Məhkəmə qərarları › İş №2(005)-2149/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2149/2024

11.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2149/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evi Alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə ki, həmin mənzili 23 avqust 2023-cü il tarixində həmin evin mülkiyyətçisi olan X2 Bakı şəhəri 50 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı Alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə həmin evə dair İddiaçı adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmiş və xüsusi mülkiyyət kimi ********** sayla qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsi bağlandığı tarixdən etibarən ev faktiki sahibliyinə verilmiş və həmin vaxtdan hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Alqı-satqı zamanı evin mülkiyyətçi olan X5 ilə birlikdə həmin evdə qeydiyyatda olan Cavabdeh da evin satılmasına razılıq vermişdir. Cavabdehin də razılığı ilə bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən onlar bir ay müddətində, yəni xx.xx.2023-cü il tarixindən həmin ev olan ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Cavabdehin anası olan satıcı X5 qeydiyyatdan çıxsa da, cavabdeh qeydiyyatda qalmışdır. Onlar evi satdıqları vaxtdan həmin evdən köçüb getmişlər və hazırda onların hansı ünvanda yaşamaları barədə dəqiq məlumatı yoxdur. Həmin ev xüsusi mülkiyyətində olsa da, cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan evindən qeydiyyatdan çıxmamışdır. Cavabdehin xüsusi mülkiyyətində olan evində qeydiyyatda qalması nəticəsində isə mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulur, fərdi yaşayış evi barəsində onun razılığı olmadan sərəncam verə bilmir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliyini yerinə yetirməyi tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasda iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Cavabdeh tərəfindən notariat ofisinə ünvanlanmış yazılı ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmiş və əmlakı tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alı-satqı müqaviləsindən aydın olur ki, satıcı X5 tam payda xüsusi mülkiyyətində olan Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə mənzilin dəyəri olan 253000 manat pulu satəcəya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından zad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10-cü bəndinə əsasən satıcı xx.xx.2023-cü il tarixdən əmlakı alcının fajktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evi X5 tam payda xüsusi mülkiyyəti olmuşdur. X5 xx.xx.2023-cü il tarixli müqavilə ilə qeyd olunan evi İddiaçı mülkiyyətinə vermişdir. Mənzil hazırda İddiaçı tam payda xüsusi mülkiyyətindədir. X1 ailə üzvü olan Cavabdeh mənzildə qeydiyyatdadır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri. Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X3 mülkiyyətində olmuşdur. Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X5 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu. İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh bu mənzildə pasport qeydiyyatında olmuşdur. Cavabdeh keçmiş mülkiyyətçinin ailə üzvü olaraq istifadə hüququ əsasında mənzildə yaşamış, lakin hazırda Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində yaşamır, buna baxmayaraq həmin ünvanda pasport qeydiyyatında olmaqda davam edir. Onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar