Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2152/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123 məhəllə, 1-ci korpus, 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 1604 saylı mənzilə ( yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, ev 123, M16, m1) görə artıq ödənilmiş 10 780 ABŞ dolları məbləğində pulun ödənilən anda manatla məzənnəsinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh-nin direktoru X4 ilə həmin Cəmiyyət tərəfindən ünvan 1 ünvanında inşa edəcəyi binanın 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzilin alqı-satqısı barədə 15 fevral 2010-cu il tarixli müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən, iddiaçı mənzilin müəyyənləşdirilmiş dəyərini Cəmiyyətin hesabına ödəməyi, Cəmiyyət isə müqavilədə şərtləşdirilmiş həmin mənzili inşa edərək iddiaçıya təhvil verməyi öhdəyə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirilmişdir. Mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 700 ABŞ dolları məbləğində pul ödəmişdir. Cəmiyyət tərəfindən mənzil inşa edilərək iddiaçıya təhvil verilmişdir. İddiaçı mənzili qəbul etmişdir. Mənzilə hüquqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123 məhəllə, 1-ci korpus, 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzilə ( yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, ev 123, M16, m1) 24 sentyabr 2020-ci il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsinin 119,20 kv.m olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya təhvil verilmiş mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş və dəyəri iddiaçı tərəfindən ödənilmiş sahədən 15,4 kv.m azdır. Həmin sahəyə görə iddiaçının artıq ödədiyi pulun geri qaytarılması üçün cavabdehə müraciət edilsə də, müraciətə hər hansı münasibət bildirilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 15 fevral 2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh-nin direktoru X4 ilə həmin Cəmiyyət tərəfindən ünvan 1 ünvanında inşa edəcəyi binanın 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzilin alqı-satqısı barədə 15 fevral 2010-cu il tarixli müqavilə bağlamışlar. - 15 fevral 2010-cu il tarixli qiymətin razılaşdırılması protokolundan müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edəcəyi binanın 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzilin qiyməti 73800 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123 məhəllə, 1-ci korpus, 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzili ( yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, ev 123, M16, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 24 sentyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2021-ci il tarixli 10/2752 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 1 ünvanında inşa edəcəyi binanın 1ci girişində, 16-cı mərtəbədə olan 3 otaqlı 1604 saylı mənzilin ümumi sahəsi 115,3 kv.metr təşkil edir. - Azərbaycan Respublikası “X2” tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25-ci bəndi nəzərə alınmaqla ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilən Cənub Korpusu binasının 1-ci blokunun, 16-cı mərtəbəsində yerləşən 1604 №-li mənzilin tikinti sahəsi payçı İddiaçı Asif qızı arasında bağlanmış 15.02.2010-ou il tarixli müqavilənin 1.1 və 6.4 bəndlərində qeyd olunan mənzilin tikinti sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilən Cənub Korpusu binasının 1-ci blokunun, 16-cı mərtəbəsində yerləşən 1604 №-li mənzilin ümumi sahəsinin 136.8 m2 olduğu müəyyən edildi. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 15 fevral 2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa edəcəyi binanın 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzili tam ödəniş edərək almışdır. Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123 məhəllə, 1-ci korpus, 1-ci girişində, 16-cı mərtəbədə, ümumi sahəsi 134,6 kv.m olan 3 otaqlı 1604 saylı mənzilə ( yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, ev 123, M16, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 24 sentyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2021-ci il tarixli 10/2752 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 1 ünvanında inşa edəcəyi binanın 1-ci girişində, 16-cı mərtəbədə olan 3 otaqlı 1604 saylı mənzilin ümumi sahəsi 115,3 kv.metr təşkil edir. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən aldığı mənzilə görə artıq ödənilmiş 10 780 ABŞ dolları məbləğində pulun ödənilən anda manatla məzənnəsinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 15 fevral 2010-cu il tarixli mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 6.4-cü maddəsinin tələbinə əsasən mənzilin ümumi sahəsinə bloka çıxan divarın tamamı, içəri divarların tam hissəsi (içəri divarların döşəmə ilə birləşdiyi hissədə tutduğu sahə) daxildir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 135 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2152/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2152/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver