata sənəddəki səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.Ərizəçi hər iki əmək kitabçasında eyni yanlışlığın olması inzibati orqanda şübhə yaradan haldır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən məzmunda izahat verərək bildirmişdir ki, əmək kitabçasında və hərbi biletində adı səhv göstərilmişdir. Adının təsadüfən səhv getməsi nəticəsində o, əmək pensiyası ala bilmir. Əslində hər iki əmək kitabçası eynidir. Sadəcə əvvəlki əmək kitabçası köhnəldiyindən yenisini doldurmuşlar. İşlədiyi dövrdən uzun müddət keçdiyindən, çoxu rəhmətə getmişdir, münasibəti olduğu iş yoldaşı qalmamışdır, bu səbəbdən məhkəməyə şahid qismində heç kimi dəvət edə bilmir. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X9 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Laçın rayonu, Sadınlar kəndində doğulmuşdur; - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Laçın rayonunda doğulmuşdur; - X5 adına olan xx.xx.1980-cı il tarixli, 213 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, əmək kitabçası Laçın rayonu, X11, “Dimitrov” adına Kolxoz tərəfindən doldurulmuşdur; - X5 adına açılmış, ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası X3 tərəfindən təsdiq olunmuşdur, orta təhsilli, ixtisası rəssamdır; - Nikahın bağlanması haqqında Vİİ-ЖГ seriyalı, 301184 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşdur; - НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, X5 adına hərbi bilet 08 mart 1978-ci il tarixdə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir; - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinin 09/K saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinə 1980-ci ildə “Rəsm və rəsmxətt müəllimi” ixtisasına əyani daxil olmuşdur və 1984-cü ildə “Rəsm və rəsmxətt müəllimi” ixtisası üzrə kursu tam bitirmişdir; - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sənədlərdə uyğunsuzluq aşkar edildiyi və sığorta stajını müəyyənləşdirmək mümkün olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir; -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" X2 arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verildiyindən Ərizəçi əmək kitabçasında düzəliş edilməsinin mümkün olmadığı bildirilmişdir; - Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ləğv olunmuş Azerbaycan SSR Kənd Tikinti Nazirliyinin “Azərkəndtikintimexanikləşdirmə” Trestinin 2 №li Mexanizasiya İdarəsinin, “Bakısənayeticarətnəqliyyat” (“Бакпромторгтранс”) PATO Baş Avtonəqliyyat Təsərrüfatın, "xxxx" X4 və (“Агропромстрой-2") Trestinin 2 №-li Mexanikləşdirmə idarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; - Laçın Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, rayonun ərazisi 18 may 1992-ci il tarixdə Ermənistan ordusunun silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus bütün arxiv sənədləri işğalda qalıb. Ona görə də vətəndaş Ərizəçi 1975-1992-ci illər Laçın rayonuna məxsus hər-hansı bir kolxozda, kolxozçu və rəssamlıq fəaliyyəti haqqında arxivdə heç bir məlumat yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi AR ƏƏSMN tabeliyində olan Dayanıqlı və Operativ sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST mərkəzinə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsindəki adı ilə əmək kitabçasındakı adı arasında uyğunsuzluq aşkar olunduğundan əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Ərizəçi, əmək kitabçalarını açan təşkilatlar ləğv olunduğundan, başqa cür uyğunsuzluğu aradan qaldırmaq imkanına malik olmadığına istinad edərək, 15 sentyabr 1988-ci il tarixli, ******* №-li əmək kitabçası və 10 iyun 1980-ci il tarixli, 213 №-li əmək kitabçalarının ona məxsus olma faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Qeyd olunmalıdır ki, hazırki iş üzrə təqdim edilmiş əmək kitabçalarını açan təşkilatlar ləğv edilmişdir, bu səbəbdən həmin faktları təsdiq edən sənədləri başqa qaydada almaq mümkün deyildir. Maraqlı şəxsin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, formal mülahizələrə, icrası mümkün olmayan əsaslara görə ərizənin baxılmamış saxlanılması ərizəçinin hüquqlarının pozulması ilə yanaşı, süründürməçiliyə yol açar. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, 15 sentyabr 1988-ci il tarixində açılmış ******* nömrəli və 10 iyun 1980-cı il tarixində açılmış 213 nömrəli əmək kitabçaları Ərizəçi məxsusdur. Əmək kitabçalarında “Ərizəçi” əvəzinə yanlışlıqla “X7” qeyd edilmişdir. Əmək kitabçası hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin adının əmək kitabçasında səhv göstərilməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, ərizəçiyə məxsus hərbi biletdə də adı əmək kitabçasındakı kimi “X7” olaraq qeyd edilmişdir. Əmək kitabçasında əks olunmuş ərizəçinin doğum tarixi, doğulduğu yer, ixtisası şəxsiyyətini təsdiq edən sənəddə və diplomunda əks olunmuş məlumatlarla uyğun gəlir. Eləcə də iş materiallarına əlavə edilmiş 11 aprel 1991-ci il tarixli AR Abşeron Rayon XDS İcraiyyə Komitəsinin qərarından çıxarışdan görünür ki, X1 işləyən (əmək kitabçasında qeyd olunduğu kimi) “X6” torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, bəzi sənədlərdə ərizəçinin adı “X7” olaraq göstərilmişdir. Göstərilənlərə əsasən, əmək kitabçalarının ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. O da qeyd olunmalıdır ki, ərizəçinin əmək fəaliyyətinə dair məlumatların arxivdə aşkar olunmaması ərizəçinin məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilməz və bu hal onun hüquqlarının bərpasından, əmək kitabçasının ona məxsus olması faktının təsdiq edilməsindən imtinaya əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, “X7"nun adına olan 10 iyun 1980-ci il tarixli, 213 nömrəli və 15 sentyabr 1988-ci il tarixli, ******* nömrəli əmək kitabçalarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “X7"nun adına olan 10 iyun 1980-ci il tarixli, 213 nömrəli və 15 sentyabr 1988-ci il tarixli, ******* nömrəli əmək kitabçalarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2138/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2138/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver