Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2153/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək Ərizəçi doğumunun qeydiyyatı faktının müəyyən olunması (doğum qeydinin bərpası) və Ərizəçi “Vətəndaş” qrafasında "Ərizəçi”, "Doğum tarixi ' qrafasında "xx xxxxxx 1940-cı il", “Doğulduğu yeri” qrafasında “Polosk şəhəri", “Respublika (ölkə)" qrafasında "Belarusiya SSR”, "Atası” qrafasında “X13", “Anası” qrafasında “X16" sözləri göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi itirilmiş və başqa üsulla bərpası mümkün olmamışdır. Ərizəçinin şəxsiyyət vəsiqəsində Belarus SSR-in Polosk şəhərində xx xxxxxx 1940-cı il tarixində doğulması öz əksini tapmış, lakin doğum haqqında şəhadətnamənin tələb olunduğu hərəkətlərin icrasında daim çətinliyi yaranmaqdadır. Məsələn, ərizəçinin mərhum bacısı X11 vəfat etmiş və onun mülkiyyətində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil qalmışdır. Həmin mənzilin miras şəklində qəbul olunması üçün Ərizəçi mərhumla bacı olmalarını təsdiq edən doğum haqqında şəhadətnamələr təqdim olunmalıdır. Belə ki, ərizəçinin mərhum bacısı X11 xx.xx.1942-ci il tarixində Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. Bununla əlaqədar doğum haqqında şəhadətnamə mövcuddur və surəti ərizəyə əlavə olunur. Buna baxmayaraq ərizəçi X1 SSR-in Polosk şəhərində anadan olmuş, lakin doğum haqqında şəhadətnaməsi itmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 22.01 2022-ci il tarixli 129 saylı cavab məktubundan görünür ki, 1946-cı ilə qədər olan akt qeydləri kitabları Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/158 saylı məktubundan görünür ki, xarici ölkələrdə doğulmuş və orada yaşamış şəxslərin hər hansı X3 Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunmur. Ərizəyə əlavə edilmiş Belarusiya Respublikasının Polosk İcraiyyə Komitəsinin WAQ şöbəsinin müdiri N.A.Solovyovanın xx.xx.2022-ci il tarixli vəkil sorğusuna verdiyi cavab məktubundan görünür ki, 1937-ci ildən 1943-cü ilə qədər Vetrinsk və Polotsk rayonları və Polosk şəhəri üzrə qismən saxlanılmış doğum aktlarına, eləcə də Vetrinsk rayonunun 1944-1959 illər üzrə bərpa olunmuş doğum haqqında aktlarına, eləcə də Polosk rayonu və Polosk şəhəri üzrə 1944cü ildən hal-hazıra qədər olan dövr yoxlanılmış, lakin Ərizəçi doğumu barədə məlumat aşkar olunmamışdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil mərhum X4 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid X18 məhkəmədə ifadə verərək bildirdi ki, X18 1965-ci ildə ordu sıralarından qayıtdıqdan sonra polis orqanlarında işə qəbul üçün müraciət etmişdir. Canızadə Nellinin anası Lyubov İvanovna orada işləyirdi. O, onun üçün ana əvəzi olmuşdur. Onun işə düzəlməyində rolu böyükdür və övladları ona nənə deyərək müraciət edirdilər. X6 bacısı X12 mülkiyyətində olan əmlakın qanun üzrə vərəsəliyini bacısına təqdim edəcəyi barədə ona bildirmişdir. Lakin, vəfat etməsi səbəbindən bunu etmək mümkün olmamışdır. Təsdiq edirəm ki, vəfat edən X5 bacısı X9r. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 129 nömrəli məktubdan görünür ki, 1946-cı ilə qədər olan akt qeydi kitabları Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/158 nömrəli məktubundan görünür ki, xarici ölkələrdə doğulmuş və orada yaşamış şəxslərin hər hansı X3 Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə olunmur. Məsələ ilə əlaqədar, vəkil orderini əlavə etməklə Belarusiya Respublikası, Polotsk şəhəri VVAQ şöbəsinə müraciət etməyiniz məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron poçt vasitəsi ilə müraciətinə cavab olaraq Polotsk rayon İcra Komitəsinin WAQ Şöbəsi tərəfindən ünvanlanmış məktubdan görünür ki, .02.1940-cı il təvəllüdlü Ərizəçi doğum haqqında və ya doğum haqqında akt qeydinin mövcud olmaması barədə sənədin alınması üçün, səlahiyyətlərini təsdiq edən sənədə malik ərizəçi və ya maraqlı şəxsin nümayəndəsi, doğum haqqında akt qeydinin saxlandığı yer üzrə WAQ şöbəsinə, və yaxud, vətəndaşın soyadının və ya digər məlumatlarının dəyişilməsini təsdiq edən sənədlərin mövcudluğu halında yaşadığı yer üzrə WAQ şöbəsinə şəxsən müraciət etmək hüququna malikdir. Məlumatların dəyişilməsi halında, anket doldurulması üçün. Mülki, Ailə və cinayət işləri üzrə hüquqi münasibətlər və hüquqi yardımın göstərilməsi haqqında Konvensiyanın (7 oktyabr 2002-ci il, Kişinyov) 5- ci maddəsinin 1-ci bəndi, və 13-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq Vitebsk vilayəti Polotsk rayonu İcra Komitəsinin WAQ Şöbəsinə yönləndiriləcəkdir. Əlavə olaraq məlumat veririk ki, Ərizəçi doğum haqqında akt qeydinin mövcud olması ilə bağlı 1937-1943-cü illər üzrə Vetrinsk, Polotsk rayonları və Polotsk şəhərinin qismən qorunub saxlanan ilkin doğum haqqında akt qeydləri üzrə axtarış aparılmışdır, 1944-cü 1-959-cu illər Vetrinsk rayonu üzrə, 1944-cü ildən hazıradək isə Polotsk rayonu üzrə bərpa edilmiş doğum haqqında akt qeydləri arasında Ərizəçi doğum haqqında akt qeydi tapılmamışdır. Həmçinin məlunuz olsun ki, Belarusiya Respublikası ərazisində xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının qorunması, o cümlədən varislərin axtarılması və genealoji tədqiqatın aparılması məqsədilə, onlara hüquqi yardım xüsusi hüquqi məsləhətxana “Belinyurkollegiya" - bundan sonra “Belinyurkollegiya" tərəfindən həyata keçirilir. Belinyurkollegiyanın fəaliyyəti Belarusiya Respublikası Prezidentinin 12 sentyabr 2012-ci il tarixli 405 saylı Sərəncamı ilə nizamlanır. AA 177096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin bacısı X12 xx.xx.1942-ci ildə Azərbaycan SSR-nin Bakı şəhərində doğulmuşdur. X2, anası X8. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X14 xx.xx.1940-cı ildə Belarusiya Respublikasının Polosk şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi xx.xx.1940cı il tarixdə Belarusiya Respublikasının Polosk şəhərində doğulmuşdur. X2 , anası X8. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VM-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən X3nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X3nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaiar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X6 xx.xx.1940-cı il tarixdə Belarusiya Respublikasının Polosk şəhərində doğulması, ata qrafasında X15, ana qrafasında X17, yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X10 “Vətəndaş” qrafasında “X14” , “Doğum tarixi” qrafasında “xx.xx.1940-cı il” , “Doğulduğu yer” qrafasında tarixdə “Polosk şəhəri”, “Respublikası (ölkə) qrafasında “Belarusiya SSR”, “Atası” qrafasında “X15”, “Anası” qrafasında “X17” sözləri yazılması ilə doğum akt qeydi bərpa edilsin. Yeni doğum şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2153/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2153/2022
13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver