Məhkəmə qərarları › İş №2(005)-2148/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2148/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2148/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə atalıq faktının müəyyən edilməsi və doğum akt qeydində dəyişiklik edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdırki, xx.xx.1955-ci ildə Əlibayramlı rayonunda anadan olmuşdur. Atası X12, anası isə X2 olmuşdur. Valideynləri 1940-cı illərdə ailə qurmuşlar və bu səbəbdən yalnız kəbin bağlanmış, nikah dövlət orqanında rəsmi qeydiyyatdan keçməmişdir. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə verilərkən qeydiyyat orqanı ata qrafasında qeydlər aparmamışdır. Hazırda onun öz bacı və qardaşlarından fərqli olaraq doğum haqqında şəhadətnamədə ata qrafasında atamın soyadı, adı və ata adının göstərilməməsi onun üçün bir sıra çətinliklər törədir. Doğum haqqında şəhadətnamədə atasının soyadının, adının və ata adının göstərilməsini xahiş etsə də, Maraqlı şəxsndə ona atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.1955-ci ildə Əlibayramlı rayonunda anadan olmuş Ərizəçi atası X8 hesab edilməsi və doğum haqqında şəhadətnamədə dəyişikliklər edilərək ata qrafasında X12 yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, evin ən böyük uşağıdır və Fəzail onun qardaşıdır. Ailədə 8 uşaq olmuşlar. Eyni ata və anadandırlar. Qardaşı Fəzailin doğum şəhadətnaməsində ata adı yanlışlıqla göstərilməyib. Atasının adı Alışov Şirinalıdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu X7nın qeydində dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1955-ci il tarixli 08 saylı dodum haqqında akt qeydinin uşaq haqqında məlumat uşaqın adını "Fəzayıl” qeyd edilmişdir. Yoxlama nəticəsində aşkar olunmuşdur ki, vətəndaş X4 adına Nərimanov RPİ tərəfindən təqdim edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində, hərbi biletində, diplomunda, nikah haqqında akt qeydində və digər sənədlərində vətəndaşın adı “Fəzail” qeyd edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, xx.xx.1955-ci il tarixdə Sabirabad rayon qeydiyyat şöbəsində qeydə alınmış 08 №-li doğum haqqında akt qeydində adının “Fəzayil”-dən “Fəzail”ə dəyişdirilməsini xahiş etmişdir. İş materiallarında olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. İş materiallarında olan Əli-Bayramlı şəhəri nikahın qeydə alınması evi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş İV-JQ 312839 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1986-cı il tarixdə 555 №-li akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Əli-Bayramlı şəhəri nikahın qeydə alınması evi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası X12, anası X1r. İş materiallarında olan Əli-Bayramlı VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1947-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası X12, anası X1r. İş materiallarında olan Əli-Bayramlı VVAQ bürosu tərəfindən xx.xx.1965-ci il tarixdə verilmiş İ-İE 436817 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 ilə X3 xx.xx.1965-cı il tarixdə 555 №-li akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Sabirabad rayon Minbaşı kənd İN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T 133997 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.1955-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. “Atası” qrafasında heç bir şəxsin adı göstərilməmişdir , anası X1r. İş materiallarında olan Şirvan şəhər qeydiyyat Şöbəsinin nikahın bağlanması haqqında akt qeydindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1986-cı il tarixdə 555 №-li akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Şirvan şəhər qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydindən görünür ki, X17 ilə xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası X17, anası X5r. İş materiallarında olan Şirvan şəhər qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydindən görünür ki, X15 ilə xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Daxili İşlər Nazirliyinin X7 Şöbəsinin doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Anası X1r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən,məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Əli-Bayramlı rayonunda anadan olması və atasının X12 olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Əlibayramlı rayonunda anadan olmuş Ərizəçi atası X12 hesab edilsin. Bu barədə ona doğum haqqında şəhadətnaməyə dəyişiklik edilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X12, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar